Modern.az

İcra başçısı iki məmurla bağlı prokurorluğa şikayət etdi

İcra başçısı iki məmurla bağlı prokurorluğa şikayət etdi

Aktual

5 İyun 2020, 13:25

Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyevin tapşırığına əsasən, rayonun Zərdabi və Talabıqışlaq inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində "DOST-İş"MMC xəttilə aztəminatlı vətəndaşların ödənişli ictimai işlərə cəlb olunması sahəsində şəffaflıq və ədalətlilik prinsiplərinə əməl olunması vəziyyəti yoxlanılıb.

Modern.az “Yeni Sabah”a istinadən xəbər verir ki, yoxlama zamanı ciddi qanun pozuntuları aşkarlanıb. Hər iki icra nümayəndəsi tərəfindən ödəmə kartlarının mənimsənilməsi, yaxın qohumlarının ödənişli ictimai işlərə cəlb olunması və s.hallar müəyyən olunub.

Qeyd olunanlar nəzərə alınaraq Zərdabi kəndi üzrə icra nümayəndəsi Nəcəfov Ramin Rasif oğlu və Tabıqışlaq kəndi üzrə icra nümayəndəsi Heybətov Şahin Nizam oğlu tutduqları vəsifədən azad olunublar və əməllərinə hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına müraciət olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər