Arxiv
30 İyun 2020, 09:19 | MƏDƏNİYYƏT
“İlahi sevgi” - İlhamın məzarı dəyişilən gün Fərizə intihar etdi - VİDEO

Bəziləri dünyaya hamı kimi gəlir, amma hamı kimi yaşamır. Yaşamları, ad günləri, toyları belə hər kəs üçün xüsusi günə çevrilir. Elə İlham Allahverdiyevlə Fərizə Nəbiyeva kimi. Bəli, İlham və Fərizə…


XX əsrin sevgi dastanı, Qanlı Yanvarda şəhid olan cütlüyün bu gün toylarının ildönümü, Azərbaycan üçün isə sevginin günü - “Sevgililər günü”dür.


1990-cı ilin qanlı 20 Yanvarında İlham Allahverdiyev şəhid olduqdan sonra yenicə evləndiyi xanımı də məzara tapşırılanadək özünü ona çatdırmış, həyatına qıymışdı.


Elə bu sevgi, fədakarlıq da onların toy gününü ölkədə “Sevgililər günü”nə çevirdi. Belə ki, 1989-cu il 30 iyunda evlənən cütlüyün toy tarixi 2004-cü ildən Azərbaycanda “Sevgililər günü” kimi qeyd edilir. Bu tarix bizlər üçün əsl sədaqət və məhəbbət bayramıdır.

 

Modern.az-ın əməkdaşı İlham və Fərizənin ailəsi ilə əlaqə saxlayıb. Cütlüyün yaxınları onlar barədə öz xatirələrini bölüşüb…

 

İlhamın qardaşı Elxan Allahverdiyev qardaşının şəhid olacağına əvvəldən hazırlıqlı olduqlarını deyib:

 

“İlhamın yoxluğu mənim üçün çox çətindir. Yaşlandıqca, adam ətrafında o arxa-dayağı görməyəndə lap acizləşir. İlham da məni acizləşdirdi… Onun barəsində danışmaq mənə ağır gəlir, çünki hamı bilirdi İlham necə oğuldur. Biz ailədə 5 uşaq olmuşuq - İlham, mən, bacılarım. Böyük övlad mən idim, İlham evin üçüncüsü idi. 1988-ci ildən o hərəkatın içində idi. Dostları yanında öldürüləndən sonra ümumiyyətlə özünə yer tapa bilmirdi. Hərəkat zamanı İlham meydanlarda olub, günlərlə evə gəlmirdi. Deyirdim ki, gəl evə deyirdi “yox, qızlarımız burdadır, gələ bilmərəm”. Yəni belə qeyrət çəkən övlad idi.


İlham Fərizəni uşaq vaxtından tanıyıb. Fərizə bacımla eyni sinifdə oxuyurdu, bizim evin qızı idi. Bir-birlərini sevərək, istəkli ailə qurmuşdular. Qardaşım şəhid oldu, onu 10 baş da yuxarı qaldıran Fərizənin atdığı addım oldu. Ona görə də Fərizənin necə bir xanım olduğu haqda uzun danışa bilməyəcəm.

 

Bu gün onlara “İlahi sevgi” adlı mahnı da ithaf olub. Mahnını Tacir Şahmalıoğlu oxuyur. Yəqin ki, karantindən sonra klip də çəkərlər.

Mən də Şəhidlər xiyabanına gedəcəm, daşdan boylanan qardaşımla söhbətləşib geri qayıdacam. Başqa əlimdən nə gələr ki… (ağlayır)”.

 

Fərizənin qardaşı Zakir Nəbiyev də xatirələrini bizimlə bölüşəndə dedi ki, ailələrində məcburiyyət olmayıb, Fərizə də xeyli düşünəndən sonra İlhamı seçib evlənibmiş:

“Evdə 4 uşaq idik, 2 qardaş, 2 bacı. Fərizə evin lap kiçiyi idi. Amma ailədə hamı onun dediyi ilə razılaşırdı, evi Fərizə idarə edirdi. Çox ağıllı, düşüncəli, zəhmətkeş qız idi. Bacımı hansısa yolla aldatmaq mümkün olmazdı. Heç vaxt yanlış buraxmazdı. Uşaqları da dəhşət sevirdi, harda görsə onların qayğısına qalırdı. Mənim də balalarımı o böyüdüb. Atam hər adamın sözünə qulaq asmazdı, amma Fərizə nə deyirdisə edirdi. Fərizə adını da atam qoymuşdu bacıma. Gənclikdə sevdiyi qızın adı idi Fərizə. Deyirdi ki, elə görünüşcə də bacım həmin qıza oxşayır.


İnsana aid müsbət olan hər şey vardı Fərizədə. Məktəbi qurtarandan sonra Tibb texnikumuna daxil oldu, həm də bağçada işləyirdi.


Ailə quranda 19-20 yaşı olardı. Yoldaşı İlham onu çox sevib. İlham hər qızı bəyənən deyildi, yaşı da çox idi. Elə Fərizə də hər adamı bəyənməzdi. Çünki çox qəşəng idi bacım-ucaboy, təbii gözəl idi. Yadımdadır ki, toy günündən bir neçə gün əvvəl onu qırmızı paltarda görüb tanıya bilməmişdim, yaxınlaşıb görmüşdüm ki, bacımdır. Bizim ailədə heç bir məcburiyyət yox idi. Fərizə də İlhamı özü sevib ailə qurmuşdu. Toyları 9-cu mikrarayonda “Leyla” şadlıq sarayında olmuşdu, çox xoşbəxt idilər. Elə bizim evdən iki-üç küçə o tərəfə gəlin köçmüşdü.

Ölüm gününü də unutmuram. İlham əvvəl Xırdalan qəbiristanlığında basdırılmışdı. Sonra dedilər ki, Dağüstü parkda basdırılmalıdır. Hamımız ailədə şok vəziyyətində idik. Elə bilirdik ki, hər kəs öləcək. İlham  basdırılan gün də Fərizə intihar etmək istəmişdi. Ona görə gecə anam bir tərəfində, bacım da o biri tərəfində yatmışdı. Amma yenə də imkan tapıb gecə uksus içmişdi - İlham məzardan çıxarılan gün…
Birinci dəfə özünə qəsd etmək istəyəndə dedim ki, bacı etmə, yazıqsan. Dedi ki, bundan sonra yaşasam nə olacaq ki? Yəni gələcəyinə də ümidsiz idi. Onu xəstəxanaya aparmışdıq, amma elə maşındaca keçindi.

 

Qardaşım öz qızına onun adını qoydu. Atam-anam üçün də ağır zərbə oldu qızlarının ölümü. İndi valideynlərimiz ölüb, amma ürəklərində Fərizə dərdi ilə öldülər”.

VIDEO
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı AZALDI 3 Avqust 2020, 22:09 Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi vəfat etdi 3 Avqust 2020, 21:53 Şagirdlər üçün “Microsoft Teams” proqramı ilə bağlı təlim keçirilib 3 Avqust 2020, 21:41 Türkiyədə daha 19 nəfər koronavirusdan öldü 3 Avqust 2020, 21:29 Cəlalabadda həbsxanaya hücum: 29 nəfər öldü 3 Avqust 2020, 21:12 Çimərlik ərazilərdə istifadə qaydaları ilə bağlı VİDEOTƏLİMAT 3 Avqust 2020, 20:57 Çindən Azərbaycana tibbi ekspert qrupu göndəriləcək 3 Avqust 2020, 20:44 Kürdəmirdə ağır qəza: xəsarət alanlar var 3 Avqust 2020, 20:30 Xəzərdə dalğanın hündürlüyü 4.5 metrə çatdı 3 Avqust 2020, 20:17 İtaliyadan Azərbaycana həkimlər ağır xəstələrin müalicəsinə cəlb olunacaq 3 Avqust 2020, 19:41 Tibbi maskadan istifadə etməyənlərə qarşı reyd 3 Avqust 2020, 19:30 Tələbləri pozan 7629 obyekt cərimələnib 3 Avqust 2020, 19:18 İsveç azərbaycanlılarından TƏKZİB: Yayılan məlumat tamamilə yanlışdır 3 Avqust 2020, 19:14 Hikmət Hacıyev: Toy mərasimlərinin bərpası koronavirusun artmasına səbəb ola bilər 3 Avqust 2020, 18:57 Yaqut Qarayeva qızıl mağazalarının bağlı qalmasına aydınlıq gətirdi 3 Avqust 2020, 18:39 Məktəblər sentyabrın 15-də açılacaq? - Operativ Qərargahdan REAKSİYA 3 Avqust 2020, 18:34 TƏBİB: “İxtisas baxımından həkimlərimiz ən riskli qrupa daxildir” 3 Avqust 2020, 18:24 Hikmət Hacıyev: “Qarabağa dəstək aksiyası olmasaydı, yoluxma daha aşağı ola bilərdi” 3 Avqust 2020, 18:20 Bir rayondan digərinə getmək üçün hansı sənədlər tələb olunur? 3 Avqust 2020, 18:15 “Çimərliklərdə eyni vaxtda 100 minə yaxın vətəndaş istirahət edə bilər” - AÇIQLAMA 3 Avqust 2020, 18:10 “ASAN  xidmət”in sədri: “Rayona gedən şəxs ezamiyyə sənədini göstərib postdan keçə biləcək” 3 Avqust 2020, 18:04 Kiçik kafelər və açıq havada olan restoranlar açıla bilər - TƏBİB 3 Avqust 2020, 18:01 190 manatın verilməsi, iqtisadi paketlə bağlı məsələ MÜZAKİRƏ EDİLİR 3 Avqust 2020, 17:53 Bakı metrosu 31 avqustadək bağlı qalacaq - RƏSMİ 3 Avqust 2020, 17:49 Yaqut Qarayeva: “Bütün profilaktik tədbirlərə riayət etsək, payızda...” 3 Avqust 2020, 17:44 İmişlidəki göllərdən Baş Muğan kanalına su vurulmasına başlanılıb - FOTO 3 Avqust 2020, 17:36 Vətəndaşların çimərliyə getməsi üçün xüsusi icazə tələb olunmur – Operativ Qərargah 3 Avqust 2020, 17:33 “ASAN xidmət” çimərliklərə getməyin qaydalarını ELAN ETDİ 3 Avqust 2020, 17:32 “ASAN xidmət” sədri: hər gün 770 min şəxs SMS icazədən istifadə edirdi 3 Avqust 2020, 17:29 Virusun yarandığı Uhandan Azərbaycana ekspert qrupu gələcək 3 Avqust 2020, 17:24 Azərbaycan koronavirusa qarşı vaksinlərlə bağlı SEÇİM EDİR 3 Avqust 2020, 17:22 Rayonlara gediş-gəliş bərpa olacaq? - Operativ Qərargahdan AÇIQLAMA 3 Avqust 2020, 17:19 Prezidentin köməkçisi: “Yumşalmaya tədricən getməliyik 3 Avqust 2020, 17:15 General Polad Həşimov haqqında kitab nəşr olunub 3 Avqust 2020, 17:11 Azərbaycan və Türkiyənin parlament sədrləri arasında telefon danışığı olub 3 Avqust 2020, 17:05