Arxiv
28 Aprel 2020, 12:58 | ALLAH RƏHMƏT ELƏSİN
Azərbaycanda İnstitut direktoru vəfat edib

Azərbaycan tibb elminin inkişafında müstəsna xidmətləri olan görkəmli alim, Əməkdar elm xadimi, Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlişir Musayev 70 yaşında vəfat edib.

 

Modern.az-ın məlumatına görə, Əlişir Musayev 1949-cu ildə Gürcüstanın Başkeçid rayonunun Qızılkilsə kəndində anadan olub.

 

O, 1978-ci ildə Azərbaycan Elmi-Tədqiqat Kurortologiya və Fizioterapiya İnstitutunda kiçik elmi işçi, daha sonra isə baş elmi işçi vəzifələrində çalışmışdır. 1988-ci ildə Elmi-Tədqiqat Tibbi Bərpa və Təbii Amillərlə Müalicə İnstitutunda elmi işlər üzrə direktor müavini, 1993-cü ildə isə direktor vəzifəsinə təyin edilmişdir. Alim 1994-cü ildən Azərbaycan Tibb Universitetinin Fizioterapiya və kurortologiya kursuna, 2011-ci ildən Fizioterapiya və idman təbabəti kafedrasına rəhbərlik edib.

 

Professor Ə.Musayevin elmi fəaliyyətinin əsas istiqamətləri sinir sisteminin müxtəlif xəstəlikləri zamanı fiziki amillərin orqanizmə müalicəvi təsirinin neyrofizioloji əsaslarının öyrənilməsinə həsr olunmuşdur. Onun rəhbərliyi altında yerinə yetirilmiş nevrologiya və kurortologiyanın ən aktual problemlərinin həllinə yönəldilmiş elmi işlərin nəticələri əsasında mərkəzi və periferik sinir sistemi xəstəliklərinin yeni müalicə üsulları yaradılmış və reabilitasiya proqramı işlənib hazırlanıb.

 

Alim baş və onurğa beyinin damar patologiyalarının fiziki amillərlə yeni müalicə üsullarının və reabilitasiya prinsiplərinin ən aktual problemlərinin həllinə yönələn və beynəlxalq səviyyədə qəbul edilən elmi işlərin müəllifi idi. O, bu patologiyalar zamanı orqanizmin pozulmuş hərəki funksiyalarının bərpa mexanizmlərini aktivləşdirmək üçün obyektiv neyrofizioloji tədqiqatlara əsaslanan elmi konsepsiya irəli sürüb.

 

Ə.Musayevin rəhbərliyi altında Rusiya Elmlər Akademiyası və AMEA-nın institutları ilə birgə ölkəmizin təbii müalicəvi amillərinin, xüsusilə Naftalan neftinin, müalicəvi palçıqların, mineral suların öyrənilməsinə yönəldilmiş genişmiqyaslı tədqiqatlar aparılmışdır. Alimin rəhbərlik etdiyi institutun əməkdaşları Naftalan nefti əsasında yeni müalicə preparatı - Naftalan dimeksid emulsiyasını (Avrasiya patenti) yaradıblar.

 

Alim Rusiya Tibb Elmləri Akademiyasının fəxri doktoru, Gürcüstan Profilaktik Təbabət və Ekologiya Akademiyasının həqiqi üzvü, Avropa Təbiət Elmləri Akademiyasının akademiki, Türk Dünyası Elmlər Akademiyasının akademiki, Beynəlxalq Mühəndislik Akademiyasının müxbir üzvü, Ümumdünya və Avropa Nevroloqlar Assosasiyalarının üzvü idi.

Onun elmi araşdırmalarının nəticələri 500-ə yaxın elmi əsərdə, o cümlədən 2 monoqrafiya, sinir sisteminin yeni müalicə və reabilitasiya üsullarını təklif edən 13 ixtira və patentdə, 8 səmərələşdirici təklifdə, təbabətdə tətbiq olunan 15 metodik tövsiyəsində öz əksini tapmışdır. Ə.Musayev "Ümumi fizioterapiya" dərsliyinin və Türkiyədə həkimlər üçün nəşr olunmuş "Manual terapiya" tədris vəsaitinin müəllifi idi. Həmçinin Azərbaycan Milli Ensiklopediyasında "Kurortologiya" bölməsinin müəllifi idi.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ombudsman beynəlxalq təşkilatlara müraciət etdi 1 Dekabr 2020, 13:03 “Hanı o 7 şərt? Getdi işinə” – İlham Əliyev Ermənistana mesaj verdi 1 Dekabr 2020, 13:00 Qələbəni bizə yaşadanlara və qələbəmizə sevinənlərə eşq olsun! - VİDEO 1 Dekabr 2020, 12:56 Sabah hava necə olacaq? - PROQNOZ 1 Dekabr 2020, 12:52 Paşinyan məhkəmədə uduzdu 1 Dekabr 2020, 12:50 İlham Əliyev üçtərəfli bəyanatın detallarını ŞƏRH ETDİ 1 Dekabr 2020, 12:45 İlham Əliyev yeni çəkiləcək “Azərbaycan-Naxçıvan dəhlizi”ndən DANIŞDI 1 Dekabr 2020, 12:40 Prezident məhv edilən erməni texnikasının yekun siyahısını AÇIQLADI 1 Dekabr 2020, 12:35 “Biz Laçınımıza mədəniyyəti qaytarırıq” - Anar Kərimov 1 Dekabr 2020, 12:30 “Fransa parlamentinin bizim məsələ ilə nə işi var?” – İlham Əliyev 1 Dekabr 2020, 12:28 “Kimsə Qarabağ münaqişəsinin davam etdiyini düşünürsə, səhv edir” 1 Dekabr 2020, 12:25 Bəyanata əgər kimsə müdaxilə etmək istəsə...” - Prezidentdən sərt MESAJ 1 Dekabr 2020, 12:20 Təhsil Nazirliyi vaxtı uzatdı 1 Dekabr 2020, 12:17 “Ermənistan rəhbərliyində Laçını qaytarmaq fikri olmayıb” 1 Dekabr 2020, 12:14 Prezident bəzi sirləri açdı: “Laçın dəhlizi erməni işğalçılarından təmizlənib” - Müraciətin tam MƏTNİ 1 Dekabr 2020, 12:09 Prezident Laçının işğaldan azad olunması münasibətilə xalqı təbrik etdi 1 Dekabr 2020, 12:05 Prezident xalqa müraciət edir - CANLI 1 Dekabr 2020, 12:00 İsveçrədəki azərbaycanlılar “Le Temps” qəzetinə etiraz məktubu göndərib 1 Dekabr 2020, 11:54 Xanım sürücünün yolunu kəsən şəxs həbs edildi - VİDEO 1 Dekabr 2020, 11:52 Türkiyədən Birgə Monitorinq Mərkəzi ilə bağlı AÇIQLAMA 1 Dekabr 2020, 11:52 Bakının bu yollarında avtobuslar üçün xüsusi zolaqlar ayrıldı - SİYAHI 1 Dekabr 2020, 11:50 “Artıq dekabrın 1-dən sonra postmüharibə dövrü başlayır” - Malik Həsənov 1 Dekabr 2020, 11:48 “Sumqayıt - dənizə addımlayan şəhər...” - Rəhman Orxanın kitabı çıxdı 1 Dekabr 2020, 11:45 Təhsil haqqı dövlət tərəfindən ödənilən tələbələrin siyahısı AÇIQLANDI 1 Dekabr 2020, 11:43 Zahid Oruc: Müzəffər Ordumuz BMT qətnamələrini tam yerinə yetirdi..   1 Dekabr 2020, 11:38 Azərbaycanda pambıq yığımında orta məhsuldarlıq 33 sentnerə çatır 1 Dekabr 2020, 11:34 66 günlük qəhrəmanlıq dastanı... 1 Dekabr 2020, 11:30 Müharibədə iştirak edən tələbələr təhsil haqqından azad edildi 1 Dekabr 2020, 11:25 BirKart-la taksit əməliyyatları edin, 100 AZN qazanın! 1 Dekabr 2020, 11:20 Laçının azadlığı ilə yenidən doğulan qəhrəmanlarımız - FOTOLAR 1 Dekabr 2020, 11:16 Laçında Azərbaycan Himni oxundu - VİDEO 1 Dekabr 2020, 11:10 Aşıq Namiq polisə tabesizlik göstərib – DİN-dən AÇIQLAMA 1 Dekabr 2020, 11:05 “Məktəbləri hərbi hissə kimi istifadə edirdik” - Zori Balayanın oğlu 1 Dekabr 2020, 11:04 “Ermənistan son anda “İsgəndər” raketinə əl atdı” - Komandir müavini  1 Dekabr 2020, 11:00 Laçında aqrar, sənaye və turizm sahələri inkişaf etdiriləcək - İqtisadi ŞƏRH 1 Dekabr 2020, 10:55
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?