Arxiv
5 İyun 2020, 16:44 | AKTUAL
Tarixi reallıqlara obyektiv elmi baxış - İsa Həbibbəyli yazır  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş qərarlar və Ermənistan tərəfindən süni şəkildə Azərbaycan mənşəli yer adlarının dəyişdirilməsinə dair səsləndirdiyi fikirlər obyektiv tarixi reallığın ifadəsidir. Azərbaycan Cümhuriyyətinin kitab halında çap edilmiş stenoqramları, keçən əsrin əvvəllərində hazırlanmış xəritələr, arxiv materialları, dövri mətbuat materialları həmin tarixi hadisələrə və proseslərə şahidlik edir.

 

Bununla belə, Azərbaycan Respublikası Prezidentinin Tərtər rayonuna səfəri zamanı çıxışından irəli gələn məsələlərin əsaslı şəkildə yenidən tədqiq edilib araşdırılması üçün Milli Elmlər Akademiyasında bir sıra tədbirlərin həyata keçirilməsinə start verilmişdir.

 

İlk növbədə onu qeyd etməyi lazım bilirik ki, AMEA-da müxtəlif elm sahələrini təmsil edən mütəxəssislərin apardıqları araşdırmalardan ibarət “İrəvan şəhəri – necə varsa” adlı məqalələr toplusu hazırlanıb nəşr edilməsi planlaşdırılır. Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutunda, Həsən Əliyev adına Coğrafiya İnstitutunda, Torpaqşünaslıq və Aqrokimya İnstitutunda aşkara çıxarılmış tarixi xəritələrin yenidən tədqiqi və nəşri istiqamətində də növbəti addımların atılması nəzərdə tutulur. Eyni zamanda, Tarix, Coğrafiya və Dilçilik institutlarında Ermənistan tərəfindən XX əsrin müxtəlif dövrlərində süni şəkildə dəyişdirilmiş Azərbaycan mənşəli yer adlarına dair aparılmış tədqiqatların əhatə dairəsinin genişləndirilməsi, sovet hakimiyyətindən qabaq çap olunmuş xəritələrlə müqayisəsi və XX əsrin doxsanıncı illərindən sonra Göyçə mahalında, Dağlıq Qarabağda, Dərələyəz və Dilican ərazilərində toponimiya sahəsində həyata keçirilmiş saxtakarlıqların da əlavə olunması ilə yeni nəşrlərin hazırlanıb xalqımıza çatdırılması və xarici dillərdə nəşr edilməklə dünya ictimaiyyətinə təqdim olunması üçün tədbirlər müəyyən edilmişdir.

 

Ümumiyyətlə, yer adları ilə əlaqədar məsələlərin davamlı olaraq və sistemli şəkildə araşdırılması məqsədilə Nəsimi adına Dilçilik İnstitutunda “Terminologiya və toponomika” adlı elmi-tədqiqat şöbəsinin yaradılmasına dair hazırlıq işləri aparılır.

 

Tarixi reallıqları öbyektiv şəkildə tədqiq edib müəyyənləşdirmək, xalqa çatdırmaq və yeni nəsilləri vətənpərvərlik ruhunda tərbiyə etmək əsl elmin vətəndaşlıq borcu və mühüm vəzifəsidir.

 

İsa Həbibbəyli

AMEA-nın Birinci vitse-prezidenti, akademik

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gəncədə gənc oğlan özünü asdı 9 İyul 2020, 00:43 Baş Qərargah rəisləri arasında telefon müzakirəsi 9 İyul 2020, 00:28 Türkiyə millisi ilk dəfə Sivasda  oyun  keçirəcək 9 İyul 2020, 00:15 Neftin qiyməti 14 dollar olsa, nə olardı? - Millət vəkili yazır 8 İyul 2020, 23:56 Klinikanın şöbə müdiri koronavirusa yoluxdu 8 İyul 2020, 23:43 Daha 186 azərbaycanlı  Vətənə gətirildi - FOTO 8 İyul 2020, 23:26 Xaçmazda qadın özünü yandırıb 8 İyul 2020, 23:14 ABŞ-a məxsus təyyarə vuruldu 8 İyul 2020, 23:01 59 nəfər COVİD-19 xəstəsi süni tənəffüs cihazına qoşulub - FOTO 8 İyul 2020, 22:44 "ASAN xidmət"də yeni təyinat olub 8 İyul 2020, 22:27 “Şahdağ” Milli Parkındakı yanğın söndürüldü - YENİLƏNİB 8 İyul 2020, 22:12 Türkiyədə koronavirusdan ölənlərin sayı 5 300-ü ötdü 8 İyul 2020, 22:00 Əhaliyə pulsuz hüquqi yardım göstəriləcək 8 İyul 2020, 21:46 COVID-19 sahəsində çalışan bir qrup xarici mütəxəssis Azərbaycana gəldi - FOTO 8 İyul 2020, 21:13 Ekspres xətlər üzrə avtobusların iş qrafiki DƏYİŞDİRİLDİ 8 İyul 2020, 21:02 Avstriyada uçqun oldu: ölənlər var 8 İyul 2020, 20:51 Dünyada koronavirusa yoluxanların sayı 12 milyonu ötdü 8 İyul 2020, 20:39 Daha 534 obyektdə monitorinq aparıldı 8 İyul 2020, 20:22 Prezident koronavirusla bağlı vəziyyətin bir aya yaxşılaşacağını açıqladı 8 İyul 2020, 20:06 Deputat İqbal Məmmədovdan Nazirliyin layihəsinə dəstək - FOTO 8 İyul 2020, 19:58 Məktəbliləri daşıyan avtobus gölə düşdü - 21 nəfər öldü 8 İyul 2020, 19:50 Prezidentinin Administrasiyasında rəhbər vəzifələrdə işləmiş şəxslər pensiyaya bu qaydada çıxacaqlar 8 İyul 2020, 19:42 Sahibə Qafarova ilə Türkiyə BMM-nin sədri arasında telefon danışığı olub 8 İyul 2020, 19:33 Sumqayıtda koronavirus xəstəsi küçəyə çıxıb gəzdi - VİDEO 8 İyul 2020, 19:24 Toy məclislərinin keçirilməsinə icazə verdi - Dağıstanda 8 İyul 2020, 19:15 Sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunan rayonların sayı ARTIRILDI 8 İyul 2020, 19:08 Təhsil Naziri müəllimlərin suallarını cavablandırdı - FOTO 8 İyul 2020, 19:00 Baş Prokurorluq Nərminin işi ilə bağlı yeni MƏLUMAT YAYDI 8 İyul 2020, 18:52 İki qadının ölümünə səbəb olan baş həkimin oğlu həbs olundu 8 İyul 2020, 18:45 Təlimlərə cəlb olunan qoşunlar geri qaytarılır - FOTO 8 İyul 2020, 18:37 Azərbaycanda daha 542 nəfər koronavirusa yoluxdu - 9 nəfər öldü 8 İyul 2020, 18:29 190 manat veriləcək şəhər və rayonların sayı artırıldı - SİYAHI 8 İyul 2020, 18:23 Təxirə salınmış müsahibələrin keçirilmə qrafiki açıqlandı 8 İyul 2020, 18:17 Nazirlik bu şəxslərə SMS bildirişlər göndərir 8 İyul 2020, 18:09 Bakıda “Mercedes” yandı 8 İyul 2020, 18:00