Modern.az

Azərbaycanlı gənclər Avropada hərəkat yaratdılar

Azərbaycanlı gənclər Avropada hərəkat yaratdılar

28 Aprel 2020, 14:00

Mənzil qərargahı Polşanın Varşava şəhərində yerləşən IDIFA Sülh Naminə Hərəkatı təsis edilib.

 

Modern.az xəbər verir ki, hərəkatın əsas məqsədi dünyanın müxtəlif ölkərində Azərbaycanın milli maraqlarının müdafiəsi, Dağlıq Qarabağ həqiqətlərinin təbliğidir. Bu barədə açıqlama verən IDIFA-nın qurucularından biri, Azərbaycan İtaliya Gənclər Assosiasiyasının sədri Emin Rüstəmov hərəkatın qarşısına qoyduğu əsas məqsədlərdən danışıb. Onun sözlərinə görə IDIFA-nın fəaliyyətinin daha da səmərəli təşkili üçün artıq bu gündən etibarən www.idifa.net internet portalı istifadəçilərin ixtiyarına verilib.

 

Emin Rüstəmov qeyd edib ki, hərəkat olaraq dövlətimizin beynəlxalq müstəvidə atdığı vacib addımları, eyni zamanda ölkəmizin dövlət maraqlarının qorunması istiqamətindəki mühüm fəaliyyətini təqdir edir və dəstəkləyirlər:

 

"Hərəkat olaraq əsas hədəfimiz bu istiqamətdə dövlətimizin yanında olmaq, Azərbaycanı beynəlxalq arenada layiqli təmsil etmək, yeni imkanlar axtararaq, bu siyasətə dəstək verməkdən ibarətdir”.

 

Assosasiya sədri hərəkatın qarşıdakı bir il üçün nəzərdə tutduğu tədbirlər planı haqqında da bəhs edib:

 

“Önümüzdəki il üçün əsas istiqamətlərdən biri Azərbaycanı dünyanın müxtəlif ölkələrində təşkil olunan beynəlxalq tədbirlərdə yüksək səviyyədə təmsil etməklə ölkəmiz adına Azərbaycan gəncliyi olaraq töhvə verməkdir. Bütün bunlarla yanaşı, tanınmış xarici media mənsubları ilə əməkdaşlıq edərək Azərbaycanın təbliği istiqamətdə daha çox məlumatların və məqalələrin yayımlanmasını təmin etməkdir. Qısacası, dövlətimizin müəyyən etdiyi xarici siyasət prioritetlərini əsas götürərək ölkəmiz adına faydalı işlər görməyi əsas məqsəd olaraq qarşımıza qoymuşuq.

Əsas hədəflərimizdən biri də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə hüquqi qiymətin verilməsi, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasından ibarətdir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?