Arxiv
9 İyun 2020, 16:55 | MEDİA
Mətbuat Şurası icra başçısının və deputatın şikayətinə baxdı

Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib. Modern.az xəbər verir ki, toplantını açan komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib.  Müşfiq Ələsgərli əlavə edib ki, ölkədə karantin rejiminin şərtlərini və pandemiya ilə bağlı durumu nəzərə alaraq, bölgələrdən verilən şikayətlərin onlayn qaydada müzakirəsinə qərar verilib.

 

Komissiya ilk olaraq Qax rayon ictimaiyyəti nümayəndələrinin “qax.org.az” saytına qarşı şikayətini araşdrıb. Komissiya sədri məlumat verib ki, Qax rayonun 83 nəfər sakini adından imzalanan müraciətdə “qax.org.az” saytında mərhələlərlə dərc edilmiş 10-a yaxın materialdan şikayət olunub. Müraciət müəllifləri adından onlayn müzakirəyə qatılan 2 saylı məktəb-litseyin direktor müavini Dilşad Mustafayeva, rayon sakinləri Hümbət Məmmədov, Məhəmməd Məhəmmədov və digərləri şikayət doğuran  materiallarda ayrı-ayrı təhsil, səhiyyə müəssisələrinə, dövlət, hakimiyyət orqanlarına, o cümlədən, konkret şəxslərə qarşı əsaslandırılmamış kəskin ittihamların yer tutduğunu, həmçinin, etnik separatizmə yol açan fikirlərin  verildiyini bildiriblər. Belə yanaşmanın etnik-mədəni qruplar arasında narazılığa səbəb olduğunu qeyd ediblər. Komissiya üzvləri materialların araşdırılması zamanı müəyyən ediblər ki, “qax.org.az” saytında yayımlanan və rayon sakinlərində şikayət doğuran materiallar birtərəfli hazırlanmış, barəsində ciddi ittihamlar səsləndirilən şəxslərin mövqeləri öyrənilməmiş, onlara öz mövqelərini işıqlandırmaq üçün şərait yaradılmamışdır. Beləliklə, materiallarda balans prinsipi pozulmuş, ittiham xarakterli faktların əsaslılığının yoxlanılmasına təşəbbüs göstərilməmişdir. Komissiya   “qax.org.az” saytında xəbərdarlıq edərək, yol verilən qüsurların aradan qaldırılmasının zəruriliyini bildirmişdir.

 

Baki şəhər sakini,  Xətai rayonunda fəaliyyət göstərən həkim-ginekoloq Aytən Səfərovanın “yenisabah.az” saytına qarşı şikayətini araşdıran komissiya müəyyən edib ki, şikayətçidə narahatlıq doğuran materiallar “yenisabah.az” saytından öncə digər xəbər portallarında da yayımlanıb. Saytın təsisçisi Elnur Məmmədli qeyd edib ki, şikayətçi tərəfindən zamanında təkzibedici açıqlamalar yayımlanmadığı üçün həmin məqamlar “yenisabah.az” saytında yayımlanmış məqalələrdə də yer tutub. Bununla yanaşı, komissiya üzvləri bildiriblər ki, sayt materialı hazırlayarkən qarşı tərəfin rəyini öyrənməmiş, bununla da balans prinsipi pozulmuşdur. Komissiya tövsiyə edib ki, qarşı tərəfə öz fikirlərini ifadə etmək üçün şərait yaradılsın.

 

Agcabədi Rayon İcra Hakimiyyətinin “ZAMAN TV”nin xüsusi müxbiri və “DÜHA-İNDO” informasiya şəbəkəsinin rəhbəri İqbal Muğumova qarşı şikayətinin də araşdırılıb. “ZAMAN TV”-nin təsisçisi Xəyal Əsgərov bildirib ki, sözügedən şikayət “ZAMAN TV”nin  redaksiyasına da daxil olub. Araşdırma zamanı  İqbal Muğumovun redaksiyanı bilgiləndirmədən hərəkətlər etməsi, özfəaliyyətlə məşğul olması faktları aşkarlanıb. Muğumov işdən kənarlaşdırılıb, onunla əməkdaşlıq dayandırılıb və redaksiyanın vəsiqəsi geri alınıb.

 

İclasda Milli Məclisinin deputatı Nurlan Həsənovun bir qrup seçicisinin adından MŞ-yə “Qərb Bölgəsi Press” qəzeti ilə bağlı ünvanlanmış şikayəti də araşdırılıb. Komissiya üzvləri müraciətin geniş şəkildə araşdırılması üçün əlavə faktlara ehtiyac olduğunu vurğulayıblar. Tövsiyə edilib ki, müraciət müəllifləri onları narahat edən materiallar barədə təfsilatlı bilgiləri Şuraya göndərsinlər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Təbriz küçəsində yanğın nəqliyyatın hərəkətində çətinliklər yaratdı 24 Sentyabr 2020, 23:14 Prezident Azərbaycan səfirinin etimadnaməsini qəbul etdi 24 Sentyabr 2020, 22:59 Ceyhun Bayramov Gürcüstan prezidenti ilə bölgədəki durumu müzakirə etdi 24 Sentyabr 2020, 22:46 Baş Prokurorluqdan Yusif İldırımzadənin qaynının qətli ilə bağlı AÇIQLAMA 24 Sentyabr 2020, 22:27 Fransa yeni qadağalar tətbiq edir 24 Sentyabr 2020, 22:08 Türkiyədə daha 74 nəfər koronavirusdan öldü 24 Sentyabr 2020, 21:49 Türkiyədə tunel çökdü: Dağıntılar altından 11 nəfər çıxarıldı 24 Sentyabr 2020, 21:37 Britaniyada son sutkada koronavirusdan daha 40 nəfər öldü 24 Sentyabr 2020, 21:12 Leysan nəticəsində metro stansiyalarını su basıb 24 Sentyabr 2020, 20:55 Bakıda mənzildə iki qadın meyiti aşkarlandı 24 Sentyabr 2020, 20:42 “Bəşəriyyət pandemiya sınağından keçə bilmədi” - Antoniu Quterreş 24 Sentyabr 2020, 20:24 “Ermənistan rəhbərliyinin davranışı danışıqları mənasız edib” - Araz Əzimov 24 Sentyabr 2020, 20:18 THY Ankara istiqamətində xüsusi reyslər icra etməyə başlayır 24 Sentyabr 2020, 20:02 Ukraynada pandemiyanın ikinci dalğası başlayıb 24 Sentyabr 2020, 19:42 Paşinyan: “Rusiya əsas müttəfiqimizdir, ABŞ və Avropa Birliyi isə...” 24 Sentyabr 2020, 19:32 Yusif İldırımzadənin qohumunun qətli ilə bağlı cinayət işi AÇILDI 24 Sentyabr 2020, 19:14 Azərbaycan nefti bahalaşıb 24 Sentyabr 2020, 19:05 Şəmkir Rayon Polis Şöbəsinidə nöqsan aşkarlandı 24 Sentyabr 2020, 18:50 DİM pandemiya dövründə hansı işləri görüb? - HESABAT 24 Sentyabr 2020, 18:42 Sabiq prokurorun qaynı amansızlıqla öldürüldü 24 Sentyabr 2020, 18:28 Hərbi Hava Qüvvələri döyüş uçuşları həyata keçirdi 24 Sentyabr 2020, 18:19 Ceyhun Bayramov gürcüstanlı vitse-spikerlə görüşüb 24 Sentyabr 2020, 18:12 Qəbul planı 100% dolan universitetlər - SİYAHI 24 Sentyabr 2020, 18:10 Vurğun Əyyubun dəfnində saz çalan aşıq: “Dedi ki, “başıma bir iş gəlsə, məni sazla götürərsiniz”” - MÜSAHİBƏ 24 Sentyabr 2020, 17:59 İnam Kərimov Ağdaş və Göyçay rayonlarında - FOTO 24 Sentyabr 2020, 17:53 Bakıda dəhşət: Nənəsini və bibisini qətlə yetirdi 24 Sentyabr 2020, 17:47 Dolların məzənnəsi sabit qaldı 24 Sentyabr 2020, 17:41 Ali məktəblərdə boş qalan yerlərin sayı AÇIQLANDI 24 Sentyabr 2020, 17:35 Prezident iki qurumun səlahəyyətlərini ARTIRDI 24 Sentyabr 2020, 17:29 İmkansız tələbələrin təhsil haqqını dövlət ödəyəcək - RƏSMİ AÇIQLAMA 24 Sentyabr 2020, 17:23 Gürcüstan Prezidenti Ceyhun Bayramovu qəbul edib 24 Sentyabr 2020, 17:17 Prezidentdən Ədalət Muradovla bağlı SƏRƏNCAM 24 Sentyabr 2020, 17:11 İqtisad Universitetinin əməkdaşları təltif edildi - SİYAHI 24 Sentyabr 2020, 17:07 Deputat - Tendersiz satınalmalar ŞÜBHƏ YARADIR 24 Sentyabr 2020, 17:02 Prezident Əli Həsənovla bağlı sərəncam İMZALADI 24 Sentyabr 2020, 16:56