Arxiv
29 Aprel 2020, 22:52 | ƏDƏBİYYAT
Bolşevik işğalına qarşı “32-lər əfsanəsi”

Zaur Əliyev,
Elm Tarixi İnstitutunun elmi katibi,
siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

Bu gün 300 spartalı, Kürşad Üsyanı, Çanaqqala qəhrəmanları haqqında çox yazırlar. Azərbaycanda 1 ay ərzində XI rus ordusuna qarşı mübarizə aparan 32 nəfər Azərbaycan Cümhuriyyətinin əsgər və zabitləri haqqında heç nə yazılmır. Düzdür, bəzi yazılarda buna qısa toxunulsa da, tam ciddi araşdırma yoxdur. Çox heyf ki, 32 nəfər qəhrəman haqqında tam olaraq araşdırma aparılmayıb və o sənədlər arxivdə tam olaraq incələnməyib.

Məlumdur ki, 1920-ci ildə bolşeviklərin Qırımızı ordusu Azərbaycanı işğal etmişdir. Azərbaycan ərazisində onlara qarşı bir çox üsyan baş versə də, hamısı qanla yatırılıb. 1920-ci ilin may ayında Qarabağda XI ordu hissələri ilə Azərbaycan Ordusunun əsgərləri arasında bir neçə lokal toqquşmalar baş verib. Ruslar onlara qarşı çıxan üsyançıları tutub XI Ordu qərargahına gətirirərək sorğu sualsız güllələyirdilər.
Bunu eşidən milli ordunun əsgərləri və üsyançıların bəziləri gizlincə silahı atıb evlərinə və xaricə getsələrdə 4 nəfər zabit və 28 nəfər əsgər son qanlarına qədər döyüşməyə and içirlər. Çox heyf ki, onların adları bəlli olmasa da bu qəhrəman döyüşçülər Bərdə tərəfdə IX Orduya qarşı ciddi müqavimət göstərilər. Rus ordusunun sayca üstünlüyü və silahlarının çoxluğuna baxmayaraq yaranmış əlverişli şəraitdən istifadə edən “32-lər” Bərdənin sağ sahilindəki qüvvələri şəhərin kənarına sıxışdırıb Qarabağa hərəkət üçün ciddi strateji əhəmiyyət kəsb edən bu mövqeyi bir həftəyə qədər nəzarət altında saxlaya bildilər. Onlar Bərdəyə rusların daxil olmasına ciddi müqavimət göstərirdi. Yerli caamat onlara tam dəstək olduğu üçün Lenin Bakıya xəbər göndərir ki, orda rus əsgərləri qırılır. Əgər azərbaycanlı bolşeviklər bir ciddi addım atmasalar onlar yerli hakmiyyətdə təmsil olunmayacaqlar. Bu xəbər Bakıya çatan kimi Çingiz İldırım və Dadaş Bünyadzadə dərhal Qarabağa gəlirlər. Bünyadzadə ilə birlikdə konspirativ şəkildə Ağdama, Şuşaya,Qaryaginə gedərək, yerli kommunistlərdən M. Məmmədxanov, A. Qaragözov, S. Səfərov, A. Saturyan və b. köməyi ilə özünü müdafiə komitələri, bolşeviklərdən ibarət könüllü birliklər yaratmağa çalışırdılar. Bərdədə isə “32-lər” hələ ki, XΙ orduya qarşı bütün təyziqlərə baxmayaraq döyüşürdülər. Vəziyyətin ciddiləşdiyini görən Ç. İldırım üsyan başçılarının təhvil verilməyəcəyi təqdirdə Bərdənin bombardman ediləcəyini bildirdi.

Bu ultimatumdan sonra yerli əhalini qırğına verməmək üçün “32-lər” şəhəri tərk etməyə məcbur olub Qarabağa irəliləyən birinci süvari alayı (Tatar alayı)-lə qarşılaşdılar. Ι Dünya müharibəsində “Vəhşi diviziya” adını almış bu hərbi birlik üç gün ərzində XΙ ordu hissələri ilə qanlı döyüşlər apardıqdan sonra, mühasirəyə düşmək ehtimalının erçəkləşdiyini görüb çəkilməyə məcbur oldu. . Dağıstandan bir qrup türk zabiti və əsgəri general Nuru paşanın rəhbərliyi ilə Şuşaya üsyan etmiş xalqa köməyə gəldi. Üsyançılar Qarabağda sovet hökumətini devirib Qarabağ inqilab komitəsinin üzvlərini həbs etdilər. Nuru paşa Qarabağın hakimi elan edildi. Onun ətrafında Azərbaycan ordusunun zabitlərindən Zeynalov, Səfiyev, sabiq pristav Kərimbəy Qalabəyov və başqaları var idi.

İyunun 6-da yeni hakimin sərəncamı ilə Şuşa İnqilab Komitəsinin sədri B.Vəliyev, Türkiyə kommunisti Süleyman Nuru, qırmızı molla ləqəbli C.Hüseynov güllələndilər. Ancaq XI Ordunun əlavə kömək almış hissələri ermənilərin yaxından iştirakı ilə azadlıq uğrunda mübarizəyə qalxmış əliyalın əhalini qırmağa başladı. Bərdədə və Ağdamda xalqa divan tutan istilaçı ordu iyunun 15-də qüvvələr nisbətinin üstünlüyündən istifadə edərək Şuşanı da ələ keçirdi. Milli ordunun hissələri və Nuru paşa Qaryagin və Cəbrayıl istiqamətində geri çəkilib ölkəni tərk edərək Xiyabaninin nəzarəti altında olan Cənubi Azərbaycana keçdilər. Onlar heç kimdən və heç bir yerdən kömək almadıqlarından əllərindəki silahları sataraq Türkiyəyə keçib Mustafa Kamal paşanın ordularına qoşuldular.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Təbriz küçəsində yanğın nəqliyyatın hərəkətində çətinliklər yaratdı 24 Sentyabr 2020, 23:14 Prezident Azərbaycan səfirinin etimadnaməsini qəbul etdi 24 Sentyabr 2020, 22:59 Ceyhun Bayramov Gürcüstan prezidenti ilə bölgədəki durumu müzakirə etdi 24 Sentyabr 2020, 22:46 Baş Prokurorluqdan Yusif İldırımzadənin qaynının qətli ilə bağlı AÇIQLAMA 24 Sentyabr 2020, 22:27 Fransa yeni qadağalar tətbiq edir 24 Sentyabr 2020, 22:08 Türkiyədə daha 74 nəfər koronavirusdan öldü 24 Sentyabr 2020, 21:49 Türkiyədə tunel çökdü: Dağıntılar altından 11 nəfər çıxarıldı 24 Sentyabr 2020, 21:37 Britaniyada son sutkada koronavirusdan daha 40 nəfər öldü 24 Sentyabr 2020, 21:12 Leysan nəticəsində metro stansiyalarını su basıb 24 Sentyabr 2020, 20:55 Bakıda mənzildə iki qadın meyiti aşkarlandı 24 Sentyabr 2020, 20:42 “Bəşəriyyət pandemiya sınağından keçə bilmədi” - Antoniu Quterreş 24 Sentyabr 2020, 20:24 “Ermənistan rəhbərliyinin davranışı danışıqları mənasız edib” - Araz Əzimov 24 Sentyabr 2020, 20:18 THY Ankara istiqamətində xüsusi reyslər icra etməyə başlayır 24 Sentyabr 2020, 20:02 Ukraynada pandemiyanın ikinci dalğası başlayıb 24 Sentyabr 2020, 19:42 Paşinyan: “Rusiya əsas müttəfiqimizdir, ABŞ və Avropa Birliyi isə...” 24 Sentyabr 2020, 19:32 Yusif İldırımzadənin qohumunun qətli ilə bağlı cinayət işi AÇILDI 24 Sentyabr 2020, 19:14 Azərbaycan nefti bahalaşıb 24 Sentyabr 2020, 19:05 Şəmkir Rayon Polis Şöbəsinidə nöqsan aşkarlandı 24 Sentyabr 2020, 18:50 DİM pandemiya dövründə hansı işləri görüb? - HESABAT 24 Sentyabr 2020, 18:42 Sabiq prokurorun qaynı amansızlıqla öldürüldü 24 Sentyabr 2020, 18:28 Hərbi Hava Qüvvələri döyüş uçuşları həyata keçirdi 24 Sentyabr 2020, 18:19 Ceyhun Bayramov gürcüstanlı vitse-spikerlə görüşüb 24 Sentyabr 2020, 18:12 Qəbul planı 100% dolan universitetlər - SİYAHI 24 Sentyabr 2020, 18:10 Vurğun Əyyubun dəfnində saz çalan aşıq: “Dedi ki, “başıma bir iş gəlsə, məni sazla götürərsiniz”” - MÜSAHİBƏ 24 Sentyabr 2020, 17:59 İnam Kərimov Ağdaş və Göyçay rayonlarında - FOTO 24 Sentyabr 2020, 17:53 Bakıda dəhşət: Nənəsini və bibisini qətlə yetirdi 24 Sentyabr 2020, 17:47 Dolların məzənnəsi sabit qaldı 24 Sentyabr 2020, 17:41 Ali məktəblərdə boş qalan yerlərin sayı AÇIQLANDI 24 Sentyabr 2020, 17:35 Prezident iki qurumun səlahəyyətlərini ARTIRDI 24 Sentyabr 2020, 17:29 İmkansız tələbələrin təhsil haqqını dövlət ödəyəcək - RƏSMİ AÇIQLAMA 24 Sentyabr 2020, 17:23 Gürcüstan Prezidenti Ceyhun Bayramovu qəbul edib 24 Sentyabr 2020, 17:17 Prezidentdən Ədalət Muradovla bağlı SƏRƏNCAM 24 Sentyabr 2020, 17:11 İqtisad Universitetinin əməkdaşları təltif edildi - SİYAHI 24 Sentyabr 2020, 17:07 Deputat - Tendersiz satınalmalar ŞÜBHƏ YARADIR 24 Sentyabr 2020, 17:02 Prezident Əli Həsənovla bağlı sərəncam İMZALADI 24 Sentyabr 2020, 16:56