Arxiv
29 Aprel 2020, 14:40 | ƏDƏBİYYAT
Bizə kitab oxumaqda nə mane olur? - SƏBƏBLƏR

Qonaq otağının ən gözəl bəzəyi,

                 kitabların olduğu yerdir

(Con Gey)

 

Əgər boş vaxtlarımda kitab oxuyuram deyiriksə oxumaq bizim həyatımızda hansı yerdə durur?! Mütaliəni boş zamanlara saxlayır, gündəlik həyatda ona müəyyən bir vaxt ayırmırıqsa, fərqinə belə varmadan mütaliəni vacib ehtiyac olaraq görmürük deməkdir. Əlbəttə boş zamanlar kitab oxumaqla dəyərləndirilə bilər, amma kitabın zəruri ehtiyaclar sırasında və günün müəyyən bir saatında az da olsa mütləq yeri olmalıdır. Bu insanın özünü inkişaf etdirməsi üçün vacib şərtdir.

 

Mütaliə kimi çox maraqlı bir vərdişi kimlər və nələr əngəlləyir bizim üçün? Müasir dövrdə mütaliəni əngəlləyən bir sıra səbəblər ortaya çıxır.

 

Bu səbəbləri bəzi ictimai faktlorlar - mədəni, təhsil, iqtisadi, sosial və senzur olmaqla beş başlıqda dəyərlədirə bilərik. Mütaliə alışqanlığı qazanmağa və bu alış­qanlığı davam etdirməyə mənfi təsir edən ən vacib faktor isə texnologiyadan asılı­lıqdır. Xüsusilə televizor, kompüter və mobil telefondan istifadənin geniş yayılma­sı ilə insanların mütaliə etmək faizində ciddi bir geriləmə müşahidə olunmağa baş­lamışdır. Vizual və audio vasitələr bu gün uşaqlar və gənclərin zövqünə daha çox xitab etməkdədir.

 

Bir çox inkişaf etmiş ölkələrdə aparılan araşdırmalar gündəlik televizor izləməyə ayrılan vaxtın lazım olduğundan çox olduğunu göstərir.

 

Bu mövzuda bu günə kimi aparılan araşdırmaların çoxunda cəmiyyətin böyük bir hissəsinin asudə vaxtının əsas hissəsini televizor qarşısında keçirdiyi müəyyən olunmuşdur. Televiziya xüsusilə məktəbəqədər dövrdə uşaqların zehni inkişafına təsir edə biləcək bir vasitədir. Uşaqların öyrənmə bacarıqlarının inkişaf etməsinə və daha yaradıcı böyüməsinə imkan yaradan televiziya proqramları, eyni zamanda böyüklərin məlumatlılığını artırmaq xüsusiyyətinə malikdir. Ancaq izlənmə vaxtı və izlənən proqramın növündə lazımlı şərtlər gözlənilmədiyi təqdirdə televizor, hər yaşda olan insanın inkişafına, sosial əlaqələrinə və sağlamlığına zərərli ola biləcək bir qurğudur. Bir çox inkişaf etməkdə olan ölkələrdə aparılan araşdırmalar gündəlik televizor izləməyə ayrılan vaxtın lazım olduğundan çox olduğunu göstərir. Bunun da insanın sağlamlığına, sosial münasibətlərinə və gündəlik fəaliyyətlərinə mənfi təsir etdiyi sübut olunmuşdur. Televizor və kompüter qarşısında üç saatdan artıq vaxt keçirən məktəbəqədər yaşlı uşaqların məktəb dövründə diqqət dağınıqlığı ki­mi ciddi problemlə qarşılaşdıqları məlumdur. Yeni Zelandiyalı tədqiqatçılar buna insan fiziologiyasının tələbat duyduğu hərəkətli fəaliyyətlərin yerinə ekran başında hərəkət etmədən keçirilən uzun zamanların səbəb olduğunu irəli sürürlər.

 

 

Hər bir maneə kimi musiqi səsi də, oxuyub-anlama prosesində diqqəti toplamağa əngəl olacaq bir maneədir.

 

Musiqi bədən yorğunluğunun ruhi durğunluqla dincəlməsini təmin edən əhə­miyyətli bir vasitədir. Mühitə və insanın ruh halına uyğun dinlənilən musiqinin in­san ruhuna rahatladıcı bir təsiri olduğu hər kəsə məlum bir gerçəkdir. Ancaq həya­tımızda mühüm əyləncə və istirahət vasitəsi hesab edilən musiqi, insan həyatına müsbət təsir göstərəcək şəkildə istifadə olunmalıdır. Xüsusilə gənclər arasında musiqi dinləyərək dərs çalışmaq və ya mütaliə vaxtı musiqi dinləməyin diqqəti cəmləməyə kömək etdiyi kimi bir yanlış fikir geniş ya­yılmışdır. Halbuki, kənardan alınan hər bir maneə kimi musiqi səsi də, oxuyub-an­lama prosesində diqqəti toplamağa əngəl olacaq bir maneədir.

 

İnkişaf etməkdə olan ölkələrin başlıca problemlərindən biri mütaliə mədəniy­yətinin hələ də müəyyən bir yetkinlik səviyyəsinə çatmamasıdır. Belə cəmiyyətlər­də mütaliə alışqanlığı qazanılmasını əngəlləyən vacib bir faktor da oyun oynama və söhbət etmə mədəniyyətinin mütaliə mədəniyyətindən daha üstün olmasıdır. Alimlər bu ölkələrdə bu cür mənfi halların olmasının üç səbəbini izah edirlər: bun­lardan ilki inkişaf etməkdə olan ölkələrdə dinləyərək öyrənmə və söhbət etmə me­yillərinin oxu meyillərindən üstün olmasıdır. İkinci səbəb, cəmiyyətin  mütaliə alışqanlığına malik bir toplum kimi formalaşmasında insan, pul və idarəçilik ünsür­lərindən qaynaqlanan çatışmazlıqlardır.

Cəmiyyətin mütaliə alışqanlığı qazanmasında ən vacib quruluş olan kitabxa­naların sayca az olması, fondlarının yetərli olmaması, ixtisasca kitabxanaçı kadrların azlığı və müasir xidmətlər təklif etmək üçün yetərli büdcə ayrılmaması bu problemin görünməyən tərəfləridir. Toplumun elektron vasitə və avadanlıqlara xərclədikləri pul və əməyin mütaliə marağının önünə keçməsi də digər bir səbəb olaraq dəyərləndirilir.

Məktəblilərin və cəmiyyətin mütaliə alışqanlığı qazanması üçün mütaliə isti­qamətli layihələr məhz bu problemləri aradan qaldırmaq məqsədilə həyata keçirlir.

 

Mütaliəni əngəlləyən digər səbəblər

 

1.Təhsil sistemimiz, kitab oxumağı sevdirəcək və alışqanlıq halına gətirəcək gücə malik deyil. Dil və ədəbiyyat dərslərində oxumağa maraq yaradılmır. Azər­baycanda çox az kitab oxunur... Mütaliə alışqanlığı ziyalı təbəqə arasında belə ge­niş yayılmış deyil. Məktəbəqədər dövrdən başlayaraq doktorluq dərəcəsi alana qə­dər kitab oxumaq bir strateji mövzu olaraq əhəmiyyətli hesab olunmur. Hətta mü­əllimlər və təhsil işçiləri arasında belə mütaliə etmək alışqanlığı yoxdur.

2.İnsanlar məktəbdə uşaqlarını oxumağa təşviq edərkən bunu daha çox məqam-mövqe, karyera və imkan sahibi olmaq niyyəti ilə edirlər, oxumağın əsl də­yərini başa düşərək yox. Halbuki müəyyən bir səviyyəyə gələn və “həqiqətən bö­yük işlər görənlər” dərsdənkənar daha üstün kitabları oxuyaraq yetişirlər.

3.İctimaiyyətin mütaliədən kənar (futbol, musiqi, şou, TV, internet, kompüter oyunları, mobil cihazlar və s.) sahələrə istiqamətlənməsi. Xüsusilə media cəmiyyə­tin mütaliə alışqanlığı qazanması mövzusunda laqeyiddir. Mütaliə mədəniyyəti for­malaşdırmaq məqsədi daşıyan televiziya proqramları çox azdır. Media mütaliə edən insanı cəmiyyətə model olaraq təqdim etmir.

4.Mütaliə alışqanlığı qazanılmasında ən təsirli faktor ailə mühitidir. Halbuki, uşaqlarına verəcəkləri kitab oxumaq sevgisi, zövq və alışqanlığına əvvəlcə onların özlərinin ehtiyacı vardır.

5.Mütaliə etməmək səbəblərini azaldacaq fəaliyyətlərin yetərsizliyi və oxuma­ğa təşviq edici tədbirlərin yetərsizliyi.

  • Mütaliə etmədən də uğur əldə etməyin mümkünlüyü kimi yanlış fikirlər, ki­tab oxumağın mənasız bir vərdiş hesab edilməsi.
  • 7.Uşaq  ədəbiyyatı istiqamətində cəmiyyətin ehtiyacını ödəmək məqsədilə va­hid müəyyən bir sistemin olmaması.

    8.Yeni  nəşrlərin kitabxanalara vaxtında verilməməsi. Məsələn, bütün dünya­da oxunma rekordları qıran elmi və bədii dəyərə malik kitabları bizim nə kütləvi nə də uşaq kitabxanalarında tapmaq mümkün olmur.

    9.Təəssüflə qeyd etməliyik ki, məktəb kitabxanalarında çalışanlar əksərən ki­tabxanaçılıq ixtisaslı olmurlar.

    10.Böyüklər üçün digər ehtiyacların mütaliənin önünə keçməsi. Məsələn, in­sanların daha çox gündəlik ehtiyac dalınca qaçması və başqa heç nə düşünməməsi. Bəzi insanlar kitab qiymətlərinin baha olduğunu düşünürlər.

    Kitablar əslində baha deyil, insanlar daha çox iqtisadiyyata maraqlıdır. Bura­da məsələ yoxsulluq deyil, pul hərisliyinin gözləri bürüməsidir. Pulun ən vacib ele­ment vastəsi sayıldığı cəmiyyətlərdə “Kitab qarın doyurmur” fikri qalib gəlir. Qı­sası ən bahalı mobil telefonlar üçün pul var, amma kitab üçün yoxdur. Məgər kitab mobil telefondan çox bahadır?!

    Səyyarə Məmmədova

    Təhsil İnstitutunun baş mütəxəssisi

     

    BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
    + Arxiv
    Prezident küçələrdən siqaret kötükləri topladı 20 Sentyabr 2020, 00:59 İsveçrə ATƏT-in sədrliyi postuna namizəd irəli sürməyib 20 Sentyabr 2020, 00:43 Trampa qarşı qəsdin qarşısı alındı 20 Sentyabr 2020, 00:26 “Əsrin müqaviləsi”nin 26 ili tamamlandı 20 Sentyabr 2020, 00:09 Qubada polis postu quruldu 19 Sentyabr 2020, 23:58 6 futbol hakimi koronavirusa yoluxdu 19 Sentyabr 2020, 23:42 Əfqanıstanda terror: 1 ölü, 5 yaralı 19 Sentyabr 2020, 23:31 Bakıda kürəkən qaynanasını avtomobillə vurdu 19 Sentyabr 2020, 23:17 Bombardmançı təyyarə dünya rekordu qırdı 19 Sentyabr 2020, 23:03 Bu ölkədə koronavirusa yoluxanların sayı 390 358 nəfərə çatıb 19 Sentyabr 2020, 22:47 FETÖ ilə əməkdaşlıqda şübhəli bilinənlər saxlanıldı 19 Sentyabr 2020, 22:33 “Sumqayıt” lider oldu 19 Sentyabr 2020, 22:17 Amur çayı daşdı: balıqlar şəhərdə üzür – VİDEO 19 Sentyabr 2020, 22:01 Gəncədə gənc oğlan bıçaqlanıb 19 Sentyabr 2020, 21:44 BDU professorun universitetə buraxılmamasının SƏBƏBİNİ AÇIQLADI 19 Sentyabr 2020, 21:30 Türkiyədə koronavirusdan sağalanların sayı 266 117-yə çatıb  19 Sentyabr 2020, 21:17 Mahir Abbaszadə seçicilərlə növbəti videoqəbul keçirib 19 Sentyabr 2020, 20:58 “Bu işğalçı dövlətin növbəti məkrli oyunlara hazırlaşdığının bariz nümunəsidir” - Tural Gəncəliyev 19 Sentyabr 2020, 20:45 Qərbi Kaspi Universitetinin tələbələri Virtual Tələbə Uğur Forumuna qatılıb 19 Sentyabr 2020, 20:31 “Biz mütləq öz torpaqlarımıza qayıdacağıq” - İlham Əliyev 19 Sentyabr 2020, 20:18 Yol qəzası mərkəzi prospektdə tıxac yaratdı 19 Sentyabr 2020, 20:01 Nazirlikdən intihar edən müəllimə başsağlığı: “Qeyri-dəqiq məlumatların təqdimatı təəssüf doğurur” 19 Sentyabr 2020, 19:36 Xuraman Şuşalı 100 min xərclədiyi evini satışa çıxardı - VİDEO 19 Sentyabr 2020, 19:25 BDU-nun professorunu iş yerinə buraxmadılar - SƏBƏB 19 Sentyabr 2020, 19:11 Tofiq Yaqublu ilə bağlı qərar müxalifət üçün testdir - Azay Quliyev 19 Sentyabr 2020, 19:03 Prezident Qarabağ barədə DANIŞDI: “Xalq bilməlidir nələr baş verir” 19 Sentyabr 2020, 18:28 Azərbaycanda reanimasiyada olan COVİD-19 xəstələrinin sayı açıqlandı 19 Sentyabr 2020, 18:20 Naqif Həmzəyev: “Əsrin müqaviləsi”nin uğurlu icrası Azərbaycanın gücünə güc qatır" 19 Sentyabr 2020, 18:12 Konstitusiya referendumuna ehtiyac varmı… – Partiya liderlərindən MÜNASİBƏT 19 Sentyabr 2020, 18:03 Sumqayıtın yanından keçəndə hər kəs pəncərəni bağlayırdı ki….” – Ölkə başçısı 19 Sentyabr 2020, 17:52 1 həftəyə 13 milyard dollar QAZANDI 19 Sentyabr 2020, 17:40 İlham Əliyev: Bu gün Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir 19 Sentyabr 2020, 17:31 Prezident təməlqoyma mərasimində... - YENİLƏNİB 19 Sentyabr 2020, 17:24 Komitə sədri seçicilərlə onlayn görüş keçirdi - FOTO 19 Sentyabr 2020, 17:22 Gəncədə 22 yaşlı oğlan naməlum şəraitdə bıçaqlanıb 19 Sentyabr 2020, 17:13