Modern.az

Kifayət qədər maska ehtiyatımız var - RƏSMİ

Kifayət qədər maska ehtiyatımız var - RƏSMİ

3 İyun 2020, 19:38

"Həftə sonları tətbiq ediləcək qadağalardan sonra bazar ertəsindən etibarən normal həyata qayıtdıqda biz bütün qaydalara riayət etməliyik".

 

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin" (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

 

Onun sözlərinə görə, məhz bu halda istənilən müsbət nəticəni əldə edə biləcəyik:

 

"Maska ilə bağlı kifayət qədər ehtiyatlarımız var. Hətta vətəndaşlarımız təlimatlara uyğun olaraq, evdə də maska hazırlaya bilər".

 

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədli isə bildirib ki, tibbi maskaların vahid qiyməti 30 qəpikdir:

  

"İdxal maskalarda yaranan qiymət fərqini dövlət öz üzərinə götürüb. Ölkədə maska qıtlığından söhbət gedə bilməz. Kimlərsə ki, maska qıtlığı yaratmağa çalışacaq, bunun cəzası olacaq".

 

Onun sözlərinə görə, 10-15 milyon maska ehtiyatımız var.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır