Modern.az

Avropa çempionatı Parisdən alındı Bakıya verildi

Avropa çempionatı Parisdən alındı Bakıya verildi

Aktual

4 İyun 2020, 12:30

İdman gimnastikası üzrə həm kişilər, həm də qadınlar arasında  Avropa çempionatı bu il Bakıda keçiriləcək. 

 

Modern.az Avropa Gimnastikasının rəsmi saytına istinadən xəbər verir ki, kişilərin mübarizəsi 9 - 13 dekabrda, qadınların yarışı 17 - 20 dekabrda olacaq. Hər iki çempionat Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.

 

Bundan başqa Ukraynanın paytaxtı Kiyevdə keçirilməli olan bədii gimnastika üzrə Avropa çempionatı 26 - 29 noyabra təxirə salınıb. 

 

Qeyd edək ki, idman gimnastikası üzrə kişilər arasında Avropa çempionatı 27 - 31 mayda Bakıda, qadınların analoji yarışı 30 aprel - 3 mayda Fransanın paytaxtı Parisdə keçirilməli idi. Bədii gimnastların qitə çempionatı isə 21 - 24 mayda nəzərdə tutulmuşdu.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır