Arxiv
23 May 2020, 18:00 | HADİSƏ
Penitensiar xidmətin 40 əməkdaşı işdən çıxarıldı

Dövlət başçısının tapşırıqları ilə bağlı Penitensiar xidmətlə  videokonfrans formatında müşavirə keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müasir çağırışlara uyğun ardıcıl genişmiqyaslı islahatlar həyata keçirilir, təhlükəli sosial bəla olan korrupsiyaya qarşı amansız mübarizə aparılır, yerli və mərkəzi icra orqanlarının fəaliyyətində yol verilən pozuntular aşkar olunaraq ən sərt tədbirlər görülür.

 

Bununla bağlı dövlət başçısının keçirdiyi müşavirələrdə verdiyi tapşırıqlar, xüsusilə hüquq mühafizə orqanlarının qarşısında irəli sürdüyü göstərişlər Ədliyyə Nazirliyinin Kollegiya iclasında müzakirə olunaraq xüsusi tədbirlər müəyyən olunub, o cümlədən tabe qurumların kollektivləri ilə video-əlaqə vasitəsilə müşavirələr keçirilir.

 

Mayın 23-də Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə Penitensiar və Tibb xidmətlərinin rəhbərliyinin, cəzaçəkmə müəssisələri rəislərinin, habelə nazirliyin digər aidiyyəti məsul işçilərinin iştirakı ilə videokonfrans formatında əməliyyat müşavirəsi keçirilib.

 

Ədliyyə Nazirliyi mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, qurum

tərəfindən koronavirus infeksiyasına qarşı penitensiar müəssisələrdə görülən zəruri dezinfeksiya, tibbi və digər profilaktik işlərdən bəhs olunub, virusa yoluxmuş tək-tək məhkumların tam əksəriyyətinin artıq sağaldığı və karantindən çıxdığı, hazırda bütün lazımi profilaktik tədbirlərin davam etdirildiyi və vəziyyətin tam nəzarətdə saxlanıldığı vurğulanıb. Bu sahədə nazirlik tərəfindən yaradılmış vətəndaş cəmiyyəti nümayəndələrinin daxil olduğu xüsusi monitorinq qrupunun fəaliyyəti qeyd olunub.

 

Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsinə və cəza siyasətinin humanistləşdirilməsinə dair ölkə Prezidentinin 2017-ci il 10 fevral tarixli Sərəncamının müstəsna əhəmiyyəti qeyd olunaraq, bu sahədə görülən işlərə toxunulub. Dövlət başçısının humanist siyasətinin təzahürü olaraq aprelin 6-da imzaladığı Əfv Sərəncamı ilə yaşı 65-dən yuxarı olan 176 nəfər məhkumun azadlığa buraxıldığı vurğulanıb.

 

 

Həmçinin məhkumları vaxtından əvvəl şərti azadetmə institutu pandemiya dövründə geniş tətbiq olunaraq 624 məhkumun azadlığa buraxıldığı, 310 həbs edilmiş şəxsin isə ev dustaqlığı və digər alternativ qətimkan tədbirlərinin tətbiqi nəticəsində həbsdən azad edildiyi qeyd olunub.

Nazir penitensiar xidmətin fəaliyyətinin dövlət başçısının tapşırıqlarına uyğun qurulmasını, bu sahədə mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılmasını diqqətə çatdırıb. Bəzi əməkdaşlar tərəfindən xidməti vəzifələrinin icrasına laqeyd yanaşılmasını, neqativ hallara və korrupsiyaya şərait yaradan pozuntulara yol verilməsini qeyd edərək bunların insanları narazı saldığını, şikayətlər doğurduğunu bildirib.

Bununla bağlı sui-istifadə, vətəndaşların haqlı narazılığına səbəb olan pozuntulara, o cümlədən korrupsiyaya şərait yaradan hallara görə son iki ildə Penitensiar xidmətin 470-ə yaxın əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, onlardan 40 nəfəri ədliyyə orqanlarından xaric edilib və ya vəzifədən azad olunub, 2 nəfər barəsində materiallar istintaqa verilib.

 

Müşavirədə ölkə başçısının dürüstlük, şəffaflıq, ədalət, xalqa xidmət və qanunun aliliyi prinsiplərinin üstün tutulması barədə tələblərinin hər bir əməkdaşın fəaliyyətində rəhbər tutulmasının zəruriliyini vurğulayıb, qanunçuluğa, etik davranış qaydalarına dönmədən əməl olunmasının, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulmasının, insanların müraciətlərinə hər zaman qayğı və həssaslıqla yanaşılmasının hər bir əməkdaşın ümdə vəzifəsi olduğu bildirilib.

Bununla yanaşı, ədliyyə işçisinin adına və nüfuzuna xələl gətirən hərəkətlərin yolverilməzliyi, lazımi nəticə çıxarmayan və işində dönüş yaratmayan əməkdaşların penitensiar sistemdə yer olmadığı və qanun pozuntularına qarşı ən ciddi tədbirlərin görüləcəyi qeyd edilib.

Nazir həmçinin, məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının daha etibarlı təmin olunmasını, rejim qaydalarına dürüst əməl edilməsini, tərbiyə işinin, nizam-intizamın, təhlükəsizlik və mühafizə tədbirlərinin gücləndirilməsini Penitensiar xidmət və tabe müəssisələrin rəhbərlərindən tələb edib.

 

Eyni zamanda, penitensiar və tibb xidmətlərinin işinin səmərəliliyinin artırılması, kadr işinin təkmilləşdirilməsi, əməkdaşların peşəkarlığının və məsuliyyət hissinin yüksəldilməsi, tabe qurumların fəaliyyətinə təsirli nəzarətin artırılması ilə bağlı konkret göstərişlər verilib. Ölkə başçısının korrupsiyaya qarşı mübarizədə xüsusi önəm verdiyi şəffaflığın və ictimai nəzarətin gücləndirilməsi ilə bağlı tapşırıqlar diqqətə çatdırılıb.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Konsul partlayışda yaralandı 5 Avqust 2020, 00:52 Beyrutdakı partlayışda ölü sayı 70-ə çatdı: 3,7 min yaralı var - YENİLƏNİB 5 Avqust 2020, 00:36 Respublikaçı Alternativ partiyası qurultay keçirdi 5 Avqust 2020, 00:26 Paytaxt dəhşətli partlayışdan sonra - FOTOLAR 5 Avqust 2020, 00:07 Qubernator göz yaşlarına boğuldu - VİDEO 4 Avqust 2020, 23:49 Daha səkkiz vətəndaşımız vətənə təxliyə olundu 4 Avqust 2020, 23:32 “Palmali”nin gəmisi də partlayış zamanı limanda  olub 4 Avqust 2020, 23:24 Beyrut xəstəxanaları yaralılarla doldu: ölü sayı 30-a çatdı 4 Avqust 2020, 23:13 Avropa yenidən sərhədlərini bağlaya bilər 4 Avqust 2020, 22:33 Livanda matəm elan olundu: ölənlərin sayı artır 4 Avqust 2020, 22:16 Türkiyədə ardıcıl zəlzələ oldu 4 Avqust 2020, 21:59 ÜST tibbi maskanı həmrəylik rəmzi elan etdi 4 Avqust 2020, 21:52 Türkiyədə daha 1 083 nəfər koronavirusa yoluxdu 4 Avqust 2020, 21:39 Deputat büdcənin müzakirəsi zamanı bəzi təkliflər verib 4 Avqust 2020, 21:20 Ölkə daxilində hərəkət üçün “icaze.e-gov.az” portalında ezamiyyə vərəqi alınmalıdır - QƏRAR 4 Avqust 2020, 21:11 Bu şəxslərin XİDMƏTİ VƏSİQƏ ilə hərəkətinə İCAZƏ VERİLDİ 4 Avqust 2020, 21:11 Əli Əsədov sərt karantinlə bağlı daha bir QƏRAR verdi 4 Avqust 2020, 20:57 Paytaxtda güclü partlayış: 6 ölü, YENİLƏNİB - VİDEO 4 Avqust 2020, 20:52 “WhatsApp”da mesajların həqiqiliyini yoxlamaq mümkün olacaq 4 Avqust 2020, 20:37 Yeni ekspres avtobuslar xəttə  buraxılır - GEDİŞHAQLARI... 4 Avqust 2020, 20:24 Süni tənəffüs cihazına qoşulan COVİD-19 xəstələrinin sayı 51 nəfərədək azaldı 4 Avqust 2020, 20:14 Fransada pandemiyanın ikinci dalğası barədə xəbərdarlıq edilib 4 Avqust 2020, 19:39 Çinin koronavirusa qarşı aparıcı həkimləri Bakıda - FOTO 4 Avqust 2020, 19:24 Samir Şərifov: “İcmal büdcənin kəsiri 8 milyard 436 milyon manat təşkil edəcək” 4 Avqust 2020, 18:57 XİN: BMT-də COVID-19 pandemiyasına həsr olunmuş xüsusi sessiya davam edir 4 Avqust 2020, 18:45 Dövlət büdcəsinə dəyişiklik layihəsi parlamentin plenar iclasına TÖVSİYƏ EDİLDİ 4 Avqust 2020, 18:32 Milli Məclisin deputatları Belarusda prezident seçkilərini izləyəcək 4 Avqust 2020, 18:27 “Space” 1 saatda 20 dəqiqə reklam verdiyi üçün CƏZALANDIRILDI 4 Avqust 2020, 18:16 Dolların sabaha olan məzənnəsi açıqlandı 4 Avqust 2020, 18:14 Bakı Nəqliyyat Agentliyi daha 5 ekspres xətt təşkil edir 4 Avqust 2020, 18:05 “Nar” eşitmə məhdudiyyətli insanları tibbi-gigiyenik vasitələrlə təmin edib 4 Avqust 2020, 17:59 Korrupsiyada ittiham olunan kral ölkəni tərk etdi 4 Avqust 2020, 17:56 “Gürcüstanın timsalında strateji tərəfdaş görmədik” – Elxan Şahinoğlunun ŞƏRHİ 4 Avqust 2020, 17:31 Bu idman komplekslərində viruslu xəstələr müalicə alacaq 4 Avqust 2020, 17:24 Koronavirusa bugünkü yoluxma azalıb, sağalma artıb - RƏQƏMLƏR 4 Avqust 2020, 17:23