Modern.az

Azərbaycan bu silahları ilk dəfə nümayiş etdirdi – FOTO

Azərbaycan bu silahları ilk dəfə nümayiş etdirdi – FOTO

19 May 2020, 17:15

Azərbaycan ordusunun mayın 18-22 tarixlərində başladığı hərbi təlimlər xüsusi intensivliklə davam etdirilir.

Modern.az xəbər verir ki, təlimlərdə R-27R (hava-hava tipli raket) aviasiya raketləri də nümayiş olunub.

 Ən müasir aviasiya raketi sayılan R-27R orta məsafəli idarə olunan raketdir. O 25 kilometrə qədər məsafədə hədəfi məhv etmək iqtidarındadır və 3500 kilometr/saat sürətlə hərəkət edən istənilən hədəfi məhv edir.

 

Bundan başqa, R-73E orta radiuslu idarə olunan raket də təlimlər zamanı görüntülənib. R-73E raketləri 20 metrdən 20 kilkometrə qədər yüksəklikdə, 300 metrdən 30 kilometrə qədər məsafədə istəniləın hədəfi məhv etmək qabiliyyətinə malikdir.

Xatırladaq ki, mayın 18-dən 22-dək keçiriləcək təlimlərə 10 min nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək ordu və cəbhə aviasiyası, müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb edilib.

 

               

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir