Arxiv
23 May 2020, 11:32 | DİASPOR
İstanbulda 1000-dən çox soydaşımıza yardım olundu - FOTOLAR

Ramazan bayramı ərəfəsində İstanbulda məskunlaşan 1000-dən çox aztəminatlı soydaşımıza yardım edilib

 

Modern.az Komitəyə istinadən xəbər verir ki, mayın 22-də Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və dəstəyi ilə Türkiyənin İstanbul şəhərində kompakt şəkildə məskunlaşmış və müvəqqəti çətinliklərlə üzləşmiş aztəminatlı ailələrə yardım göstərilib.

 

Məqsəd – yeni növ koronavirus pandemiyasının soydaşlarımıza mənfi təsirlərinin azaldılması, onların sosial müdafiəsinin yaxşılaşdırılması, eləcə də müqəddəs Ramazan bayramı münasibəti ilə həmvətənlərimizi təbrik etmək olub.

 

Dövlət Komitəsinin təşəbbüsü ilə hazırlanmış ünvanlı siyahı əsasında və İstanbulda fəaliyyət göstərən Azərbaycan Təhsil və Mədəniyyət Dərnəyinin təşkilatçılığı ilə şəhərin Qaziosmanpaşa, Bayrampaşa, Küçükçəkməcə rayonunun Halkalı məhəlləsində məskunlaşmış 350-ə yaxın ailəyə (ümumi sayı 1000 nəfərdən çox) alış-veriş kartları təqdim olunub. Kartlara hər ailənin tərkibinə uyğun məbləğ yüklənib. Bu kartlar vasitəsilə soydaşlarımız şəhərdəki “Metro” mağazalar şəbəkəsindən alış-veriş edə biləcəklər.

 

Dövət Komitəsinin bu formada dəstəyi soydaşlarımız tərəfindən təqdir olunub. Onlar yüksək səviyyəli diaspor siyasəti yürüdən, xaricdə yaşayan soydaşlarımızın diqqət və qayğısına qalan Azərbaycan dövlətinə və rəhbərliyinə, bu siyasəti dəqiqliyi ilə yerinə yetirən Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlıqlarını bildiriblər.

 

Qeyd edək ki, 1990-cı ilərdə Türkiyəyə  köçmüş və hazırda İstanbul şəhərinin bir neçə rayonunda kompakt və qeyri-rəsmi şəkildə məskunlaşmış azərbaycanlıların problemləri dövlətimizin diqqət mərkəzindədir və bu çətinliklərin həlli istiqamətində addımlar atılır. Bu il martın 16-da Prezident İlham Əliyevin tapşırığına əsasən, Diasporla İş Üzrə Dövlət Komitəsinin də daxil olduğu işçi qrup tərəfindən aparılan işin nəticəsi olaraq 18 nəfərə Türkiyə Respublikasının müvəqqəti şəxsiyyət vəsiqələri verilib.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Samuxda qadının evinə maskalı basqın edənlər tutuldu 11 İyul 2020, 13:06 Aya-Sofyanı məscidə çevirən Ərdoğan düzmü etdi, səhvmi… 11 İyul 2020, 13:00 Ermənistanda 17 futbolçu koronavirusa YOLUXDU 11 İyul 2020, 12:54 Azərbaycanda dəhşətli qətl - Qardaşoğlu əmisini baltaladı 11 İyul 2020, 12:48 Sabah Gürcüstandan Azərbaycana 200 nəfər gətiriləcək 11 İyul 2020, 12:37 “Sumqayıt Texnologiyalar Parkı”nın baş direktoru İSTEFA VERDİ 11 İyul 2020, 12:31 Pendiri, tülpanı, pivəsi ilə də məşhur azadlıqlar ökəsi - FOTOREPORTAJ 11 İyul 2020, 12:27 Türk Hava Yolları Azərbaycana uçuşları ARTIRDI 11 İyul 2020, 12:22 Bakının bu küçəsində hərəkət dayandırılır 11 İyul 2020, 12:15 Koronavirusa yoluxan jurnalist SAĞALDI 11 İyul 2020, 12:09 İTBAŞI (8-ci bölüm) 11 İyul 2020, 12:02 Ər-Riyaddan çarter reyslə 83 nəfər gətirildi - FOTO 11 İyul 2020, 11:55 Tramp ABŞ-ın NATO-dan çıxmasına münasibət bildirib 11 İyul 2020, 11:49 Nazirliyin gəlirləri kəskin azalıb 11 İyul 2020, 11:42 Heyif bu günlərə - Fəxri Müslüm 11 İyul 2020, 11:40 Kürdə batanlardan birinin meyiti tapıldı 11 İyul 2020, 11:35 Bakıdan bölgələrə sərnişin aparan sürücü və müştəriləri həbs olundu - FOTO 11 İyul 2020, 11:29 Azərbaycan nefti bahalaşdı 11 İyul 2020, 11:22 Sonuncudan əvvəlki - ƏBÜLFƏT MƏDƏTOĞLU YAZIR 11 İyul 2020, 11:15 UNEC-ə əcnəbilərin sənəd qəbulu davam edir 11 İyul 2020, 11:07 Koronaviruslu xəstələr üçün yeni oksigen generatoru işə salındı - FOTO 11 İyul 2020, 11:00 Prezident Cahangir Əsgərovla bağlı sərəncam İMZALADI 11 İyul 2020, 10:53 Parlamentin İctimai birliklər və dini qurumlar komitəsi üzvlərinin əsl ixtisası - Jurnalist, tərcüməçi, iqtisadçı… 11 İyul 2020, 10:45 Türkiyədə müalicə alan deputatdan XƏBƏR VAR 11 İyul 2020, 10:37 Xəzər rayonunda monitorinqlər davam etdirilir - FOTO 11 İyul 2020, 10:30 Azərbaycan nümayəndəsi ÜPİ-də sədr müavini seçildi 11 İyul 2020, 10:22 Başqasının vəsiqəsi ilə sərnişin daşıyan sürücü həbs edildi - FOTO 11 İyul 2020, 10:15 Mal-qara oğurlayan qəssab tutuldu - FOTO 11 İyul 2020, 10:08 Bu ölkədə fövqəladə vəziyyət daha bir ay uzadıldı 11 İyul 2020, 10:00 Koronavirusdan sağalanların immunitetində uzunmüddətli problemlər yaranır 11 İyul 2020, 09:54 Sabirabadda 16 yaşlı qız özünü ağacdan asdı 11 İyul 2020, 09:48 Dünyada bir gündə koronavirusa REKORD yoluxma qeydə alındı 11 İyul 2020, 09:40 Sumqayıtda yataqxanada yandı 11 İyul 2020, 09:34 Aya Sofyada ilk Cümə namazı bu tarixdə qılınacaq 11 İyul 2020, 09:27 Müdafiə Nazirliyi cəbhədəki gərginliklə bağlı MƏLUMAT YAYDI 11 İyul 2020, 09:20