Modern.az

Metroda koronavirus belə yayılır - VİDEO

Metroda koronavirus belə yayılır - VİDEO

Aktual

26 May 2020, 21:57

Koronavirusdan qorunmaq üçün tibbi maska və əlcəkdən istifadənin zəruri olduğu artıq hər kəsə məlumdur.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-da fəaliyyət göstərən "MSC" şirkəti maska taxmanın necə önəmli olduğunu göstərən simulyasiya hazırlayıb. Eyni zamanda koronavirus daşıyıcısı olan şəxs metroda danışarkən virusun ətrafa damlacıqlar vasitəsilə necə yayıldığı da əyani şəkildə göstərilib.

Həmçinin, qeyd olunub ki, qapalı məkanlarda, ictimai nəqliyyatda və xüsusilə metroda tibbi maska taxmaq insanları koronavirusdan qoruyur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
QIZĞIN DEBAT! Mehdiyev işi hansı gizli sirləri açır?