Modern.az

Naftalanda növbəti monitorinq keçirilib - FOTO

Naftalanda növbəti monitorinq keçirilib - FOTO

Aktual

2 İyul 2020, 18:05

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, Baş Nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın geniş tərkibli Respublika videomüşavirəsində verilmiş tapşırıqların icrası ilə əlaqədar Naftalan Şəhər İcra Hakimiyyəti tərəfindən təxirəsalınmaz tədbirlər görülür.

 

Xüsusi karantin rejimində məhdudiyyətlərin bir qisminin yumşaldılması barədə Operativ Qərargahın qərarından irəli gələn məsələlərin icrası və koronavirus pandemiyası ilə mübarizə çərçivəsində zəruri tədbirlər davam etdirilir, dezinfeksiya və maarifləndirici tədbirlər  mütəmadi olaraq aparılır.

 

Modern.az xəbər verir ki, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Polis şöbəsinin rəisi, Naftalan Bələdiyyəsinin sədri və Naftalan şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru şəhər ərazisində  karantin rejiminin tələblərinə riayət edilməsi və icrası vəziyyəti ilə yaxından tanış olub, sakinlərlə profilaktik söhbətlər edib, onlara özlərinin və yaxınlarının müəyyən edilmiş qayda və tövsiyələrə əməl edərək sağlamlıqlarını qorumalarının vacibliyi bir daha xatırlanıb. Rejimə əməl etməyən iki obyekt sahibinə ciddi və son xəbərdarlıq edilərək aidiyyəti qurumlar tərəfindən inzibati qaydada cərimə tətbiq olunub.

 

Həmçinin İctimai-iaşə obyektlərində, bərbərxanalarda, kafe və restoranlarda, banklarda və taksi fəaliyyəti ilə məşğul olan vətəndaşların sanitariya-gigiyena normalarına və qaydalarına, eləcə də dezinfeksiya rejiminə ciddi əməl edilməsinin vəziyyəti ilə də tanış olunub.

 

Əlavə olaraq apteklərə baxış keçirilib. Tibbi maska, əlcək və spirtin olub-olmaması ilə maraqlanan şəhər rəhbərinə bildirilib ki, kifayət qədər qoruyucu vasitə və dezinfeksiyaedici məhlullar ehtiyyatda var.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi