Modern.az

Rusiyada koronavirusa yoluxanların sayı 400 mini keçdi

Rusiyada koronavirusa yoluxanların sayı 400 mini keçdi

31 May 2020, 17:52

Rusiyada daha 9268 nəfərdə koronavirus (COVID-19) aşkarlanıb, 138 nəfər virusdan ölüb.

 

Modern.az xəbər verir ki, bununla da ölkədə pandemiyaya yoluxanların ümumi sayı 405 843-ə, həyatını itirənlərin sayı isə 4693-ə yüksəlib.

 

Qeyd edək ki, Rusiyada koronavirusa yoluxanlardan 171883-ü sağalıb, 229267 nəfər isə müalicə alır.

 

T.İSMAYIL

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir