Arxiv
2 İyul 2020, 11:27 | PARLAMENT
Siyavuş Novruzov köhnə YAP-çıları “vurdu”: “Prezidentə dedi ki, Ramiz Mehdiyev mətbuatda məndən yazdırır”

“Musa Musayevin fikirlərinin heç bir əsası yoxdur. Deyir ki, guya onun deputat seçilməsinə mane olmuşuq. Mən parlamentə üzv seçmirəm, deputatı xalq seçir. Musa Musayev bir dəfə proporsional qaydada deputat seçilib. Ondan sonrakı seçkidə seçilmədi, amma ona etimad göstərilərək Naftalan Şəhər İcra Hakimiyyətinə başçı göndərildi. Orda niyə işdən çıxarılıb, özü hamıdan yaxşı bilir. Ona daha artıq nə etmək olardı? Millət vəkili seçilib, icra başçısı təyin edilib. İrəliyə getmək üçün insan gərək öz üzərində işləsin, başqasını ittiham etməyə nə var ki”. 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Regional məsələlər komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov “Unikal.org”a müsahibəsində deyib.

S.Novruzov Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, sabiq deputat Musa Musayevə cavabını belə davam etdirib:

“Öz marağı təmin olunmayanda seçkinin üzərinə kölgə salır. Necə olur ki, o deputat olanda seçki ilə olur, başqası olanda siyahı? Bizdə seçki azad və demokratik keçirilir. Partiyamızda 740 min üzv var və onların hər biri deputat olmağa layiqdir. Amma namizədlər müəyyənləşir, müzakirə edilir, kimlərin rəsmi namizəd olacağı İdarə heyətinin qərarından asılıdır. Sabah İdarə Heyəti məni məsləhət bilməyəcəksə çəkilib kənarda duracam”.


O, sabiq səhiyyə naziri Əli İnsanovla bağlı da danışıb:


“Əli İnsanov bir zamanlar YAP-ın sütunlarından sayılırdı” fikrinə münasibət bildirən S.Novruzov bunu rədd edib:


“Qəti şəkildə, elə şey olmayıb. Bunlar hamısı mifdir, yalandır. Mən birinci gündən bu partiyadayam. İdarə heyətinin üzvü olanda Ziya Bünyadov, Fərəməz Maqsudov, Əli Nağıyev, Siruz Təbrizli, Rəfael Asllaverdiyev, Hacıbala Abıtalıbov, Asya Manafova bunların qasrşında o kəs necə sütun ola bilərdi? İndi şərait yaranıb danışır da… 
... Əli İnsanovun YAP-da heç vaxt nüfuzu filan olmayıb. Sadəcə, İdarə Heyətinin üzvlərindən biri olub, vəssəlam. 


S.Novruzov Əli İnsanovun vaxtilə vəzifəsindən könüllü istefa vermək istədiyi barədə iddialarını da rədd edib:


“Ağ yalandır. Ömründə istefa ərizəsi yazmayıb. Gəlin, Sizə bu günə kimi heç yerdə deyilməyən bir məsələni danışım. Deməli, 2005-ci il mart ayında partiyanın qurultayından bir gün əvvəl iclas keçirilirdi. İdarə Heyəti toplanmışdı. Cənab Prezident də iştirak edirdi. Sıralamaya görə, Əli Əhmədov, mən, yanımda isə Əli İnsanov oturmuşdu. Orda baş verənlərlə bağlı stenoqram var, 20 nəfər də şahidddir. Bu ayağa durub Prezidentdən üzr istəyərək, çıxış eləmək istədiyini dedi. Prezidentə dedi ki, məni müdafiə edin,  Ramiz Mehdiyevlə, Əli Həsənov mətbuatda məndən yazdırır. Cənab Prezident də ona qapını göstərdi, dedi ki, özünü idarə edə bilmirsənsə, gedə bilərsən. Deməli, bir jurnalistlə məsləni həll edə bilmirsənsə, məsələni Prezident həll eləməlidir? Əl-ayağı titrəməyə başladı. Qolundan tutub oturtdum. Səhəri gəlib Əli Əhmədova xahiş elədi ki, Prezidentə deyin, məni bağışlasın. Əli Əhmədov da Prezidentdə xahiş eləd ki, onu bağışlasın. Üç gün sonra Əli İnsanov zəng elədi ki, gəlib sizə minnətdarlıq eləmək istəyirəm. Mübariz Qurbanlı, Əli Əhmədov, Bahar Muradova, Əli Əhmədov və mən otaqda oturmuşduq. Gəldi, hərəmizə də bir kitab gətirmişdi. Dedi ki, gedib prezidentdən üzrxahlıq elədim, məni bağışladı, işimə davam edəcəm.  
İndi tülkü özünü şir libasında camaata təqdim eləmək istəyir. Əgər dediklərimdə bir cümlə səhv varsa, mandatımı stolun üstünə qoyaram". 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Yeyib-içmək məclisinin fotolarını sosial şəbəkədə paylaşanlar cərimələndi 13 Avqust 2020, 10:50 “Lotu Quli”nin adamları həbs olundu - FOTO 13 Avqust 2020, 10:44 Gürcüstanda deputatlığa namizəd azərbaycanlılar... 13 Avqust 2020, 10:41 Sumqayıtda ağac kəsən şəxs cəzalandırıldı 13 Avqust 2020, 10:36 TAP-ın tikintisinin 97 faizi başa çatıb 13 Avqust 2020, 10:31 Rusiya Ali İqtisadiyyat Məktəbi UNEC müəllimləri üçün ixtisasartırma təlimləri təşkil edib 13 Avqust 2020, 10:25 Sürücülərin nəzərinə - Bu yolda xətlənmə işləri aparılacaq   13 Avqust 2020, 10:20 Bakı üzrə yüksək bal toplayan məzunlar - FOTOLAR 13 Avqust 2020, 10:15 Təhsil naziri Rusiya səfiri ilə görüşüb 13 Avqust 2020, 10:09 Goranboyda kafe sahibi və müştərilər cərimələndi 13 Avqust 2020, 10:03 “Rusiyanın Talibanla əməkdaşlığının nəticəsi ağır olacaq” 13 Avqust 2020, 09:58 Gəncədə Comərd Qəssab türbəsinin ətrafında abalıq işləri aparılacaq 13 Avqust 2020, 09:55 Azərbaycanda zəlzələ olub 13 Avqust 2020, 09:50 Deputat: “Sabitlik dövlətimiz və xalqımız üçün gərəklidir” 13 Avqust 2020, 09:44 Ermənilər yenidən Tovuzun kəndlərini atəşə tutdular 13 Avqust 2020, 09:38 Türkiyənin Milli Müdafiə naziri və Baş Qərargah rəisi Azərbaycanda - FOTO 13 Avqust 2020, 09:32 Dollar günə bu məzənnə ilə BAŞLADI 13 Avqust 2020, 09:26 Azərbaycan və Rusiya prezidentləri Tovuz döyüşlərini müzakirə etdi 13 Avqust 2020, 09:20 Neft yenidən ucuzlaşdı 13 Avqust 2020, 09:15 “Fənərbaxça” “Qarabağ”ın sabiq qapçısı ilə razılığa gəldi 13 Avqust 2020, 09:10 Nazir koronavirusa yoluxub 13 Avqust 2020, 09:04 Bakıda sərnişin avtobusu yandı 13 Avqust 2020, 09:00 Çempionlar Liqası: PSJ növbəti mərhələyə keçdi 13 Avqust 2020, 08:50 Bu gün ilk qəbul imtahanı keçirilir 13 Avqust 2020, 08:25 Paytaxtda koronavirus qurbanlarının sayı artdı 13 Avqust 2020, 01:04 Oyunçusu koronanaya yoluxan kluba texniki məğlubiyyət verildi 13 Avqust 2020, 00:47 Prezident ölkəyə dəyən zərəri açıqladı 13 Avqust 2020, 00:34 3 PKK terrorçusu zərərsizləşdirildi 13 Avqust 2020, 00:22 Prezidentin köməkçisi koronavirusa yoluxdu 13 Avqust 2020, 00:08 Türkiyədə daha 18  nəfər koronavirusdan ölüb 12 Avqust 2020, 23:48 Elmi müəssisələrin akkreditasiyası qaydası dəyişdi 12 Avqust 2020, 23:35 Batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi 12 Avqust 2020, 23:21 Hulusi Akar Bakıda belə qarşılandı - FOTOLAR 12 Avqust 2020, 23:06 Hökumət 1454 otelin fəaliyyətinə icazə verdi 12 Avqust 2020, 22:53 Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı AZALDI 12 Avqust 2020, 22:40