Modern.az

Qənirə Paşayeva seçicilərinə yardım göndərdi

Qənirə Paşayeva seçicilərinə yardım göndərdi

4 Aprel 2020, 11:08

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva seçildiyi 105 saylı seçki dairəsində yaşayan Qarabağ müharibəsi əlilləri və onların ailələri üçün lazım olan bütün virusdanqoruyucu tibbi ləvazimatları göndərib.

 

Bu barədə Modern.az-a deputatın köməkçisi İlqar Kərimov bildirib.

 

O bildirib ki, günün sonuna qədər 105 saylı Tovuz seçki dairəsini əhatə edən kəndlərdəki Qarabağ əlillərinə bu hədiyyələr çatdırılacaq.

 

İ.Kərimov onu da qeyd edib ki, tibbi qoruyucu vasitələrlə bərabər, ərazidəki Qarabağ əlilləri ailələrinin hər birinə ərzaq yardımı da edirlər.


Qeyd edək ki, millət vəkili Qənirə Paşayeva bu mövzuda imkanlı şəxslərə çağırış da etmişdi.


“Bu günlər həm də millətimiz üçün sınaq dövrüdür: günəmuzd və yaxud işəmuzd işləyənlərin hazırda evdə olduğunu və qazanclarının kəsildiyini nəzərə almalıyıq. İmkanlı şəxslərimiz onlara dəstək olmaqla, həm öz insanlıqlarını göstərə bilər, həm də bu ağır yükü çiyinlərinə götürən dövlətimizə dəstək vermiş olarlar. Çətin günlər geridə qalacaq, ancaq bu günlərdə insanlarımızın özünü necə aparması yaddaşlardan silinməyəcək”, - deyə deputat bildirmişdi.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub