Arxiv
1 İyun 2020, 12:36 | AKTUAL
Sosial təminat sistemi ilə əhatə olunanların 600 minə qədəri uşaqlardır - Nazirlik

Prezident İlham Əliyevin uğurlu sosial siyasəti ölkəmizdə uşaqlara dövlət qayğısının ildən ilə artmasına, eyni zamanda, müvafiq kateqoriyalardan olan uşaqların sosial təminatının mütəmadi olaraq gücləndirilməsinə şərat yaradıb. Bu gün ölkəmizdə mövcud olan sosial təminat növlərinin bir hissəsi (10-dan çoxu)  uşaqlarla bağlıdır. 

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Modern.az-a verilən məlumata görə, sağlamlıq imkanları məhdud uşaqlar, şəhid ailələrinin və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl AES qəzası  ilə əlaqədar I və II dərəcə əlilliyi olan olan, yaxud vəfat etmiş valideynlərin, beşdən çox uşağı olan qadınların, müddətli həqiqi hərbi xidmət qulluqçularının  uşaqları aylıq sosial müavinətlə təmin olunur. Hazırda 83 min ailə üzrə 350 mindən çox ailə üzvü ünvanlı dövlət sosial yardımı alır ki, onlardan 185 minə yaxını uşaqlardır. Həmin ailələrdəki 1 yaşadək uşaqlara aylıq müavinət də verilir. 

 

Eləcə də valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına aylıq sosial müavinət ödənilir. Yeni doğulan uşaqlara görə birdəfəlik müavinət, həmçinin Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan uşaqlarına ildə bir dəfə birdəfəlik müavinət verilir.  Ailə başçısını itirmiş ailələrə buna görə aylıq sosial müavinət və ya əmək pensiyası ödənilir ki, həmin ailələrin üzvlərinin onların 95 faizdən çoxunu uşaqlar təşkil edir. Bu uşaqlardan sağlamlıq imkanları məhdud olanlara 2020-ci ilin əvvəlindən ailə başçısını itirməyə görə müavinəti və ya ailə başçısını itirməyə görə pensiyanı sağlamlıq imkanları məhdudluğa görə müavinətlə birgə  ala bilmək hüququ da verilib. Eyni zamanda sığortaolunanlara da üç yaşınadək uşaqlara qulluğa görə müavinət ödənilir. 

 

Ümumilikdə sosial təminat növləri üzrə ödəniş edilənlərin 600 minə qədərini uşaqlar təşkil edir.

 

2019-cu ildə dövlət başçısının Fərmanları ilə bu ödənişlər ciddi şəkildə artırılıb. O cümlədən, sağlamlıq imkanları məhdud uşaqlar üçün müavinətin 82 manatdan 150 manata çatdırılmaqla, onlara qulluq edənlər üçün Prezidentin aylıq təqaüdü (50 manat) təsis edilib.   Beşdən çox uşağı olan qadınların hər uşağına görə müavinət 33 manatdan 55 manata, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları üçün hər uşağa görə  müavinət 68 manatdan 100 manata, qəyyumlar üçün müavinət hər uşağa görə  61 manatdan 100 manata, ailə başçısını itirməyə görə müavinət hər ailə üzvü üçün 68 manatdan 80 manata, yeni doğulan uşaqlara görə birdəfəlik müavinət  109 manatdan 200 manata çatdırılıb. 

 

Sağlamlıq imkanları məhdud uşaqlarla bağlı reabilitasiya və sosial xidmətlər sistemi də təkmilləşdirilir və genişləndirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Uşaq Bərpa Mərkəzi müasir tələblərə uyğun qurulub, hazırda isə Qəbələ və Şəmkir rayonlarında da  uşaq reabilitasiya müəssisələri tikilir. Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi ilə Bakıda Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi yaradılıb, Heydər Əliyev Fondunun müvafiq proqramı çərçivəsində nazirliyin Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində nümunəvi yaşayış və reabilitasiya şəraiti yaradılıb. Son illərdə Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsi istifadəyə verilib.

 

Bununla yanaşı, nazirliyin sosial sifarişləri ilə icra olunan layihələr əsasında minlərlə uşaq reabilitasiya yönümlü sosial xidmətlərlə təmin edilir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda daha 548 nəfər virusa yoluxdu, 10 nəfər öldü 9 İyul 2020, 19:31 Rusiya XİN-I Azərbaycanın təşəbbüsünü ALQIŞLADI 9 İyul 2020, 19:04 Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticələri AÇIQLANIB 9 İyul 2020, 18:58 İsveçdə hər plastik torba üçün 55 qəpik vergi tutulur 9 İyul 2020, 18:51 Turizm Təlim və Sertifikasiya Mərkəzi yaradılıb 9 İyul 2020, 18:40 Daha bir həkim koronavirusa yoluxdu 9 İyul 2020, 18:23 Jirinovski saxlanılan qubernatora görə Dövlət Dumasını hədələdi 9 İyul 2020, 18:16 Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib 9 İyul 2020, 18:08 Mehriban Əliyeva göstəriş verdi - Böyük Şor gölü təmizlənsin 9 İyul 2020, 17:58 Dolların məzənnəsi sabit qaldı 9 İyul 2020, 17:52 Azərbaycanda tanınmamış müğənni karantini pozdu - FOTO 9 İyul 2020, 17:46 Azərbaycanda koronavirusa yoluxma ehtimalı yüksək olan şəxslər müəyyənləşdi  - “E-Təbib”-dən AÇIQLAMA 9 İyul 2020, 17:40 Xüsusi karantin bölgəsinin deputatları seçicilərə ÇAĞIRIŞ ETDİLƏR 9 İyul 2020, 17:38 Paşinyanın oğlu ordudan təxris olundu - VİDEO 9 İyul 2020, 17:36 Rusiya 13 ölkə ilə hava uçuşlarını bərpa edir – Bəs Azərbaycan? 9 İyul 2020, 17:34 Bakı-Sumqayıt yolunda yeni geridönmə yeri yaradıldı - FOTO 9 İyul 2020, 17:28 Dilqəmlə Şahbazdan XƏBƏR VAR 9 İyul 2020, 17:22 “Abituriyentlər üçün dərs vaxtı”nın sabaha olan CƏDVƏLİ 9 İyul 2020, 17:16 Azərbaycan MDB ölkələri arasında 30 ilin REKORDUNU VURDU 9 İyul 2020, 17:10 Gəlin, xırdalayaq, günahkar axtarmayaq! 9 İyul 2020, 17:04 Prezident Administrasiyasının şöbə müdiri partiya sədri ilə görüşdü 9 İyul 2020, 16:58 İTV-nin 7 əməkdaşı koronavirusa YOLUXDU 9 İyul 2020, 16:52 Gömrük Hospitalı koronavirusa yoluxan həkiminin son durumunu AÇIQLADI 9 İyul 2020, 16:46 Oğuza istirahətə gedənlər cəzalandırıldı - FOTO 9 İyul 2020, 16:40 Moskvada qoruyucu maska rejimi ləğv olunur 9 İyul 2020, 16:34 Azərbaycana yeni qaz sayğacları gətirildi - VİDEO 9 İyul 2020, 16:28 Yevlax Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxslərinə cinayət işi açıldı 9 İyul 2020, 16:22 Seul meri ölü tapıldı 9 İyul 2020, 16:16 DİM magistraturaya qəbul olunan bakalavrlara müraciət etdi 9 İyul 2020, 16:10 Bu Peşə Təhsil Mərkəzlərinə publik hüquqi şəxs statusu verildi 9 İyul 2020, 16:04 BMU-nun magistratura səviyyəsinə yeni qəbul olmuş tələbələrin qeydiyyatı asanlaşdırıldı 9 İyul 2020, 15:58 SMS-siz küçəyə çıxanların nəzərinə! - HƏBS OLUNANLAR VAR 9 İyul 2020, 15:52 DGK ilə BMT-nin İnkişaf Proqramı arasındakı əməkdaşlıq müzakirə edilib -FOTO 9 İyul 2020, 15:46 Dövlət Agentliyi 84 obyektdə qanun pozuntusu aşkarladı - FOTO 9 İyul 2020, 15:40 Prezident Saleh Məmmədovun bəzi səlahiyyətlərini LƏĞV ETDİ 9 İyul 2020, 15:35