Modern.az

28 May – Respublika Günü münasibətilə onlayn simpozium keçirilib

28 May – Respublika Günü münasibətilə onlayn simpozium keçirilib

27 May 2020, 17:46

Mayın 27-də Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın Türkiyədəki Səfirliyinin və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) təşkilatçılığı ilə 28 May – Respublika Gününə həsr edilmiş simpozium (onlayn) təşkil olunub.

Modern.az xəbər verir ki, “28 May 1918: Şərqin ilk cümhuriyyəti Can Azərbaycan və geosiyasi əhəmiyyəti” adlı simpozium TADİV sədri, Giresun Universitetinin sabiq rektoru, professor Aygün Attarın moderatorluğu ilə keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Adil Əliyev, Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Xəzər İbrahim, Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım, Türkiyə Prezident Administrasiyasının Təhlükəsizlik və Xarici siyasət şurasının üzvü İsmayıl Safi,TÜRKSAM – Türkiyə Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri Sinan Oğan məruzə ilə çıxış ediblər.

 

Məruzəçilər 102 il öncə, mürəkkəb bir şəraitdə müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyəti kimi dünyəvi və demokratik quruluşun yaradılmasını böyük tarixi hadisə adlandırıblar. Bildirilib ki, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, xalqımızın qədim dövlətçilik ənənələrini davam etdirən Cümhuriyyət qurucuları böyük işlər görə biliblər. Azərbaycanın dövlət bayrağının, gerbinin təsis edilməsi, fundamental insan haqlarının təmin olunması, milli ordumuzun, sərhəd dəstəsinin yaradılması, Bakı Dövlət Universitetinin təsis etməsi, güclü milli kadrların hazırlanması məqsədilə gənclərin xaricə təhsil almağa göndərilməsi və s. buna parlaq nümunədir.

Tədbir zamanı AXC-nin elan olunmasında və fəaliyyətində Türkiyənin rolu yüksək qiymətləndirilib. 1918-ci ilin sentyabrında ordumuzun, Qafqaz İslam Ordusu ilə birlikdə, Bakını erməni-bolşevik dəstələrinin işğalından azad edərək, qədim tarixi paytaxtımızın Azərbaycan xalqına qaytarılması bir daha yada salınıb. Xalq Cümhuriyyətinin Şərqdə ilk demokratik respublika olmaqla yanaşı, dünyanı dəyişə biləcək bir dəyər olduğu nəzərə çatdırılıb. Azərbaycanın o dövrdə də, indi də beynəlxalq aləmdə malik olduğu çəkiyə xüsusi diqqət yetirilib, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı daha çox fəallıq göstərməyin vacib olduğu bildirilib.

 

 

Dövlət Komitəsinin sədri Fuad Muradov deyib ki, xalqım

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?