Modern.az

İmişlidə karantin rejimini pozan 20 nəfər və 2 iaşə obyekti cərimə edilib

İmişlidə karantin rejimini pozan 20 nəfər və 2 iaşə obyekti cərimə edilib

5 Aprel 2020, 15:46

İmişli rayonunda karantin rejimini pozan 20 nəfər və 2 iaşə obyekti cərimə edilib.

 

Modern.az-ın verdiyi məlumata görə,  İmişli polisi karantin rejimi qaydalarının pozulmasının qarşısının alınması istiqamətində rayon ərazisində profilaktik və maarifləndirici tədbirləri davam etdirir.

 

Karantin rejiminin qaydalarına əməl etməyən sakinlər barəsində inzibati tədbirlər həyata keçirilir. Bu günə kimi rayon ərazisində xüsusi karantin rejimi qaydalarını pozan 20 sakin və 2 iaşə obyekti barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunaraq cərimə edilib.

 

Artıq rayon ərazisində karantin rejiminə ciddi əməl olunmağa başlanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir