Modern.az

Tramp maska taxmağa başladı

Tramp maska taxmağa başladı

Dünya

22 May 2020, 12:47

ABŞ Prezidenti Donald Tramp jurnalistlərə qoruyucu maska taxmağa başladığını deyib.

 

Modern.az xəbər verir ki, Donald Tramp bu barədə Miçiqan ştatının İpsilanti şəhərində COVID-19 infeksiyası ilə mübarizədə istifadə olunacaq respirator və digər tibbi avadanlıqların istehsalı üçün uyğunlaşdırılan “Ford” zavodunu ziyarət edərkən bildirib.

 

“Ford” kompaniyasının daxili qaydalarına, həmçinin ABŞ administrasiyasının tövsiyəsinə əsasən, belə obyektlərdə qoruyucu maska taxmaq lazımdır.

 

Qeyd edək ki, Donald Tramp indiyədək qoruyucu maskada cəmiyyət qarşısına çıxmamışdı. O, bir müddət öncə bu hərəkətini özünü tibbi maskada dünya lideri qismində təsəvvürə gətirmədiyi ilə izah etmişdi.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır