Türkiyədə son sutka ərzində daha 19 nəfər koronavirusdan ölüb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 5 186 nəfərə çatıb:
"Bu gün ölkədə koronavirus testindən keçən 52 141 nəfərdən 1 172-nin cavabı pozitiv çıxıb. Bununla da yoluxanların ümumi sayı 203 456 nəfərə çatıb. Müalicə olunan 1 313 xəstə isə bu gün evə buraxılıb. Bununla da indiyədək 178 278 nəfər koronavirusdan müalicə olunub".