Modern.az

Türkiyədə sutkalıq COVİD-19 qurbanlarının sayı  23 nəfərədək azaldı

Türkiyədə sutkalıq COVİD-19 qurbanlarının sayı  23 nəfərədək azaldı

1 İyun 2020, 21:28

Türkiyədə son sutka ərzində daha 23 nəfər koronavirusdan ölüb.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

 

Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 4 563 nəfərə çatıb:

"Bu gün ölkədə koronavirus testindən keçən 31 525  nəfərdən 827-nin cavabı pozitiv çıxıb. Bununla da yoluxanların ümumi sayı  164 769  nəfərə çatıb. Müalicə olunan 974  xəstə isə bu gün evə buraxılıb. İndiyədək  128 947 nəfər koronavirusdan müalicə olunub".


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır