Arxiv
1 İyun 2020, 16:49 | DÜNYA
ABŞ-dakı iğtişaşlarda Rusiya şübhəli bilinir - Tramp məcburən açıqlama verdi

ABŞ-ın eks-prezidenti Barak Obama administrasiyasının milli təhlükəsizlik üzrə keçmiş müşaviri Syuzan Rays ölkədə baş verən iğtişaşlarda Rusiyanın əli olduğunu düşünür. Modern.az saytı xəbər verir ki, bu haqda o, CNN-nin efirində danışıb.


Onun sözlərinə görə, etiraz aksiyalarında həm dinc etirazçılar, həm də ekstremistlər iştirak edir. Rays hesab edir ki, Moskva ənənəvi planı üzrə hərəkət edir:

“Rusların sosial şəbəkələr vasitəsilə hər iki tərəfi qızışdırğını bilsəm, təəccüblənmərəm. Moskvanın onları hər hansı bir yolla maliyyələşdirdiyi də üzə çıxsa, təəccüblənmərəm”.


Bununla yanaşı o, müsahibəsində bu məsələ ilə bağlı kəşfiyyat birliyindən heç bir məlumat almadığını, yalnız öz şəxsi təcrübəsinə əsaslandığını deyib.


ABŞ-ın CNN telekanalının efirində bundan əvvəl də Rusiyanın ünvanına oxşar ittihamlar səsələndirilib. Mayın 30-da efirə çıxmış ekspertlərdən biri ABŞ-da baş verən qanunsuzluqlarda “Rusiya izi” olduğundan şübhələnmişdi. O, etirazlarda rus agentlərinin və ya “Ağdərililərin üstünlüyü qruplaşması”nın iştirak etdiyini bildirmişdi. Ekspert rusların 2016-cı ildəki seçkilərdə özlərini qara fəallar kimi göstərdiyini və ola bilsin ki, indiki iğtişaşlarla da əlaqəli olduqlarını güman edib.


Telekanaldakı bu müzakirədən sonra ABŞ prezidenti Donald Tramp Rusiyanı müdafiəyə qalxdı və CNN-ni tənqid etdi.


Hazırda polisin həbs zamanı kobudluğu nəticəsində qaradərili mühafizəçi Corc Floydun ölümündən sonra ABŞ-ın on şəhərində başlanan iğtişaşlar davam edir. Polis zorakılığına qarşı Los-Angeles, San-Francisco, Denver, Nyu-York, İndianapolis, Boston, Detroyt, ABŞ-ın digər şəhərlərində və hətta Kanadanın Toronto şəhərində yürüşlər keçirilir.


ABŞ hökuməti polislə istənilən toqquşmanı və ya onlara qarşı təhlükəni daxili terror aktları kimi qəbul edəcəyini bildirib. Belə qarşıdurmaların birində iki polis güllə yarası alıb, onlardan biri dünyasını dəyişib.     

 
A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Böyük Britaniyada koronavirus qurbanlarının sayı artıb 3 İyul 2020, 00:57 Leyla Əliyeva üçün özəl gün  3 İyul 2020, 00:44 Lerikdə məktəb direktorunun müavini qəzada öldü 3 İyul 2020, 00:27 İtaliyada koronavirusdan ölənlərin sutkalıq sayı 30 nəfərədək azaldı 3 İyul 2020, 00:13 Aeroport şossesində piyada vuruldu 2 İyul 2020, 23:54 Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı artdı - FOTO 2 İyul 2020, 23:40 İstanbuldan daha 19 həkim Bakıya gətirildi - FOTO 2 İyul 2020, 23:23 Rusiya koronavirus dərmanının ixracına başladı 2 İyul 2020, 23:09 Neftin qiyməti 43 dolları ötdü 2 İyul 2020, 22:50 Amerikanı 5.5 bal gücündə zəlzələ silkələdi 2 İyul 2020, 22:39 Rusiyada azərbaycanlı iş adamı və anası koronavirusdan öldü 2 İyul 2020, 22:25 Türkiyədə koronavirusdan ölənlərin sayı 5 167 nəfərə çatıb 2 İyul 2020, 22:11 İsmayıllıda 3 uşaq atası özünü asdı 2 İyul 2020, 21:56 ABŞ-da yeni ANTİREKORD: Bir gündə 50 min insan virusa yoluxdu 2 İyul 2020, 21:39 Həftə sonu ictimai nəqliyyatın hərəkəti DAYANDIRILIR 2 İyul 2020, 21:35 Meksikada silahlı hücumda 24 nəfər öldü 2 İyul 2020, 21:16 ATU baş epidemioluqun açıqlamasına aydınlıq gətirib 2 İyul 2020, 21:06 “Məqsədimiz Azərbaycandan Əfqanıstana enerji dəhlizini yaratmaqdır” - Əfqanıstan Prezidenti 2 İyul 2020, 20:59 Bu hallarda evdən çıxmağa SMS icazə tələb olunmur 2 İyul 2020, 20:48 “Hava nəqliyyatının səmərəliliyinə görə Azərbaycan dünyada 12-cidir” - İlham Əliyev 2 İyul 2020, 20:44 Bərbərxana və gözəllik salonları işləməyəcək - RƏSMİ 2 İyul 2020, 20:33 Evdən çıxmağa üç halda icazə VERİLƏCƏK 2 İyul 2020, 20:26 Azərbaycanda 5 nəfərdən artıq qruplarda toplanmaq QADAĞAN EDİLİR 2 İyul 2020, 20:14 Bakı metrosu yenidən fəaliyyətini dayandırır - RƏSMİ 2 İyul 2020, 20:08 SMS-lə icazə tətbiq edilən rayonların SAYI ARTIRILDI 2 İyul 2020, 20:04 Sərt karantin rejimi UZADILDI 2 İyul 2020, 20:00 Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi açıqlanıb 2 İyul 2020, 19:29 AFFA yeni hakimləri təsdiq edib 2 İyul 2020, 18:56 Balakəndə ayı balalarını satan şəxslər SAXLANILDI 2 İyul 2020, 18:50 Azərbaycanda aktiv koronaviruslu xəstələrin sayı 8 mini KEÇDİ 2 İyul 2020, 18:42 Azərbaycanda daha 572 nəfər koronavirusa yoluxdu, 8 nəfər öldü 2 İyul 2020, 18:31 Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu vətənə döndü -FOTO 2 İyul 2020, 18:22 İŞİD-in 1 milyard dollarlıq narkotiki İtaliyada ələ keçdi 2 İyul 2020, 18:13 Naftalanda növbəti monitorinq keçirilib - FOTO 2 İyul 2020, 18:05 Əhəd Abıyev operativ qərargahın növbəti iclasını keçirib - FOTO 2 İyul 2020, 18:00