Modern.az

Baş redaktor koronavirusdan sağaldı

Baş redaktor koronavirusdan sağaldı

3 İyul 2020, 18:58

“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev koronavirus müalicəsini yekunlaşdıraraq evə buraxılıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə o, öz “Facebook” hesabında məlumat verib.

 

“Əziz dostlar, müalicəmi yekunlaşdırıb xəstəxanadan evə buraxıldım. Allahın köməkliyi ilə çətin günləri arxada qoyduq. 14 günlük ev karantinindən sonra iş başına dönəcəyəm. Maraqlanan, narahat olan hamıya təşəkkür edirəm”,-deyə o əlavə edib.

 

Qeyd edək ki, baş redaktor və ailəsi iyun ayının 22-də xəstəxanaya yerləşdirilmişdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi