Modern.az

İtaliyada yaşayan vətəndaşlarımızdan xəbər var - Artıq hər şey adiləşib  

İtaliyada yaşayan vətəndaşlarımızdan xəbər var - Artıq hər şey adiləşib  

Diaspor

30 May 2020, 14:22

KOVİD-19-un geniş miqyasda itkilərə səbəb olduğu Avropa ölkələrindən biri də İtaliyadır.

 

Belə ki, indiyə qədər ölkədə 232248 nəfər koronavirusa yoluxb, 33229 nəfər isə bu xəstəlik üzündən dünyasını dəyişib.

 

Bəs, maraqlıdır, İtaliyada yaşayan soydaşlarımızın vəziyyəti necədir? Onlar arasında yoluxma faktı varmı?

 

Məsələ ilə bağlı Modern.az-a danışan İtaliya Gənclər Assosiasiyasının sədri Emin Rüstəmov İtaliyada yaşayan vətəndaşlarımızın mövcud durumdan əvvəlki qədər narahat olmadığını bildirib:

 

“Xoşbəxtlikdən İtaliyada vətəndaşlarımız arasında bugünə qədər virusa yoluxma faktı yoxdur. Kritik dönəmlərdə burda yaşayan vətəndaşlarmıza həm Azərbaycanın İtaliyadaki Səfirliyi, həm Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən maddi yardım edildi. İndi artıq elə hiss olunur ki, virus vətəndaşlarımıza da daha maraqlı deyil. Sanki mövcud durum onlar üçün də adiləşib. Əvvəllər narahatlıq, təlaş çox idi amma soydaşlarımızda indi belə təlaş olmur. Normalda İtaliyada yaşayan tələbələrimiz yayda vətənə qayıda bilirdilər. Amma mövcud durumla əlaqədar olaraq indi bu məsələ bir qədər sual altındadır. İtaliyada yaşayan vətəndaşlarımız arasında sayca üstünlüyü də tələbələr təşkil edir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir