Arxiv
5 İyun 2020, 16:56 | AKTUAL
“Azərişıq” və “Azəriqaz” birgə layihələrə başladı - FOTO

“Azərişıq” ASC və “Azəriqaz” İstehsalat Birliyi ucqar dağ kəndlərində kommunal problemlərin həlli ilə bağlı birgə layihələrin reallaşdırılmasına start verib.

 

Bu barədə Modern.az-a “Azəriqaz” İB-dən bildirilib.

 

“Azərişıq” ASC-nin paylayıcı elektrik şəbəkələrinin yenidənqurulması proqramına əsasən Gədəbəy rayonunun ən ucqar dörd kəndində - Qasımlı (abonent sayı 73), Əyrivəng (abonent sayı 113), Arıqıran (abonent sayı 447), Gərgər kəndlərində (abonent sayı 387) 10 və 0,4 kv-luq şəbəkələrin yenidənqurulmasına başlanılıb.

 

Bildirilib ki, Qasımlı kəndində 10 və 0,4 kv-luq dayaqlar tam olaraq quraşdırılıb. Əyrivəng kəndində 0,4 kv-luq dayaqlar quraşdırılıb, işlər davam edir. Arıqıran və Gərgər kəndlərində elektik şəbəkələrinin yenidənqurulması istiqamətində hazırlıq işləri aparılmaqdadır. Hazırda ümumilikdə 1 020 abonentin olduğu sözügedən dörd kənddə işlər davam etdirilir. Transformator məntəqələri, kabellər, dayaqlar hətta sayğaclar belə yeniləri ilə əvəz olunur. Bir sözlə yaşayış məntəqələrinin elektrik təsərrüfatı tamamilə yenilənir. Paylayıcı elektrik şəbəkənin yenidən qurulmasında əsas məqsəd istehlakçıları dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin etməkdir. Xatırladaq ki, “Yeni kəndlər” layihəsi çərçivəsində “Azərişıq” ASC indiyədək ölkə üzrə 500-dən çox kənddə elektrik enerjisi sistemini tamamilə yenidən qurub.

 

“Azəriqaz” İstehsalat Birliyi 2020-ci il ərzində dövlət proqramı əsasında Gədəbəy rayonunun Gərgər kəndində 360, Qasımlı kəndində 61, Arıqıran kəndində 474 və Əyrivəng kəndində 68 fərdi yaşayış evinin qazlaşdırılması işlərinə başlayıb. Tədbirlər planına uyğun olaraq bu ucqar kəndlərin bəzilərində planlaşdırılan işlərin 50%-i icra olunub. Gədəbəy rayonunun Qasımlı, Gərgər, Arıqıran və Əyrivəng kəndlərinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 92 kilometrdən çox müxtəlif diametrli daşıyıcı və paylayıcı qaz xətlərinin çəkilməsi nəzərdə tutulur. Layihə üzrə 963 evin hər birinə fərdi sayğac, tənzimləyici və sayğac qutusu quraşdırılacaq.

 

Qeyd edək ki, 2019-cu ilin sonuna ölkədə qazlaşma səviyyəsi 96%-ə çatıb. Bu ilin dövlət proqramı ilə 51 şəhər və rayonda yerləşən yaşayış məntəqələrinin qazlaşdırılması nəzərdə tutulur. Artıq bu işlərin başlanılması üçün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ayrı-ayrı bölgələri əhatə edən 4 sərəncam imzalanıb. O cümlədən Gədəbəy rayonu da daxil olmaqla Ağstafa, Şəmkir və Tovuz rayonlarındakı ərazi vahidləri, yaşayış massivlərinin qazlaşdırılması üçün dövlət büdcəsindən dövlət neft şirkətinə 8,19 milyon manat vəsait ayrılıb.

 

   
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Qalatasaray” yenə uduzdu 9 İyul 2020, 09:55 Baş Prokurorluq bıçaqlanma hadisəsi barədə məlumat yaydı 9 İyul 2020, 09:51 “AFB Bank” ”Fitch” ilə əməkdaşlığı niyə dayandırır...   9 İyul 2020, 09:47 Qarışqalar bu pis xəstəliyin dərmanı imiş - Böyük KƏŞF 9 İyul 2020, 09:42 “Cənnət bağı” karantin qaydalarını pozdu 9 İyul 2020, 09:37 Azərbaycanda neft hasilatı 1 milyon ton AZALIB 9 İyul 2020, 09:32 Balansını artır, Azercell-dən “Umico”ya ikiqat keşbək qazan! 9 İyul 2020, 09:27 Müdafiə Nazirliyi məlumat yaydı - Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır 9 İyul 2020, 09:22 Bakıda yataqxana qarət olundu 9 İyul 2020, 09:17 Koroavirus xəstəliyindən sağalanlara arayiş verilir - RƏSMİ CAVAB 9 İyul 2020, 09:12 Xətaidə azyaşlı uşağı maşın vurdu - vəziyyəti ağırdır 9 İyul 2020, 09:06 Sovet kinosunun bakılı “Merilin Monro”su - İren Azərin enişli-yoxuşlu HƏYAT HEKAYƏSİ 9 İyul 2020, 09:00 Dünyada koronavirusa yoluxanların sayı 12 milyonu ÖTDÜ 9 İyul 2020, 08:51 Naqif Həmzəyev: Minsk qrupun həmsədrləri işğalçı Ermənistana təsir göstərməlidir   9 İyul 2020, 08:44 Gənclər və idman komitəsi üzvlərinin əsl ixtisası - Hüquqşünas, iqtisadçı, müəllim... 9 İyul 2020, 08:36 Müdafiə naziri koronavirus şübhəsi ilə özünü təcrid qərarına gəldi 9 İyul 2020, 08:21 Koronavirusdan ölüm faizini azaldan üsullar tapıldı 9 İyul 2020, 08:13 Gəncədə gənc oğlan özünü asdı 9 İyul 2020, 00:43 Baş Qərargah rəisləri arasında telefon müzakirəsi 9 İyul 2020, 00:28 Türkiyə millisi ilk dəfə Sivasda  oyun  keçirəcək 9 İyul 2020, 00:15 Neftin qiyməti 14 dollar olsa, nə olardı? - Millət vəkili yazır 8 İyul 2020, 23:56 Klinikanın şöbə müdiri koronavirusa yoluxdu 8 İyul 2020, 23:43 Daha 186 azərbaycanlı  Vətənə gətirildi - FOTO 8 İyul 2020, 23:26 Xaçmazda qadın özünü yandırıb 8 İyul 2020, 23:14 ABŞ-a məxsus təyyarə vuruldu 8 İyul 2020, 23:01 59 nəfər COVİD-19 xəstəsi süni tənəffüs cihazına qoşulub - FOTO 8 İyul 2020, 22:44 ASAN xidmət-də yeni təyinat olub 8 İyul 2020, 22:27 “Şahdağ” Milli Parkındakı yanğın söndürüldü - YENİLƏNİB 8 İyul 2020, 22:12 Türkiyədə koronavirusdan ölənlərin sayı 5 300-ü ötdü 8 İyul 2020, 22:00 Əhaliyə pulsuz hüquqi yardım göstəriləcək 8 İyul 2020, 21:46 COVID-19 sahəsində çalışan bir qrup xarici mütəxəssis Azərbaycana gəldi - FOTO 8 İyul 2020, 21:13 Ekspres xətlər üzrə avtobusların iş qrafiki DƏYİŞDİRİLDİ 8 İyul 2020, 21:02 Avstriyada uçqun oldu: ölənlər var 8 İyul 2020, 20:51 Dünyada koronavirusa yoluxanların sayı 12 milyonu ötdü 8 İyul 2020, 20:39 Daha 534 obyektdə monitorinq aparıldı 8 İyul 2020, 20:22