Modern.az

Səfir diplomatiya könüllüləri ilə bu cür görüşdü

Səfir diplomatiya könüllüləri ilə bu cür görüşdü

Aktual

5 Aprel 2020, 11:44

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatiya könüllüləri üçün “Evdə Qal Mühazirələrdən Qalma” təşəbbüsü çərçivəsində ölkəmizin ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanovla onlayn görüş baş tutub.

 

Bu barədə Modern.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirib ki, interaktiv keçən görüş zamanı Azərbaycan-ABŞ ikitərəfli münasibətləri, səfirliyimiz tərəfindən bu ölkədə görülən işlər və qarşıda duran vəzifələr barədə müzakirələr aparılmış, iki ölkə arasında olan əməkdaşlıq, xüsusən də enerji təhlükəsizliyi tərəfdaşlığından bəhs edilib.

 

Azərbaycan səfiri diasporamız və onun fəaliyyətindən söhbət açıb, hazırda bütün dünyanı cənginə almış koronavirus pandemiyası ilə bağlı ABŞ-dakı son durum və ehtiyac yarandığı təqdirdə burada yaşayan soydaşlarımıza göstərilən köməklik barədə məlumat verib.

 

Daha sonra səfir vətənpərpər könüllülərimizin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair çoxsaylı suallarını cavabladırıb. ABŞ-ın münaqişənin həllinə göstərdiyi dəstək və ATƏT-in Minsk Qrupunun həmsədri qismində fəaliyyəti şərh edilmişdir.

 

Səfir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2020-ci ilin Könüllülər İli elan olunmasından bəhs edərək bildirib ki, bu addım gənclərin cəmiyyətimizə verdiyi töhfənin yüksək dəyərləndirilməsinin nümunəsidir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?