Arxiv
22 İyun 2020, 20:29 | MƏDƏNİYYƏT
Azərbaycan musiqi sənətinin BÜLBÜLÜ - VİDEO

Xalq artisti,  Azərbaycan peşəkar vokal sənətinin banisi, bənzərsiz opera müğənnisi, mahir təsnif ustasının, xalqın Bülbülü – Murtuza Məmmədovun  bu gün doğum günüdür.
Deyirlər dahiləri zaman və mühit yetişdirir. Bu deyim Murtuza Məmmədov üçün də keçərlidir. Çünki müğənni 1897-ci ilin bu günü şeir-sənət ocağı Şuşa yaxınlığındakı Xanbağı kəndində anadan olub.

10 yaşında Şuşa mollaxanasında təhsilinə başlayır. Maraqlıdır ki, onun xanəndə kimi yetişməsində bu mədrəsənin mühüm rolu olub. Bülbül mədrəsədəki müəllimi Molla İbrahimdən Quran ayələrini, bir çox xalq mahnılarını və muğamları ustalıqla ifa etməyi öyrənib.

Hələ gənc yaşlarında məlahətli səsi Gəncə, Tiflis, İrəvandan duyulurdu. İlk dəfə qadın obrazında çıxış etmək təklifini öncə etirazla qarşılasa da, səhnəyə olan heyranlığındandır ki, sonradan bunu qəbul edir. Bülbül 1915-ci ildə Gəncədə Məşədi Cəmil Əmirovun “Seyfəl Mülük” operasında Səadət rolunda çıxış edir.

1920-ci ilin sonunda Bakıya, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dəvət olunur. Beləcə, Bülbülün opera müğənnisi kimi fəaliyyət dövrü başlanır. Bir-birinin ardınca Üzeyir Hacıbəylinin “Əsli və Kərəm”, “Leyli və Məcnun”, Zülfüqar Hacıbəyovun isə “Aşıq Qərib” operalarında obrazlara həyat verir, səsi ilə hamının diqqətini cəlb etməyi bacarır.
 Onun ən məşhur obrazı isə 400 dəfə canlandırdığı Üzeyir Hacıbəylinin “Koroğlu”su idi. Üzeyir bəy yazır, Bülbül isə yaşadırdı. Bəstəkarın “Sənsiz” və “Sevgili canan” qəzəl-romanslarının ən mükəmməl ifaçısı da, sözsüz ki, Bülbül idi.

 

 

Bülbül musiqi təhsili almadan da yoluna davam edə bilərdi, lakin mükəmməl təhsilin həyatındakı rolunu dərk etdi. 23 yaşında özündən dəfələrlə kiçik uşaqlarla parta yoldaşı olması da Bülbülü məqsədindən yayındırmadı. Bülbül belkanto vokal texnikasını öyrənmək məqsədilə Azərbaycan Dövlət Konservatoriyasında təhsilinə başladı.


Konservatoriya təhsilini uğurla tamamladıqdan sonra, belkantonun beşiyi İtaliyada təhsilini davam etdirmək qərarına gəlir. Beləcə, həyatının daha bir vacib mərhələsinin – mahir opera müğənnisi kimi formalaşmasının başlanğıcı qoyulur.

Təhsilini başa vurduqdan sonra Avropada qalıb yaradıcılığını inkişaf etdirmək üçün saysız iş təklifləri alsa da, Bülbül böyük arzularını gerçəkləşdirmək məqsədilə yenidən  Vətənə üz tutur.
Bəli, təhsil öz bəhrəsini verdi. Bülbül Avropa oxuma texnikasını Azərbaycan milli musiqisində tətbiq edərək, xalq mahnılarına, romanslara, operalara yeni ruh gətirdi və bunu Azərbaycan Dövlət Konservatoriyasında dərs deyərək tələbələrinə də aşıladı.


Bülbül eyni zamanda musiqi folkloru tədqiqatçısı idi. 1932-ci ildə onun təşəbbüsü ilə Azərbaycan Konservatoriyası nəzdində Zaqafqaziyada ilk xalq musiqisini öyrənən Elmi-Tədqiqat Musiqi Kabineti yaradıldı.

 

 

Müğənni kabinetin işinə gənc bəstəkar və musiqişünasları cəlb edərək bölgələrə səfər edir və Azərbaycan xalq musiqisinin toplanması, nota salınmasında, ümumilikdə musiqinin təbliğində vacib işlərə imza atmışdı. Bütün bunlara görə XX əsr Azərbaycan musiqisini Bülbülsüz təsəvvür etmək olmaz.
Həyatı boyu çalışıb, yaratmış, böyük işlərə imza atmış müğənni 1938-ci ildə SSRİ xalq artisti adına layiq görülüb. Azərbaycan SSRİ Ali Sovetinin III, IV və V çağırışlarının deputatı seçilmiş, "Lenin", "Qırmızı Əmək Bayrağı", “Şərəf nişanı” ordenlərinə, İtaliyanın "Haribaldi" ordeninə və medallara layiq görülmüşdür.
1961-ci ilin iyulunda sonuncu konsertini elə doğma məkanı Şuşada verir. Həmin ilin sentyabrında isə Azərbaycan Bülbülü – Murtuza Məmmədov 64 yaşında Bakıda vəfat edib.  Məzarı Birinci Fəxri Xiyabandadır.


 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şagirdlər üçün “Microsoft Teams” proqramı ilə bağlı təlim keçirilib 3 Avqust 2020, 21:41 Türkiyədə daha 19 nəfər koronavirusdan öldü 3 Avqust 2020, 21:29 Cəlalabadda həbsxanaya hücum: 29 nəfər öldü 3 Avqust 2020, 21:12 Çimərlik ərazilərdə istifadə qaydaları ilə bağlı VİDEOTƏLİMAT 3 Avqust 2020, 20:57 Çindən Azərbaycana tibbi ekspert qrupu göndəriləcək 3 Avqust 2020, 20:44 Kürdəmirdə ağır qəza: xəsarət alanlar var 3 Avqust 2020, 20:30 Xəzərdə dalğanın hündürlüyü 4.5 metrə çatdı 3 Avqust 2020, 20:17 İtaliyadan Azərbaycana həkimlər ağır xəstələrin müalicəsinə cəlb olunacaq 3 Avqust 2020, 19:41 Tibbi maskadan istifadə etməyənlərə qarşı reyd 3 Avqust 2020, 19:30 Tələbləri pozan 7629 obyekt cərimələnib 3 Avqust 2020, 19:18 İsveç azərbaycanlılarından TƏKZİB: Yayılan məlumat tamamilə yanlışdır 3 Avqust 2020, 19:14 Hikmət Hacıyev: Toy mərasimlərinin bərpası koronavirusun artmasına səbəb ola bilər 3 Avqust 2020, 18:57 Yaqut Qarayeva qızıl mağazalarının bağlı qalmasına aydınlıq gətirdi 3 Avqust 2020, 18:39 Məktəblər sentyabrın 15-də açılacaq? - Operativ Qərargahdan REAKSİYA 3 Avqust 2020, 18:34 TƏBİB: “İxtisas baxımından həkimlərimiz ən riskli qrupa daxildir” 3 Avqust 2020, 18:24 Hikmət Hacıyev: “Qarabağa dəstək aksiyası olmasaydı, yoluxma daha aşağı ola bilərdi” 3 Avqust 2020, 18:20 Bir rayondan digərinə getmək üçün hansı sənədlər tələb olunur? 3 Avqust 2020, 18:15 “Çimərliklərdə eyni vaxtda 100 minə yaxın vətəndaş istirahət edə bilər” - AÇIQLAMA 3 Avqust 2020, 18:10 “ASAN  xidmət”in sədri: “Rayona gedən şəxs ezamiyyə sənədini göstərib postdan keçə biləcək” 3 Avqust 2020, 18:04 Kiçik kafelər və açıq havada olan restoranlar açıla bilər - TƏBİB 3 Avqust 2020, 18:01 190 manatın verilməsi, iqtisadi paketlə bağlı məsələ MÜZAKİRƏ EDİLİR 3 Avqust 2020, 17:53 Bakı metrosu 31 avqustadək bağlı qalacaq - RƏSMİ 3 Avqust 2020, 17:49 Yaqut Qarayeva: “Bütün profilaktik tədbirlərə riayət etsək, payızda...” 3 Avqust 2020, 17:44 İmişlidəki göllərdən Baş Muğan kanalına su vurulmasına başlanılıb - FOTO 3 Avqust 2020, 17:36 Vətəndaşların çimərliyə getməsi üçün xüsusi icazə tələb olunmur – Operativ Qərargah 3 Avqust 2020, 17:33 “ASAN xidmət” çimərliklərə getməyin qaydalarını ELAN ETDİ 3 Avqust 2020, 17:32 “ASAN xidmət” sədri: hər gün 770 min şəxs SMS icazədən istifadə edirdi 3 Avqust 2020, 17:29 Virusun yarandığı Uhandan Azərbaycana ekspert qrupu gələcək 3 Avqust 2020, 17:24 Azərbaycan koronavirusa qarşı vaksinlərlə bağlı SEÇİM EDİR 3 Avqust 2020, 17:22 Rayonlara gediş-gəliş bərpa olacaq? - Operativ Qərargahdan AÇIQLAMA 3 Avqust 2020, 17:19 Prezidentin köməkçisi: “Yumşalmaya tədricən getməliyik 3 Avqust 2020, 17:15 General Polad Həşimov haqqında kitab nəşr olunub 3 Avqust 2020, 17:11 Azərbaycan və Türkiyənin parlament sədrləri arasında telefon danışığı olub 3 Avqust 2020, 17:05 Bu rayonlar sərt karantin rejimindən çıxarıldı 3 Avqust 2020, 17:02 241 yeni yoluxma, 647 sağalma, 6 ölüm 3 Avqust 2020, 16:55