Arxiv
10 İyun 2020, 08:36 | DİASPOR
“Azərbaycan diasporu ilə birlikdə erməniləri üstələmişik, amma görüləcək işlərimiz çoxdur...” - ABDULLAH EREN 

Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba Topluluqları qurumunun (YTB) rəhbəri Abdullah Eren Modern.az saytına müsahibə verib.

Abdullah Eren Azərbaycan və Türkiyə diaspor təşkilatlarının bərabər işləmə mexanizminin önəmindən və görülən işlər barədə danışıb.

 

- Abdullah bəy, son zamanlar ayrı-ayr ölkələrdə erməni diasporu Türkiyə və Azərbaycan diasporunun birliyindən rahatsız olduğunu açıq ifadə edir. Bundan sonra bu istiqamətdə hansı işlər görüləcək?

- Ermənilər özlərinin uydurduğu qondarma “soyqırımı”nın tandılıması üçün davamlı işlər görür. Amma Türkiyənin Avropada xeyli sayda diaspor təşkilatı var. Diaspor təşkilatı son zamanlar  Avropda milli şüur ideyasına xidmət edir. FETÖ (“Fətüllahçı terror təşkilatı”) ilə mübarizədə həm də ermənilərin  “qondarma soyqırımı”na qarşı mübarizədə təkcə Türkiyə deyil, eləcə də Azərbaycan diaspor təşkilatlarının da fəaliyyəti bizim üçün çox önəmlidir.

“Bir millət, iki dövlət” anlamı hər iki ölkənin diasporu üçün də keçərli olmalıdır. Təsadüfi deyil ki, Berlində təşkil etdiyimiz aksiya zamanı həm Azərbaycan səfirliyi, həm Azərbaycan diaspor təşkilatlarının rəhbərləri iştirak etdilər. Bundan başqa, Avropa və ABŞ-da olan QHT-lərin biri-birini tanıması və yaxından əlaqə yaratması üçün bir sıra toplantılar təşkil etdik. Amma hələ ki, bu addımlar başlanğıcdır və bu işləri daha təkmilləşdirəcəyik. Azərbaycanın Ermənistan tərəfindən işğal edilmş torpaqlarının geri qaytarılması və Türkiyənin PKK-ya qarşı mübarizəsinin dünyaya çatdırılmasında, Avropadakı türk dərnəklərinin yalqız  buraxılmamasında hər iki ölkənin diaspor təşkilatları əlaqələri genişləndirməyə çalışır. Türkiyə toplumu Avropada xeyli sayda QHT-yə sahibdir. Biz Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Fuad Muradovla da qarşılıqlı iş birliyi və əlaqələrimizi genişləndirmək məqsədi ilə müqavilə bağlamışıq. Fuad Muradov diaspor işinə çox böyük mücadilə verir və bunun nəticələrini görürük. Və düşünürəm ki, bundan sonra əlaqələr daha da sıx inkişaf edəcək.

 


- Son illər Türkiyənin diaspor fəaliyyəti xeyli genişləndi. Azərbaycanın da bu fəaliyyət istiqamətinin genişlənməsindən də gözləntiləri böyükdür.  ABŞ hər zaman qondarma “soyqırımı” məsələsini müzakirəyə çıxaranda azərbaycanlılar etiraz etidiyi kimi, türklər də Qarabağ məsələsində eyni mövqeyi sərgiləyirlər. Daha nələr edilməlidir ki, hədəflərimizə çata bilək?

 

  • Türkiyə diaspor təşkilatının daha çox olduğu ərazilər Qərbi Avropa ölkələri-Almaniya, Avstraliya, Belçika, Fransa və Hollandiya kimi ölkələrdir.  Azərbaycan diasporunun daha geniş yayıldığı ölkələr arasında isə Rusiya və ABŞ yer alır. Avropadakı problemlərə baxanda irqi ayrıseçkilik, islamafobiyanın şahidi oluruq. Xüsusilə, müsəlmanlara olan ayrıseçkiliyə qarşı Azərbaycan diaspor təşkilatı ilə zaman-zaman mübarizə aparmışıq. Erməni diasporunun Azərbaycan və Türkiyə diasporunu sıxışdırmaq üçün beynəlxalq səviyyədə istifadə etdiyi arqumentlərə qarşı həmişə akademik səviyyədə mübarizə aparmaq lazımdır. Avropada küçədə toplantı edib aksiya keçirmək də vacibdir, amma eyni zamanda səsimizi eşitdirmək üçün bələdiyyələrdə, həmin ölkələrin parlamentlərində ermənilərin törətdiyi əməlləri ictimaiyyətə və siyasətçilərə çatdırmaq lazımdır. Hesab edirəm ki, əsas məsələ dediyim kimi rəsmi qurumlarda, dövlət səviyyəsində etiraz etməkdir. Baxmayaraq ki, erməni diasporu yüz ildir fəaliyyətdədir, amma həm biz, həm də Azərbaycan diaspor təşkilatları artıq onlarla eyni və daha artıq səviyyədə işlər görə bilirik.

 


- Dünyada daha böyük güc sahibi olan diaspor təşkilatları var. Buna yəhudi, yunan və s. misal göstərmək olar. Onlarla necə işləyirsiniz?

 

- Bizim əsas məqsədlərimizdən biri də qonşu ölkələrlə barış səviyyəsində yaşamaqdır. Ermənilərə, eləcə də İspaniyadan qovulan yəhudilərə zamanında Osmanlı dövləti himayədarlıq edib. Yəni əvvəldən biz barış içərisində müxtəlif millətlərlə bərabər yaşamışıq. Əgər biz indi də öz aramızda birlik və sabitliyi qorumağı bacarsaq xaricdə də problem yaşamarıq.

 

- Abdullah bəy, pandemiyaya dövründə Azərbaycan və Türkiyənin diaspor təşkilatlarının fəaliyyətini necə qiymətləndirirsiniz? Bir millət, iki dövlət olaraq biri-birimizə dəstək ola bildikmi?

 

- Koronavirusla mübarizədə həm Türkiyə, həm də Azərbaycan çox yaxşı nümunə sərgilədi. Dünya ölkələrinə nisbətdə biz xəstəlikdən bu qədər müddət ərzində çox az itki ilə çıxmağı bacardıq. Ölkə xaricində olan virusa yoluxan vətəndaşlarımızın ölkəyə gətirilib  müalicə edilməsi məsələsinə Türkiyə bu dövr ərzində xüsusi həssaslıqla yanaşdı. Bütün dünyada yaşayan türklərə qucaq açdıq. Türkiyədə qalan azərbaycanlı tələbələrə yaxından dəstək göstərildi və bu dəstək daimi olaraq davam etdiriləcək.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Saxta COVİD-19 pasportu verən tibb işçiləri SAXLANILDI 2 Avqust 2021, 14:05 Mahir Qabiloğlu Prezident təqaüdünə layiq görülüb 2 Avqust 2021, 13:59 Qarabağda erməni əsgər ÖLDÜ 2 Avqust 2021, 13:57 MDB ölkələri Olimpiadada necə çıxış edir? 2 Avqust 2021, 13:53 "Milli Məclis işini yüksək səviyyədə qurub" - Mahir Abbaszadə 2 Avqust 2021, 13:48 “Arzu ömrü uzatmır” 2 Avqust 2021, 13:43 Azərbaycan üçün də sınaq məqamı 2 Avqust 2021, 13:38 AZAL-dan sərnişinlərə müraciət 2 Avqust 2021, 13:32 “Azərbaycanlılar Koreyada nüfuzlu şirkətlərdə çalışır” - Səfirlə SÖHBƏT 2 Avqust 2021, 13:26 Həqiqətə uyğun olmayan məlumatlar haradan qaynaqlanır? 2 Avqust 2021, 13:21 Mal-qara oğurlayan qardaşlar saxlanıldı - FOTOLAR 2 Avqust 2021, 13:16 Eldəniz Səlimov Milli Məclisdə ÜZR İSTƏDİ 2 Avqust 2021, 13:10 Ölkədə pul bazasının həcmi artıb 2 Avqust 2021, 13:05 Nazirlik “Ayın Fermeri” müsabiqəsini elan etdi 2 Avqust 2021, 13:00 İntizam komissiyası Eldəniz Səlimovla bağlı QƏRAR verdi- YENİLƏNİB 2 Avqust 2021, 13:00 Temperatur yenidən artır - Sabahın havası 2 Avqust 2021, 12:57 Əsirlərimizə işgəncə verən erməni terrorçulara 20 il iş kəsildi 2 Avqust 2021, 12:55 Vaqif Axundovun bacısı oğlu ev dustaqlığına BURAXILDI 2 Avqust 2021, 12:52 Bu 3 nəfərdən biri spiker olacaq 2 Avqust 2021, 12:48 Tağı Əhmədovun səhhəti pisləşib? - Özündən AÇIQLAMA 2 Avqust 2021, 12:46 Yol polisi sürücülərə müraciət etdi 2 Avqust 2021, 12:44 "Milli Məclisin buraxılacağı barədə fikirlər təxribatdır" - Deputat 2 Avqust 2021, 12:38 Şuşada kulinariya festivalının keçirilməsi gələn ilə qaldı 2 Avqust 2021, 12:37 Paşinyan yenidən baş nazir SEÇİLDİ 2 Avqust 2021, 12:34 V qrant müsabiqəsinin nəticələri AÇIQLANDI 2 Avqust 2021, 12:28 Ermənistan parlamentinin ilk iclasını Həsənov aparır 2 Avqust 2021, 12:21 Qubada ağır qəza - 2 ölü, 4 yaralı 2 Avqust 2021, 12:15 Sabiq bələdiyyə sədrinin cinayət işi məhkəməyə göndərildi 2 Avqust 2021, 12:09 Ermənistanda baş nazir postuna namizəd İRƏLİ SÜRÜLDÜ 2 Avqust 2021, 12:04 Əsirlərimizə işgəncə verən ermənilər üzr istədilər 2 Avqust 2021, 11:59 Erməni biznesmen satdığı vaksinin qiymətini QALDIRDI 2 Avqust 2021, 11:49 Əks göstəriş sertifikatı kimlərə və necə veriləcək? 2 Avqust 2021, 11:48 Rezidenturaya qəbul imtahanının 1-ci mərhələsi bu tarixdə keçiriləcək 2 Avqust 2021, 11:44 Zəngəzur üzərində hava dəhlizi hələlik mövcud deyil - AZAL 2 Avqust 2021, 11:40 Razi Nurullayev: “Məncə, referendum olmalıdır” 2 Avqust 2021, 11:34