Arxiv
6 Aprel 2020, 20:22 | AKTUAL
Nazirlik pandemiyadan zərər çəkən sahibkarlarla bağlı atılacaq addımları AÇIQLADI

Pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən kiçik və orta sahibkarlığa) əhəmiyyətli vergi güzəştləri və tətillər veriləcək.

 

İqtisadiyyat Nazirliyindən Modern.az-a verilən məlumata görə, bu tədbir pandemiyadan zərər çəkən fəaliyyət sahələrində (avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili sərnişin daşımaları (o cümlədən taksi ilə), yerləşmə vasitələri hesab edilən mehmanxana, otel, hostel və oxşar obyektlər, turoperator və turagentlər, sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq malların daşınması və (və ya) çatdırılması, ictimai iaşə, sərgilərin təşkili, səhnə, istirahət  və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zalları, idman-sağlamlıq obyektləri, hazırlıq (tədris) və ixtisasartıma  kurslarının, uşaq tədris və inkişaf mərkəzləri, uşaq klubları, psixoloji mərkəzləri, əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı fəaliyyəti Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tam və ya qismən məhdudlaşdırılan sahələrdə və digər sahələrdə) fəaliyyət göstərən vergi ödəyicilərinin vergi yükünün azaldılmasını, vergi öhdəliklərinin yerinə yetirilməsi və hesabatların verilməsi müddətlərinin uzadılmasını və digər məsələləri əhatə edən vergi güzəştlərini və tətillər verilməsini nəzərdə tutur.

 

Pandemiyadan zərər çəkmiş yuxarıda qeyd olunan sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə mənfəət (gəlir) vergisi, sadələşdirilmiş vergi, əmlak və torpaq vergiləri, habelə fiziki şəxslərdən icarəyə götürülən daşınmaz əmlaklar üzrə ödəmə mənbəyində tutulan vergi üzrə müddətli vergi azadolmalarının verilməsi, mənfəət (gəlir) və əmlak vergisi üzrə cari vergi ödəmələrindən müddətli azadolmanın verilməsi, mikro sahibkarlıq subyektləri tərəfindən vergihesabatlarının (mənfəət (gəlir) vergisi, əmlak vergisi, sadələşdirilmiş vergi) verilməsi və vergilərin ödənilməsi müddətinin uzadılması, mikro sahibkarlıq subyekti olmayan vergi ödəyiciləri tərəfindən təqdim edilmiş mənfəət (gəlir) vergisi və əmlak vergisi üzrə hesabatlarda hesablanmış vergilərin ödənilməsi müddətinin uzadılması və vergi ödəyicisi tərəfindən həyata keçirilən zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş xərclərin məhdudlaşdırılmadan gəlirdən çıxılan xərclərə aid edilməsi kimi vergi güzəştləri və tətillərinin verilməsi planlaşdırılır.

 

Bunlarla yanaşı, əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növlərinin idxalı, habelə əhalinin ərzaq, tibb və digər zəruri məhsullara olan tələbatının qısa müddətdə ödənilməsi məqsədilə bəzi məhsul növlərinin istehsalı ilə bağlı xammal və materialların idxalının müəyyən müddətdə ƏDV-dən azad edilməsi, ödənilməmiş vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarına görə faizlərin hesablanmasının təxirə salınması və bir sıra sahibkarlıq subyektləri üzrə sosial sığorta yükünün azaldılması məsələlərini əhatə edən dəyişikliklərdə hazırda müzakirə mərhələsindədir.

 

Yuxarıda qeyd olunanlarla bağlı Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” Qanunda zəruri dəyişiklikləri ehtiva edən qanun layihələri hazırlanıb. Həmin Qanun layihələrinin yaxın günlərdə müzakirəyə çıxarılaraq qəbul olunacağı gözlənilir və bundan sonra edilmiş dəyişikliklərin, verilmiş güzəşt və azadolmaların mahiyyəti və tətbiqi ilə bağlı ictimaiyyətə ətraflı məlumatlar veriləcək.

 

İqtisadi artımın və investisiyaların maliyyə mənbələrinin genişləndirilməsi məqsədilə ölkədə kapitalın və əmlakın amnistiyasının nəzərdən keçirilməsi, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək 0,5 mlrd. manat həcmində bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması, sahibkarlıq subyektlərinin 10 mart 2020-ci il tarixinə mövcud olan 1 mlrd. manat həcmində kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması, qeyri-neft məhsullarının ixracının artırılmasına və stimullaşdırılmasına yönəlmiş tədbirlərin görülməsi, əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan idxal məhsulları ilə təmin edilməsi məqsədilə tədbirlərin həyata keçirilməsi və digər istiqamətlərdə zəruri tədbirlərin görülməsi davam etdirilir və həmin işlər barədə də ictimaiyyətin məlumatlandırılması təmin ediləcək.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Xəzərin suyu Kürə qarışdı - Neftçalada içməli su problemi yarandı 5 İyun 2020, 17:40 Keçəl kişilərin koronavirusa yoluxma riski çoxdur - Araşdırma 5 İyun 2020, 17:34 FHN Kürdə batan 18 yaşlı oğlanı axtarır 5 İyun 2020, 17:28 129 ölkə vətəndaşlarına Yaponiyaya gəlmək qadağan olundu 5 İyun 2020, 17:22 “Planet Parni iz Baku”nun aktyoru vəfat etdi - FOTO 5 İyun 2020, 17:20 Xeyrəddin Qoca: Dedim ki, mən Baş konsulam, alverçi deyiləm! 5 İyun 2020, 17:14 Ronaldu ilk milyarder futbolçu oldu 5 İyun 2020, 17:08 Dövlət Reklam Agentliyində işçilərin sayı artırıldı 5 İyun 2020, 17:02 “Azərişıq” və “Azəriqaz” birgə layihələrə başladı - FOTO 5 İyun 2020, 16:56 İqtisadiyyat Nazirliyi daha 150 obyektdə pozuntular aşkarladı - FOTO 5 İyun 2020, 16:50 Tarixi reallıqlara obyektiv elmi baxış - İsa Həbibbəyli yazır   5 İyun 2020, 16:44 Azərbaycan diasporu erməniləri ÜSTƏLƏYİR 5 İyun 2020, 16:38 “Gənc tədqiqatçıların IV beynəlxalq elmi konfransı” keçirilib 5 İyun 2020, 16:32 İlham Əliyev İsveç Kralına məktub göndərdi 5 İyun 2020, 16:26 Mehman Hüseynov üçün 140 min manat TOPLANDI 5 İyun 2020, 16:20 Akif Təvəkküloğlu Milli Məclisə QAYITDI 5 İyun 2020, 16:15 Türkiyədən daha 143 vətəndaşımız ölkəmizə gətirildi 5 İyun 2020, 16:09 Azərbaycan korrupsiya ilə mübarizədə MDB ölkələri arasında liderdir 5 İyun 2020, 16:03 Nazir 2 milyon dollarlıq konfet aldığı üçün işdən çıxarıldı 5 İyun 2020, 15:58 Dərbənddə 6 Azərbaycan vətəndaşında koronavirus tapılıb 5 İyun 2020, 15:52 Azərbaycanda hakimlər oyuna tibbi maska ilə çıxacaq 5 İyun 2020, 15:46 Azərbaycan rejissoru Kann kinofestivalına yol açdı 5 İyun 2020, 15:40 “Azyaşlı uşağa baxan ana işləyirsə, ona müavinət verilsin!” - Komitə sədri 5 İyun 2020, 15:34 Komitə sədri dövlət büdcəsi ilə bağlı maraqlı TƏKLİFLƏR irəli sürdü 5 İyun 2020, 15:28 Heydər Əliyev Fondu fermerlərə yardım etdi - Fotolar+Video 5 İyun 2020, 15:22 Dövlət qurumlarında iş saatı başa çatdı 5 İyun 2020, 15:16 Narıncı yarış maşını - Vahid Qazi 5 İyun 2020, 15:10 Pərvin Kərimzadə: Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edək!   5 İyun 2020, 15:04 Naxçıvanın bu qəsəbəsinə şəhər statusu verilir 5 İyun 2020, 14:58 Azay Quliyev Milli Məclisdə seçicilərinin problemlərini qaldırıb 5 İyun 2020, 14:52 Təhsil Nazirliyindən yay imtahanlarının ləğvi ilə bağlı AÇIQLAMA 5 İyun 2020, 14:46 Neft 41 dolları keçdi 5 İyun 2020, 14:40 Ərdoğan küçəyə çıxma qadağasını LƏĞV ETDİ 5 İyun 2020, 14:34 Tələbələrin təhsil haqqı ilə bağlı RƏSMİ AÇIQLAMA 5 İyun 2020, 14:28 Dollar yeni həftəyə bu məzənnə ilə başlayacaq 5 İyun 2020, 14:22