Modern.az

Türkiyədəki vətəndaşlarımız pulsuz koronavirus testindən KEÇƏCƏKLƏR

Türkiyədəki vətəndaşlarımız pulsuz koronavirus testindən KEÇƏCƏKLƏR

Diaspor

16 İyun 2020, 17:26

“Türkiyədə koronavirus testi üçün qiymətlər 420 lirə təşkil etsə də, vətəndaşlarımız üçün xəstəxanaların birində bu xidmət pulsuz təşkil ediləcək”.

 

Modern.az xəbər verir ki, bunu Türkiyədə yaşayan jurnalist Məhsəti Şərif bildirib. Jurnalist iyunun 17-i və 18-i üçün olan təyyarə reyslərinə qeydiyyatın yekunlaşdığını da qeyd edib:

 

“Türkiyədə konsulluqdan verilən son rəsmi məlumatda indiyədək burada 36 nəfər vətəndaşımızın virusa yoluxduğu qeyd olunur. Onlardan indiyədək 18 nəfər sağalıb, 6 nəfər ölüb. Digər 12 vətəndaşımızın müalicəsi isə davam etdirilir. Hazırda iş yerləri açıldığı üçün qeydiyyatsız şəkildə Türkiyədə yaşayan vətəndaşlarımızın maddi durumu ilə bağlı çətinliklər aradan qalxıb. Yəni karantin dönəmindəki mənfi hallar, yaşayış çətinliyi öz həllini tapır.

 

İyunun 17-i və 18-i üçün Azərbaycana olan bütün biletlər satılıb. Gələn həftə üçün Türkiyədən iki dəfə Azərbaycana təyyarə reysi olacaq. Vətəndaşlarımız ilkin növbədə koronavirus testi verib, sonra vətənə qayıda bilər. Amma bu test baha olduğundan əksər soydaşımız narahat idi. Amma “Şişli Florence Nightingale” adlı xəstəxana ilə razılıq əldə edilib və vətəndaşlarımız pulsuz şəkildə koronavirus testindən keçə biləcəklər”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi