Modern.az

Ali Hərbi Məktəbin məzunu koronavirusdan öldü - FOTOLAR

Ali Hərbi Məktəbin məzunu koronavirusdan öldü - FOTOLAR

20 May 2020, 16:49

Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan azərbaycanlı keçmiş hərbçi Rəşad Həsənov koronavirusdan ölüb.  


Modern.az
xəbər verir ki, bu barədə onun tələbə yoldaşı Nail Həsən bildirib. Məlumata görə, həmyerlimiz bu gün səhər saatlarında vəfat edib. Rəşad Həsənovun dostları onun sağlamlığı ilə bağlı ciddi probleminin olmadığını söyləyiblər.

"Bu gün aldığım üzücü bir xəbər məni dəhşətə gətirdi. Ali Hərbi Məktəbdə bir yerdə oxuduğum kursant yoldaşım, vətənpərvər insan Rəşad Həsənov Sankt-Peterburq şəhərində koronavirusdan vəfat edib. Rəşad fiziki cəhətdən çox sağlam bədənli, daim idmanla məşğul olan adam idi. Onun koronavirusa yoluxaraq, vəfat etməsinə heç cür inanmağım gəlmir. Aldığım məlumata görə, mayın 14-də Sankt-Peterburqda xəstəxanaya gedib və ona pnevmaniya diaqnozu qoyulub. Bu gün səhər saat 6.00-da isə dünyasını dəyişib. Qəlbi hər zaman Qarabağ həsrətiylə çırpınan Rəşadın arzusu ürəyində qaldı", - deyə N.Həsən bildirib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi