Modern.az

“İlana ağı verən kərtənkələdir, bunlara da ağı verən Əli Kərimli” - Siyavuş Novruzov

“İlana ağı verən kərtənkələdir, bunlara da ağı verən Əli Kərimli” - Siyavuş Novruzov

9 Aprel 2020, 13:45

“Xaircə oturub Azərbaycan əleyhinə iş aparan adamlar var. Biz konkret olaraq adlar deməliyik, onları ifşa etməliyik. ABŞ-da oturan Sevinc Osmanqızı, Avropada oturan Qənimət Zahit Avropada deyir ki, Azərbaycanda koronavirusa qarşı mübarizə aparılmır. Bəs ölkəmizdə bu qədər işlər görülür, karantin rejimi tətbiq olunur. Bu işləri kim görür?”.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib. O qeyd edib ki, həmin insanlar özləri xaricdə evdə oturub çölə çıxa bilmirlər, hüquq-mühafizə orqanlarının tələblərinə ikiqat tabe olurlar:

 

“Ancaq burda insanlara deyirlər ki, çölə çıxın. Bunlar istəyirlər ki, Azərbaycanda vəziyyət pis olsun və onlar sevinsinlər. Deyir “ilana ağı verən kərtənkələdir". Bunlara da ağlı verən Əli Kərimlidir. Utanmasalar deyərlər ki, koronavirusu Azərbaycan yaradıb. Biz bunları ifşa etməliyik ki, bunlar hardan maliyyələşdirilir. Bunlar iqtidara müxalifət deyil, bunlar xalqa, dövlətçiliyə müxalifətdir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi