Arxiv
7 Aprel 2020, 01:03 | TƏHSİL
Təhsil nazirinin müşaviri teledərslərdən yazdı: "Azərbaycan  öz zəngin təcrübəsini bölüşə bilər"

"Azərbaycanda 11 mart tarixində (məktəblərin bağlanmasından 7 gün sonra) bütün ölkə ərazisində yayımına başlanmış teledərslərə “60-cı illərin texnologiyası” deyənlər də oldu. Azərbaycandan başqa bütün ölkələrin “bir düyməni sıxmaqla” distant təhsilə keçdiyi də iddia edildi. Bu fikir, yumşaq desək, kiminsə təxəyyülündən başqa bir şey deyildi".

 

Modern.az xəbər verir ki, bu fikirləri Təhsil nazirinin  müşaviri Elnur Məmmədov  sosial şəbəkə hesabında yazıb.

 

E.Məmmədov qeyd edib ki, Böyük Britaniya 20 aprel tarixindən BBC kanalında bütün ölkəyə yayımlanacaq teledərslərə start verir:


"Bu təşəbbüsə ölkədə hər bir şagirdin məktəb proqramından geri qalmaması məqsədilə başlanılır. “BBC Bitesize Daily” adlanacaq dərslər 14 həftəni, əsas fənləri və bütün sinifləri (5-14 yaş) əhatə edəcək. Dərslər hər gün yayımlanacaq və sonradan təkrar baxılmaq üçün onlayn resurslara yerləşdiriləcək. Bu BBC kanalının tarixində ən böyük təhsil layihəsi olacaq.

Qeyd edim ki, Böyük Britaniyada məktəblər mart ayının 20-dən bağlanılıb. Teledərslərə məktəblərin bağlanmasından düz 1 ay sonra başlanılır.

Azərbaycanda 11 mart tarixində (məktəblərin bağlanmasından 7 gün sonra) bütün ölkə ərazisində yayımına başlanmış teledərslərə “60-cı illərin texnologiyası” deyənlər də oldu. Azərbaycandan başqa bütün ölkələrin “bir düyməni sıxmaqla” distant təhsilə keçdiyi də iddia edildi. Bu fikir, yumşaq desək, kiminsə təxəyyülündən başqa bir şey deyildi. G-7 nəhəng iqtisadiyyatlar klubunun üzvü olan, fiber optik şəbəkəyə milyardlarla funt sterlinq sərmayə yatırmış, 5G mobil texnologiyasını tətbiq edən Böyük Britaniyada bu günədək təxminən 7-10% ailələrin (households) internetə çıxışı yoxdur. Böyük Britaniya “bir düyməni sıxmaqla” məktəbləri distant təhsilə keçirə bilmədi. Çünki deyilən o “bir düymə” nə Böyük Britaniyada, nə ABŞ-da, nə Almaniyada, nə Yaponiyada, nə də ki Çində var. İnternetin əhatəliyi və keyfiyyəti, ailələrin (xüsusilə də, aztəminatlı ailələrin) həcmli trafiki çəkə biləcək son model planşetlərə və smartfonlara çıxış imkanları hələ də problem olaraq bir çox inkişaf etmiş ölkələrdə qalır. Təhsil isə yalnız zənginlər üçün deyil. Onlayn dərslər interaktivlik təmin etdiyi halda, hələ də əhatəlik təmin edə bilmir. "Google Hangouts", "Zoom", "Teams" və distant təhsil üçün geniş istifadə edilən bütün digər proqram təminatları bu günlər inanılmaz yük altında çalışır, əksər hallarda texniki çətinliklərlə üzləşir və keyfiyyət standartlarını aşağı salır. Çünki bu proqramlar bu gün dünyanın 188 ölkəsində eyni vaxtda evdə oturmuş 1.5 milyard şagird və tələbələrə tələb olunan əhatəliyi və keyfiyyəti təmin edə bilmir. Nə bu gün, nə sabah.

Koronavirus pandemiyası gətirdiyi bəlalarla yanaşı ölkələrin kommunikasiya infrastrukturlarına daha çox sərmayənin yönəldilməsinin nə qədər əhəmiyyətli olduğunu əyani şəkildə nümayiş etdirdi. Distant təhsili təşkil etməkdən başlayaraq evdən çıxmaq üçün SMS-icazəsi almaq yüksək keyfiyyətli və stress vəziyyətə dözümlü şəbəkə tələb edir. Ümid edək ki, bəşəriyyətin üzləşdiyi bu fövqəladə vəziyyətdən ölkələr düzgün nəticələr çıxaracaq və investisiya istiqamətlərinin prioritetliyi növbəti dəfə müəyyən edilən zaman bu günlər yada salınacaq.

