Arxiv
19 May 2020, 20:50 | ÖLKƏ
Azərbaycanda 7 hakimin fəaliyyətinə xitam verilib - SƏBƏB

Bu gün dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlərin, məhkəmə fəaliyyətində mövcud problem və neqativ halların, bununla əlaqədar qarşıda duran vəzifələrin müzakirəsinə dair Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov və Ali Məhkəmənin sədri Ramiz Rzayevin iştirakı ilə videokonfrans formatında müşavirə keçirilib.

Məhkəmə-Hüquq Şurasından Modern.az-a verilən məlumata görə, müşavirədə son bir ildə 50-dən çox məhkəmədə monitorinqlər aparılıb, aşkar edilən pozuntular 150-dən artıq hakim və məhkəmə sədrinin diqqətinə çatdırılıb.

Yol verilmiş süründürməçilik, sui-istifadə, vətəndaşların haqlı narazılığını doğuran digər pozuntulara, o cümlədən korrupsiya əməllərinə şərait yaradan hallara görə ötən il 48 hakimin intizam məsuliyyətinə cəlb edildiyi, 2 nəfərin səlahiyyətlərinə xitam verildiyi, 7 nəfərin tutduğu vəzifədən azad olunduğu, son aylarda isə Ali Məhkəmənin 5 hakiminin aşağı işə keçirildiyi, 7-nin isə səlahiyyətlərinin uzadılmayaraq xitam edildiyi bildirilib.

Məhkəmə qərarlarının ədalətliliyinin və qanunun aliliyinin təmin edilməsinin, insanlara qayğılı münasibət və layiqli xidmət göstərilməsinin, vətəndaş məmnunluğunun yüksəldilməsinin hakimlərin ən ümdə vəzifəsi olduğu vurğulanıb. Süründürməçilik, sui-istifadə hallarının, qeyri-prosessual münasibətlərin yolverilməzliyi qeyd edilərək hakim adına və nüfuzuna xələl gətirən halların qarşısının alınması üzrə qəti tədbirlərin görüləcəyi bildirilib.


Ali Məhkəmənin sədri R.Rzayev ölkə başçısının korrupsiyaya qarşı mübarizənin sərtləşdirilməsi və nəzarətin gücləndirilməsi barədə tapşırıqlarının məhkəmə fəaliyyətinin təkmilləşdirilməsində əhəmiyyətini, bu sahədə əlavə mexanizmlərin müəyyən olunduğunu, vahid məhkəmə təcrübəsinin formalaşdırılmasının rolunu, yol verilən pozuntulardan ciddi nəticələr çıxarılmasının zəruriliyini qeyd edib.


Müşavirədə məhkəmə sistemində şəffaflığın artırılması üzrə əlavə tədbirlərin görülməsi, antikorrupsiya mədəniyyətinin yüksəldilməsi, qeyri-prosessual münasibətlərin qarşısının qətiyyətlə alınması, etik davranış qaydalarına dürüst əməl edilməsi üzrə qarşıda duran vəzifələr diqqətə çatdırılıb.


Məhkəmə sədrlərinə prinsipiallığın artırılması, qanun pozuntularına ciddi reaksiya verilməsi, neqativ hallara qarşı barışmaz münasibət göstərilməsinin vacibliyi bildirilib. Vətəndaşların hüquq və azadlıqlarının təmin olunması, ədalət mühakiməsinə ictimai etimadın artırılması ilə bağlı və digər tövsiyələr verilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ötən günün "yol terroru" - 6 qəza, 6 ölü, 1 yaralı 29 May 2020, 13:00 Beyləqanda ağır qəza - ata öldü, oğlu yaralandı   29 May 2020, 12:53 Azərbaycan özünün daxili imkanları ilə koronovirusla mübarizədə böyük nailiyyətlər əldə edib - Şeyx 29 May 2020, 12:45 Müəllimlərin nəzərinə - iş yerini dəyişməsi üçün sənəd qəbulunun vaxtı açıqlandı 29 May 2020, 12:37 Cavanşir Feyziyev seçicilərlə görüşüb - FOTO 29 May 2020, 12:30 Bakıda marşrut avtobusu piyadanı vuraraq öldürdü 29 May 2020, 12:23 MİDA gələn aydan güzəştli mənzillərin satışına başlayacaq 29 May 2020, 12:14 Ermənistanda bir gündə daha 460 nəfər koronavirusa yoluxdu 29 May 2020, 12:06 Kolleclərə 47734 nəfər sənəd verdi 29 May 2020, 11:57 Sabah Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq 29 May 2020, 11:48 Prezident fərman İMZALADI 29 May 2020, 11:40 ADU tələbə qəbulu elan etdi 29 May 2020, 11:32 Qonşusunun evindən oğurluq edən şəxs TUTULDU 29 May 2020, 11:23 Niyazi Bayramov Gəncənin bir sıra ərazilərində olub - FOTO 29 May 2020, 11:15 Jurnalistin anası koronavirsudan vəfat etdi - FOTO 29 May 2020, 11:06 KOVİD-19-un ən çox yayıldığı ölkələrin SİYAHISI 29 May 2020, 10:58 Ali məktəblərə sənəd verən abituriyentlərin sayı AÇIQLANDI 29 May 2020, 10:50 Valideynlər Gömrük Akademiyasına təşəkkür etdilər 29 May 2020, 10:43 Azərbaycan nefti bahalaşdı 29 May 2020, 10:35 Bu rayonlarda peşə tədrisi mərkəzləri açılacaq 29 May 2020, 10:28 Meşədə narkotik becərən Oğuz sakinləri tutuldu 29 May 2020, 10:20 Cümhuriyyət varislərinin iştirakı ilə beynəlxalq videokonfrans keçirilib - FOTO 29 May 2020, 10:13 Azərbaycan Türkiyədən avtomobil idxalını artırıb 29 May 2020, 10:05 Fond bağlanan bankların kreditorlarına yenidən müraciət etdi 29 May 2020, 09:58 Ali məktəbə qəbulda abituriyentlər ixtisas seçimində nələrə diqqət yetirməlidirlər? 29 May 2020, 09:50 Ermənilər atəşkəsi 25 dəfə pozub 29 May 2020, 09:44 DİM müraciət yaydı: bəzi ixtisaslara qabiliyyət imtahanları keçirilməyəcək 29 May 2020, 09:38 Qubada “UAZ” dərəyə aşdı – 1 nəfər öldü 29 May 2020, 09:28 Dünyanın ən yaşlı kişi sakini vəfat etdi 29 May 2020, 09:20 Tramp sosial şəbəkələrin izlənilməsinə dair sərəncam imzaladı 29 May 2020, 09:13 Gəncədə xidməti otaq yandı 29 May 2020, 09:05 Jurnalist Eynulla Fətullayevə ağır itki ÜZ VERDİ 29 May 2020, 08:50 “Koronavirus ən azı 1 il bizimlə olacaq” - Türkiyədən gəlmiş həkimlə MÜSAHİBƏ 29 May 2020, 08:40 “Bəzi məqamlarda çoxarvadlılıq vacibdi” - Şeyxin internetdə olmayan MÜSAHİBƏSİ 29 May 2020, 08:26 Kirovun Bakıdakı manyak sərsəmləməsi - inqilabi-seksual çıxışı 29 May 2020, 08:24