Arxiv
12 May 2020, 12:13 | ÖLKƏ
Azərbaycan İlahiyyat İnstitutunun yeni rektoru kimdir? - DOSYE

Prezident İlham Əliyev Azərbaycan İlahiyyat İnstitutuna yeni rektor təyinatı ilə bağlı sərəncam imzalayıb.

Modern.az xəbər verir ki, sərəncamla Aqil Muxtar oğlu Şirinov Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilib.

Modern.az saytı yeni rektorun dosyesini təqdim edir:

Aqil Muxtar oğlu Şirinov 1979-cu il sentyabrın 28-də Kəlbəcər şəhərində anadan olub.


1985-ci ildə Kəlbəcər şəhər 3 saylı orta məktəbinə daxil olub, 1996-cı ildə Kəlbəcər rayon 12 saylı orta məktəbi bitirib.


1996-cı ildə Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinə daxil olub, 2001-ci ildə qeyd olunan fakültədən “ilahiyyatçı” və “ərəb dili müəllimi” ixtisasları üzrə məzun olub.


2001-cu ildə Türkiyə Respublikası Mərmərə Universiteti Sosial Elmlər İnstitutunun magistratura bölməsinə daxil olub, 2003-cü ildə “İslam Məzhəbləri Tarixi mənbələrində ifrat meylli məzhəblər və görüşləri (İslam Mezhepleri Tarıhi Literatüründe Aşırı Fırkalar ve Görüşleri)” adlı elmi iş mövzusunu müdafiə edərək magistr dərəcəsinə layiq görülüb.


2003-cü ildə eyni institutun doktorantura şöbəsinə daxil olub, 2007-ci ildə “Nəsirəddin Tusinin varlıq və tanrı anlayışı (Nasiruddin Tusi’de Varlık ve Uluhiyyet)” adlı dissertasiya mövzusunu müdafiə edərək ilahiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.


2008-ci ildən etibarən Bakı Dövlət Universitetin İlahiyyat fakültəsinin “İslam elmləri” kafedrasının saathesabı müəllimi, 2011-ci ildən müəllimi, 2016-cı ildən etibarən isə baş müəllimi vəzifəsində çalışıb. Aqil Şirinov Bakı Dövlət Universiteti İlahiyyat Fakültəsində Fəlsəfə, İslam Məzhəbləri Tarixi, Din sosiologiyası və Din psixologiyası fənlərini tədris edib. Habelə 2015-2017-ci illər ərzində Bakı Dövlət Universitetin Tarix, Folologiya, Jurnalistika, Kitabxanaçılıq və informasiya fakültələrində ümumi fəlsəfə və məntiq, İqtisad Universitetinin Beynəlxalq İqtisadiyyat fakültəsində ingiliscə ümumi fəlsəfə dərslərini aparıb.

Aqil Şirinov Qafqaz Müsəlmanları İdarəsinin “Fətva və moizə” şöbəsinin müdiri vəzifəsində də çalışıb.


2009-2010-cu illərdə Böyük Britaniyanın Kembric şəhərində Studio Cambridge adlı dil kursunun həm ümumi ingliscə, həm də elmi əsər yazma (Academic writtings) bölmələrini müvəffəqiyyətlə bitirib. 


İngilis, ərəb, fars, rus və türk dillərini bilən Aqil Şirinovun 6 kitabı (biri müəllif digərləri həmmüəllif), 2-si xaricdə olmaqla 20-dən çox məqaləsi, ikisi xaricdə olmaqla 8 tezisi nəşr olunub. Ərəb, ingilis, fars və türk dillərindən və bu dillərə bir çox elmi məqalələri tərcümə edən Aqil Şirinov eyni zamanda fəlsəfə, tarix və dinlə əlaqəli bir çox beynəlxalq və yerli simpozium və konfranslarda elmi məruzələrlə çıxış edib.


13 sentyabr 2018-ci ildə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin əmri ilə Azərbaycan İlahiyyat İnstitutunun Elm və innovasiyalar üzrə prorektoru vəzifəsinə təyin edilib.


Yeni Azərbaycan Partiyasının üzvüdür.


A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan və pakistanlı deputatlar Xocalı soyqırımını müzakirə etdilər 24 Fevral 2021, 21:08 Müəllimlərin işə qəbulu üzrə onlayn müsahibələrin nəticələri açıqlandı 24 Fevral 2021, 20:57 “Ermənistanın müharibə zamanı muzdlu və terrorçulardan istifadə etməsi faktdır” – VİDEO 24 Fevral 2021, 20:44 Bölgələrə qar yağır - FAKTİKİ HAVA 24 Fevral 2021, 20:34 Ankarada Xocalı soyqırımına həsr olunan tədbir keçirildi - FOTO 24 Fevral 2021, 20:28 Yevlaxda zəncirvari qəza - xəsarət alanlar var 24 Fevral 2021, 20:15 Deputatdan Ermənistanın ittihamına cavab: “Saxlanılan 62 nəfər hərbi əsir deyil, terrorçudur” - VİDEO 24 Fevral 2021, 20:10 Sabah məktəblərdə dərs olacaq? - Nazirlikdən AÇIQLAMA 24 Fevral 2021, 20:04 Bişkek ictimaiyyəti dünya birliyini Xocalı soyqırımına obyektiv qiymət verməyə çağırıb 24 Fevral 2021, 20:00 Ceyhun Bayramov Aİ-nin komissarı ilə telefonla danışdı 24 Fevral 2021, 19:55 Gürcüstanın yeni Baş naziri Azərbaycana dəvət olundu 24 Fevral 2021, 19:47 FHN vətəndaşları qaydalara əməl etməyə çağırdı - VİDEO 24 Fevral 2021, 19:40 İtaliyanın Liveri bələdiyyəsi Xocalı soyqırımını pisləyən sənəd qəbul etdi 24 Fevral 2021, 19:32 Azay Quliyev: “Biz ATƏT PA-nın dialoq təklifini dəstəkləyirik” - VİDEO 24 Fevral 2021, 19:24 Ceyhun Bayramov Ukrayna xarici işlər nazirinin müavini ilə görüşüb - FOTO 24 Fevral 2021, 19:16 Ağdaşda ev YANDI 24 Fevral 2021, 19:08 Bu tarixdən Kiyevdən Bakıya uçuşlar bərpa olunacaq 24 Fevral 2021, 19:00 Əfv Komissiyası bu gün 150-dən çox müraciətə baxdı 24 Fevral 2021, 18:52 Polis köməksiz qalan sürücü və sərnişinlərə kömək etdi - FOTO 24 Fevral 2021, 18:44 Bazeldə Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib 24 Fevral 2021, 18:36 Xəzərdə dalğanın hündürlüyü 5.4 metrə çatıb - Faktiki hava 24 Fevral 2021, 18:28 Bakıda yıxılıb xəsarət alanlar sayı 39-a çatdı - YENİLƏNİB 24 Fevral 2021, 18:20 Dövlət agentliyi 31 obyektdə pozuntular aşkarladı - SİYAHI 24 Fevral 2021, 18:12 Hikmət Hacıyev Ukrayna xarici işlər nazirinin müavini ilə görüşdü 24 Fevral 2021, 18:04 ABŞ-da Xocalı soyqırımına həsr olunmuş televiziya verilişi yayımlanıb - VİDEO 24 Fevral 2021, 17:58 Xocalı qatilləri gec-tez cavab verəcəklər 24 Fevral 2021, 17:52 “Bakıya bir ayın yağıntısı bir gündə yağdı” - Nazirlik 24 Fevral 2021, 17:46 Diaspor təşkilatı Norveç hökumətini Xocalı soyqırımını tanımağa çağırıb 24 Fevral 2021, 17:40 Paşinyan “yallını” qonşularla əməkdaşlığa dəyişmək istəyir - ŞƏRH 24 Fevral 2021, 17:34 Media sahəsində zəruri islahatlar-hardan başlamalı?  24 Fevral 2021, 17:29 Axşama doğru yollardakı vəziyyət 24 Fevral 2021, 17:24 Qaz kartında vəsaiti bitənlərin NƏZƏRİNƏ 24 Fevral 2021, 17:18 Ermənistan prezidenti Rüstəm Muradovla Qarabağı MÜZAKİRƏ ETDİ 24 Fevral 2021, 17:13 “O torpaqlarda həyat bulaq kimi qaynayacaq” - Lerik sakinləri 24 Fevral 2021, 17:07 Stokholmda "Xocalıya ədalət!" plakatları yerləşdirilib - FOTO 24 Fevral 2021, 17:02