Bu günə isə.....bu günə isə “Mədəniyyət” kanalı Böyük Britaniyanın BBC kanalı ilə teledərslərin qısa müddətdə təşkil edilməsi və yayımı sahəsində öz zəngin təcrübəsini bölüşə bilər".



BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Azərbaycanla AİB arasında uzunömürlü starteji əməkdaşlıq daha da güclənəcək” - Deputat 2 İyun 2020, 20:28 Nazir yol polisinə yeni rəis müavini təyin etdi 2 İyun 2020, 20:16 Azərbaycanda ana və körpə ölümlərinin sayı azalıb 2 İyun 2020, 20:01 Maska taxılmamasına görə cərimələr qüvvəyə minib - MƏBLƏĞ 2 İyun 2020, 19:52 Qarabağda virusa daha 8 yoluxma faktı TƏSDİQLƏNDİ 2 İyun 2020, 19:39 Rusiya alimləri yoqurta bənzəyən koronavirus vaksini hazırlayıb 2 İyun 2020, 19:27 Gürcüstanda 9 Türkiyə vətəndaşı saxlanıldı 2 İyun 2020, 19:15 Baş Prokurorluğun Bakıda özünü yandıran kişi ilə bağlı MƏLUMATI 2 İyun 2020, 19:00 Müəllimlərin yay məzuniyyətilə bağlı AÇIQLAMA 2 İyun 2020, 18:52 Milli Məclisin növbədənkənar iclasının gündəliyi AÇIQLANDI 2 İyun 2020, 18:45 Prezident uşaqlarla bağlı 2020-2030-cu illər üçün Strategiyanı təsdiq etdi 2 İyun 2020, 18:39 Nyu-Yorkda etirazçılar 2,4 milyon dollarlıq saat oğurladılar 2 İyun 2020, 18:29 Azərbaycanda koronavirusa rekord yoluxma - daha 3 nəfər öldü 2 İyun 2020, 18:17 Təhsil Nazirliyi həbs olunan direktorla bağlı açıqlama yaydı 2 İyun 2020, 18:13 İcra başçısının oğlu vəzifəsindən ÇIXARILDI 2 İyun 2020, 18:06 İngiltərədə COVİD-19-dan ölənlərin çoxu qaradərilidir 2 İyun 2020, 18:06 Bakıda ekspres marşrut xətləri ləğv edilir 2 İyun 2020, 18:06 Arif Məlikovun qəbirüstü abidəsi ucaldılıb 2 İyun 2020, 18:01 “Yol hərəkəti əlifbası” yaradılacaq 2 İyun 2020, 18:00 Yol hərəkətinin təhlükəsizliyi ilə bağlı tədbirlər planı TƏSDİQLƏNDİ 2 İyun 2020, 17:54 Nazirlik 191 obyektdə nöqsan aşkarladı - FOTO   2 İyun 2020, 17:48 Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib 2 İyun 2020, 17:43 Putin nüvə silahını tətbiq edə biləcəyi şərtləri AÇIQLADI 2 İyun 2020, 17:41 Bu ilki məzunların attestatları yeni formada veriləcək 2 İyun 2020, 17:38 “Qobu park 3” yaşayış kompleksinə köçürülmə başladı - FOTO 2 İyun 2020, 17:32 Dərsliklər bu tarixdə təhvil veriləcək  2 İyun 2020, 17:28 Təhsil Nazirliyi bu müəllimlərə güzəşt etdi - Rəsmi 2 İyun 2020, 17:22 "WhatsApp"da yeni funksiya - Artıq bunu edə biləcəksiniz 2 İyun 2020, 17:16 2019-cu ilin dövlət büdcəsinin icrası müzakirə olundu 2 İyun 2020, 17:10 Təhsilalanlara sənədlərin verilməsi ilə bağlı mexanizm olmalıdır - Nazirlik 2 İyun 2020, 17:04 “Proqnoz yaxşı olanda səni qəhrəman edirlər, yaxşı olmayanda...” - Samir Şərifov 2 İyun 2020, 16:58 DİN-dən metrodakı insidentlə bağlı AÇIQLAMA - Saxlanılanlar var 2 İyun 2020, 16:52 Azərbaycandakı bütün təhsil müəssisələrində tədris dayandırıldı - Baş nazirdən SƏRƏNCAM 2 İyun 2020, 16:52 Gəncədə içməli su və kanalizasiya şəbəkələrinin tikintisi davam edir - FOTO 2 İyun 2020, 16:47 İlham Əliyev aviasiya işçilərini təltif etdi - SİYAHI 2 İyun 2020, 16:42