Arxiv
29 May 2020, 17:58 | AKTUAL
Pərvin Kərimzadə: “Qobu Park-3” ardıcıl və məqsədyönlü siyasətin davamıdır  

 

1988-ci ildən başlayaraq Ermənistan silahlı qüvvələrinin ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olundu, xalqımıza qarşı yeni soyqırımları törədildi, etnik təmizləmə siyasəti aparıldı, qadına, qocaya, uşağa, körpəyə aman verilmədi, minlərlə azərbaycanlı qətlə yetirildi. Bədnam qonşumuzun bu təcavüz siyasəti yüz minlərlə insanın doğma torpağından didərgin düşərək öz Vətənində məcburi köçkünə çevrilməsi ilə nəticələndi.

 

Modern.az xəbər verir ki, bunu, Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib. Millət vəkili qeyd edib ki, ata-baba yurdlarından didərgin düşən soydaşlarımız respublikamıza pənah gətirərək, ölkəmizin müxtəlif ərazilərində heç bir məişət şəraiti olmayan binalarda, çadırlarda məskunlaşmaq məburiyyətində qaldılar. Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra minbir əziyyət çəkərək yaşayan bu insanların sosial rifah halının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmağa başlandı. Ümummilli liderin başladığı xeyirxah missiya Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildi. Ölkəmizin müxtəlif ərazilərində yeni qəsəbələr salınmaqla məcburi köçkünlər həmin evlərə köçürüldülər. 

 

Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişaf proqramlarının uğurlu icrasını, dövlətin diqqət və qayğısını hər bir ölkə vətəndaşı kimi qaçqın və məcburi köşkünlər də öz həyatlarında hiss etdilər. Doğma yurd-yuvalarından didərgin salınmış soydaşlarımızın sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı bir-birinin ardınca əhəmiyyətli tədbirlər keçirildi, dövlət proqramları təsdiqləndi, fərmanlar imzalandı. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirildi, yeni yaşayış kompleksləri salındı. Dövlət səviyyəsində bu istiqamətdə atılan addımlarla yanaşı, Heydər Əliyev Fondu da fəaliyyətində qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə xüsusi ilə diqqət yetirdi. Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına həssas münasibət göstərərən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə müasir tipli yaşayış kompleksləri inşa edildi. Artıq nə fin tipli evlər var, nə çadrlar, nə də qaçqın düşərgəsi. Taleyin amansız sınaqlarına sinə gərən soydaşlarımız hər bir şəraiti olan, müasir standartlara cavab verən evlərdə yaşayır, fəaliyyət göstərirlər.

 

Belə yaşayış komplekslərindən biri - “Qobu Park-3” yaşayış kompleksi 28 may Respublika günündə yurd nisgili ilə yaşayan məcburi köçkünlərin ixtiyarına verildi. Ölkə Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın da açılışında iştirak etdiyi yaşayış kompleksinin istifadəyə verilməsi yurd-yuvalarından, ata-babalarından miras qalan torpaqlardan didərgin salınan soydaşlarımızın Azərbaycan dövləti tərəfindən hərtərəfli diqqət və qayğı ilə əhatə olunmalarının daha bir nümunəsi oldu.

 

Bu gün qaçqın və məcburi köçkünlərin ən böyük arzu və istəyi üçrəngli bayrağımızın didərgin düşdükləri ata-baba torpaqlarında, Şuşada, Xankəndində dalğalandığıni görməkdir. Böyük ümidlə yaşayan soydaşlarımız, bütün Azərbaycan xalqı əmindir ki, işğal olunmuş torpaqlarımız yaxın zamanlarda erməni zülmündən azad ediləcək, yenidən öz əvvəlki qüdrətini və əzəmətini bərqərar edəcək, minlərlə köçkün öz yurd-yuvalarına qayıdacaq. Ali Baş Komandan, Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən torpaqlarımızda nura qərq olmuş, füsünkar yaşayış kompleksləri inşaa ediləcək.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Böyük Britaniyada koronavirus qurbanlarının sayı artıb 3 İyul 2020, 00:57 Leyla Əliyeva üçün özəl gün  3 İyul 2020, 00:44 Lerikdə məktəb direktorunun müavini qəzada öldü 3 İyul 2020, 00:27 İtaliyada koronavirusdan ölənlərin sutkalıq sayı 30 nəfərədək azaldı 3 İyul 2020, 00:13 Aeroport şossesində piyada vuruldu 2 İyul 2020, 23:54 Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı artdı - FOTO 2 İyul 2020, 23:40 İstanbuldan daha 19 həkim Bakıya gətirildi - FOTO 2 İyul 2020, 23:23 Rusiya koronavirus dərmanının ixracına başladı 2 İyul 2020, 23:09 Neftin qiyməti 43 dolları ötdü 2 İyul 2020, 22:50 Amerikanı 5.5 bal gücündə zəlzələ silkələdi 2 İyul 2020, 22:39 Rusiyada azərbaycanlı iş adamı və anası koronavirusdan öldü 2 İyul 2020, 22:25 Türkiyədə koronavirusdan ölənlərin sayı 5 167 nəfərə çatıb 2 İyul 2020, 22:11 İsmayıllıda 3 uşaq atası özünü asdı 2 İyul 2020, 21:56 ABŞ-da yeni ANTİREKORD: Bir gündə 50 min insan virusa yoluxdu 2 İyul 2020, 21:39 Həftə sonu ictimai nəqliyyatın hərəkəti DAYANDIRILIR 2 İyul 2020, 21:35 Meksikada silahlı hücumda 24 nəfər öldü 2 İyul 2020, 21:16 ATU baş epidemioluqun açıqlamasına aydınlıq gətirib 2 İyul 2020, 21:06 “Məqsədimiz Azərbaycandan Əfqanıstana enerji dəhlizini yaratmaqdır” - Əfqanıstan Prezidenti 2 İyul 2020, 20:59 Bu hallarda evdən çıxmağa SMS icazə tələb olunmur 2 İyul 2020, 20:48 “Hava nəqliyyatının səmərəliliyinə görə Azərbaycan dünyada 12-cidir” - İlham Əliyev 2 İyul 2020, 20:44 Bərbərxana və gözəllik salonları işləməyəcək - RƏSMİ 2 İyul 2020, 20:33 Evdən çıxmağa üç halda icazə VERİLƏCƏK 2 İyul 2020, 20:26 Azərbaycanda 5 nəfərdən artıq qruplarda toplanmaq QADAĞAN EDİLİR 2 İyul 2020, 20:14 Bakı metrosu yenidən fəaliyyətini dayandırır - RƏSMİ 2 İyul 2020, 20:08 SMS-lə icazə tətbiq edilən rayonların SAYI ARTIRILDI 2 İyul 2020, 20:04 Sərt karantin rejimi UZADILDI 2 İyul 2020, 20:00 Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi açıqlanıb 2 İyul 2020, 19:29 AFFA yeni hakimləri təsdiq edib 2 İyul 2020, 18:56 Balakəndə ayı balalarını satan şəxslər SAXLANILDI 2 İyul 2020, 18:50 Azərbaycanda aktiv koronaviruslu xəstələrin sayı 8 mini KEÇDİ 2 İyul 2020, 18:42 Azərbaycanda daha 572 nəfər koronavirusa yoluxdu, 8 nəfər öldü 2 İyul 2020, 18:31 Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu vətənə döndü -FOTO 2 İyul 2020, 18:22 İŞİD-in 1 milyard dollarlıq narkotiki İtaliyada ələ keçdi 2 İyul 2020, 18:13 Naftalanda növbəti monitorinq keçirilib - FOTO 2 İyul 2020, 18:05 Əhəd Abıyev operativ qərargahın növbəti iclasını keçirib - FOTO 2 İyul 2020, 18:00