Arxiv
7 Aprel 2020, 14:24 | AKTUAL
Azay Quliyev yaşlı və aztəminatlı seçicilərinə yardım etdi

"Əziz dostlar, koronavirus (COVİD-19) təhlükəsinin artdığı şəraitdə seçicilərimlə bağlı görülən işlər haqqında qısa məlumat verməyi zəruri hesab edirəm".

 

Modern.az xəbər verir ki, bunu tvitter hesabında millət vəkili Azay Quliyev yazıb.

 

O, qeyd edib:

 

"Bildiyiniz kimi, mart ayının 25-dən etibarən yaşı 65-dən yuxarı olan seçicilərimin karantin rejimi ilə əlaqədar üzləşə biləcəkləri mümkün problemlər haqqında məlumatların operativ qaydada çatdırılması və həlli məqsədilə azayguliyev.az saytı üzərindən "elektron müraciət xidməti" yaradaraq sakinlərin istifadəsinə təqdim etdim. Bundan başqa, yaşlı nəslin nümayəndələrinin bir çoxunun internetdən geniş istifadə etmək vərdişinin zəif olduğunu nəzərə alaraq, fəal seçicilərdən ibarət əlaqələndirmə qrupu yaratdım. Hesab edirəm ki, 8 saylı Binəqədi birinci seçki dairəsi ərazisində koronavirusla bağlı vəziyyət, o cümlədən gücləndirilmiş karantin rejiminin tələblərinə əməl edilməsi və mövcud şəraitdə sakinləri narahat edən məsələlər haqqında dəqiq və çevik məlumatın əldə edilməsində bu cür əlaqələndirilmiş fəaliyyətin müsbət rolu olacaqdır.

 

Bu gün isə mənim təşəbbüsümlə seçicilərim arasında yaşı 65-dən yuxarı, imkansız və xüsusi qayğıya ehtiyacı olan 200 ailəyə ərzaq yardımı, 2000 nəfərə isə koronavirusdan qorunmaq üçün zəruri tibbi ləvazimatlar verilməyə başlanıldı.

 

Fürsətdən istifadə edib, hörmətli seçicilərimdən bir daha gücləndirilmiş karantin rejiminin tələblərinə ciddi əməl etməyə, ən əsası evdə qalmağa və ümummilli həmrəyliyimizə töhfə verməyə çağırıram.


#bizbirlikdəgüclüyük".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Hüquq siyasəti və dövlət quruculuğu komitəsi iki layihəni müzakirəyə çıxarır 1 İyun 2020, 09:10 Nebraska ştatının qubernatoru 28 mayı Azərbaycan Günü elan etdi 1 İyun 2020, 09:05 Bərdədə ana və qızı GÜLLƏLƏNDİ -FOTO 1 İyun 2020, 09:00 Milli Məclisin yeni deputatı: “Azərbaycanı bugünkü gənclər idarə edəcək” - MÜSAHİBƏ 1 İyun 2020, 08:47 Ali məktəblərə imtahansız qəbul olmaq istəyənlərin nəzərinə - sənəd qəbulu başladı 1 İyun 2020, 08:46 Milli Məclis növbədənkənar iclas ÇAĞIRDI 1 İyun 2020, 08:22 Güləş Federasiyasının prezidenti vəfat etdi 1 İyun 2020, 00:57 16 yaşlı velosipedçi yol qəzasının qurbanı oldu 1 İyun 2020, 00:49 Deputatdan hökumətə ünvanlı sosial yardım çağırışı - VİDEO 1 İyun 2020, 00:40 Sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu başlanılır 1 İyun 2020, 00:34 Mehriban Əliyeva uşaqları belə təbrik etdi - FOTO 1 İyun 2020, 00:23 Uşaqların Beynəlxalq Müdafiəsi günüdür 1 İyun 2020, 00:14 Bu gündən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə başlanılır 1 İyun 2020, 00:04 Bakıda naməlum şəxslər ər-arvadı döydülər 31 May 2020, 23:54 Rusiyadan ABŞ-a etiraz 31 May 2020, 23:46 Komendant saatının vaxtı uzadıldı 31 May 2020, 23:35 Tovuzda 25 yaşlı gənc intihar etdi 31 May 2020, 23:21 Bu şirkət 774 min avtomobili geri çağırır 31 May 2020, 23:03 Tramp G7 sammiti iştirakçılarının sayını artırır 31 May 2020, 22:47 Dünyanın ən böyük konteyner gəmisi Süveyş kanalından keçib 31 May 2020, 22:33 Azərbaycanda koronavirusla bağlı son STATİSTİKA 31 May 2020, 22:16 Türkiyədə COVİD-19 qurbanlarının sayı 4 540 nəfərə çatıb 31 May 2020, 21:59 Ağstafada ağır qəza: 2 yaralı var 31 May 2020, 21:45 Kürdəmirdə üç otaqlı ev yanaraq külə döndü 31 May 2020, 21:36 Avropada rəqəmsal avro sınaqdan keçirildi 31 May 2020, 21:24 OPEC+ ölkələrinin nazirləri bu tarixdə görüşəcək 31 May 2020, 21:10 Türkiyə sabahdan bu qadağaları ləğv edir - Siyahı 31 May 2020, 20:58 "Crew Dragon"nun Yer ilə rabitə əlaqəsində nasazlıq yarandı 31 May 2020, 20:47 Fransalı futbolçudan ABŞ-dakı irqçiliyə etiraz - VİDEO 31 May 2020, 20:38 Pompeo öldürülən afroamerikalının ailəsinə başsağlığı verdi 31 May 2020, 20:34 Çin orbitə iki peyk buraxdı 31 May 2020, 20:28 Vaxtı keçmiş kreditlərin məbləği açıqlandı 31 May 2020, 20:25 Göygöldə “KamAZ”  qoyun sürüsünə çırpıldı 31 May 2020, 20:19 Misir ordusu Şimali Sinayda daha 19 terrorçunu məhv etdi 31 May 2020, 20:18 Xorvatiya 10 ölkənin vətəndaşları üçün sərhədlərini açdı   31 May 2020, 20:18