Modern.az

Yasamal sakinlərinə qida sovqatları paylanıldı - FOTO

Yasamal sakinlərinə qida sovqatları paylanıldı - FOTO

9 Aprel 2020, 10:30

 

Koranavirus pandemiyası dövründə insanlara dəstək olmaq məqsədi ilə Yasamal rayonunda növbəti sosial aksiya baş tutub.

 

Modern.az xəbər verir ki, Bakının Yasamal rayonu İcra Hakimiyyəti və Yasamal rayonunda fəaliyyət göstərən Ləzzət Şirniyyat Evi müştərək xeyriyyə aksiya həyata keçiriblər. Yasamal rayonunun müxtəlif ünvanlarında yaşlı və ehtiyacı olan insanlara qida sovqatları paylanılıb. Aksiya zamanı könüllülər Yasamal rayonu sakinlərini ziyarət edib və sovqatları bilavasitə onlara çatdırıblar.

 

Həyata keçirilən bu aksiyadan koranavirus pandemiyası dövründə maddi ehtiyacı olan onlarla paytaxt sakini faydalanıb. Qida paylarını qəbul edən Yasamal sakinləri bu xeyirxah aksiyaya görə, Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya xüsusi minnətdarlığını bildiriblər.

 

Yasamal rayon sakinlərinə qida sovqatları paylayan könüllülər həmçinin karonavirusdan qorunmaq üçün ölkədə tətbiq edilən karantin qaydaları barədə onlarla maarifləndirici söhbətlər aparıblar.

 

#evdəqal kampaniyası çərçivəsidə həyata keçirilən bu sosial aksiya karantin şəraitində ehtiyacı olanlara maddi və mənəvi cəhətdən yardım etmək məqsədi daşıyır.

 

Xatırladaq ki, bu günkü tədbir, son bir neçə gündə Yasamal rayonunda baş tutan artıq üçüncü sosial aksiyadır.

 

#bizbirlikdəgüclüyük

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır