Modern.az

Afrika ABŞ-dan irqi ayrıseçkiliyin ləğv edilməsini tələb etdi

Afrika ABŞ-dan irqi ayrıseçkiliyin ləğv edilməsini tələb etdi

29 May 2020, 14:57

Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Mahamat ABŞ-da ayrıseçkiliyin ləğv edilməsini tələb edib.

 

Modern.az xəbər verir ki, bir neçə gün öncə polis tərəfindən zorakılığa məruz qalaraq öldürülən qardərili Cord Floyd adlı şəxsin öldürülməsi ABŞ-la bərabər Afrikada da etirazlara səbəb olub.

 

Afrika Birliyi Təşkilatının (OAU) 1964-cü ildə ABŞ-dakı qaradərililərə qarşı ayrıseçkiliklə bağlı qərarını xatırladan Musa Faki “ABŞ səlahiyyətliləri irqi və etnik mənsubiyyətinə görə ayrı-seçkiliyin bütün formalarının tam aradan qaldırılması üçün səylərini gücləndirməlidirlər”, deyə açıqlamasında qeyd edib.

 

Təşkilat rəhbəri yazılı müraciətində öldürülən şəxsin yaxınlarına və ailəsinə də başsağlığı verib.

 

Xatırladaq ki, Corc Floyd adlı şəxs bir neçə gün öncə dələduzluq zəmnində polis tərəfindən zorakılığa məruz qalaraq öldürülüb. Polisin irqi ayrıseçkiliyə yol verərək bu hadisəni qəsdən törətməsi ABŞ-da etirazlara səbəb olub.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir