Modern.az

Helikopter qəzaya uğradı - 4 hərbçi həlak oldu

Helikopter qəzaya uğradı - 4 hərbçi həlak oldu

26 May 2020, 09:48

Rusiyanın Çukotka muxtar dairəsində Mi-8 helikopteri sərt eniş edib.

 

Modern.az xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həlak olub.

Qeyd olunur ki, qəza helikopterin təmirindən sonra sınaq uçuşu zamanı baş verib. Həlak olanların hamısı hərbçidir.

 

Helikopter sərt eniş etdikdən sonra yanğın başlayıb. Hadisəyə texniki nasazlıq səbəb olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı