Modern.az

ABŞ-ın neft ehtiyatı rekord həddə çatdı

ABŞ-ın neft ehtiyatı rekord həddə çatdı

Aktual

30 İyun 2020, 00:03

ABŞ-da neftin kommersiya ehtiyatları rekord həddə çatıb.

 

Modern.az xəbər verir ki, ABŞ-ın Energetika Nazirliyi neft məhsullarına tələbatın azalması səbəbindən neft ehtiyatının 541 milyon barelə çatdığını açıqlayıb.

Məlumata görə, bu göstərici 2017-ci il mart ayının sonunda qeydə alınan əvvəlki rekorddan 5 milyon barel çoxdur.

Bununla belə, ABŞ-dakı anbarların yalnız 62 faizi dolub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır