Modern.az

Xose Bernardonu bıçaqlayan şəxsin məhkəməsi başladı

Xose Bernardonu bıçaqlayan şəxsin məhkəməsi başladı

Aktual

3 İyun 2020, 16:25

Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış teleaparıcı Xose Bernardonu bıçaqlamaqda təqsirləndirilən Abutalub Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

 

Modern.az xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirəndirilən şəxsin anket məlumatları dəqiqləşdilib.

 

Məhkəmə baxışı iyunun 16-a təyin edilib. 

 

Qeyd edək ki, hadisə ötən il Pirallahı rayonunda qeydə alınıb. A. Hüseynov münaqişə zəminində 1989-cu il təvəllüdlü Bernardo Xose Pabloviçi və  1988-ci il təvəllüdlü Rafael Hüseynovu bıçaqlayıb.

 

Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib, onlar daha sonra xəstəxanadan evə buraxılıblar.

 

Xatırladaq ki, Azərbaycan vətəndaşı olan Xose Bernardo uzun müddət televiziya proqramlarında, şou-proqramlarında aparıcılıq edib. Hadisənin hansı şəraitdə baş verdiyi isə hələlik məlum deyil.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır