Arxiv
5 İyul 2020, 11:52 | MƏDƏNİYYƏT
Bakıda Məşədi İbadla hambala heykəl qoyuldu - FOTOLAR

Sabunçu rayonunun Balaxanı kəndinə aparılan abadlıq işləri yerli sakinlərdə xoş ovqata səbəb olub.

Modern.az
saytının məlumatına görə, kəndin bəzi küçələrinə daş döşənməsi Balaxanıda gözoxşayan mənzərə yaradıb.

Qeyd edək ki, Bakıda küçələrə daş döşənməsinin qədim tarixi var. Hələ 1800-cü illərin ortalarında Bakının məşhur Xəzri keləyi əsdiyi zaman (bu bəzən həftələrlə davam edirdi) küçələrdə tozanaqdan göz açmaq olmurdu. Arabaların, faytonların çarxlarından qalxan toz buludları adamların üst-başını, evlərin pəncərələrini boz bir pərdəyə bürüyürdü. Burulğan kimi burulan külək qarşısına çıxan hər şeyi qabağına qatıb sovururdu. Məhz o zamanlar tozanağın qarşısını almaq küçələrə daş döşəməyə başladılar. Bu ənənə sonralar da davam etdirildi...


Abadlıq işləri çərçivəsində Balaxanıda daha bir yenilik Üzeyir Hacıbəylinin məşhur operettasının motivləri əsasında çəkilmiş “O olmasın, bu olsun” filmindən tanıdığımız Məşədi İbada və hambala heykəl qoyulmasıdır.

Az qala 70 ilə yaxındır ki, Məşədi İbadın adı, sözü-söhbəti, məzəli, rişxəndli, ibrətli zərbi-məsəlləri, canlı bənzətmələri, heç vaxt yersiz, köhnəlmiş görünməyən kəlamları dilimizin əzbəridir.

1956-cı ildə çəkilən film o vaxtdan bu yana öz dəyərini qoruyub saxlamaqdadır. Təbii ki, “O olmasın, bu olsun” filmində səslənmiş və bu gün də dillər əzbəri olan və yeri gələndə işlətdiyimiz sitatların əksəriyyəti əsas obraz Məşədi İbadla bağlıdır...

Filmdən dillərə düşən “Heç hənanın yeridi?”, “...baxım görüm mal necə maldı”, “Mən özüm “Tarixi-nadir” kitabını yarıya qədər oxumuşam, amma sənin dediyini anlamıram. Bu bisavdlar hardan başa düşsün?!”, “Mənim bir eybim varsa, o da eyibsizliyimdir”, “Hazır gəlim, yoxsa?..”, “Yaxşı bəs, hamampulunu kim verəcək?”, “Babalı Sərvərin boynuna”, “Qızın iki adaxlısı var”, “...bu ehsan deyil...” kimi sitatlər hələ də yeri gələndə tez-tez işlədilir...

Balaxanının yeni küçələri İçərişəhərin dolambaclı yollarını xatırladır...


A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Rusiyada miqrantlara iş icazəsi verilməsi proseduru çətinləşir 4 Avqust 2020, 00:06 Salyandakı zəncirvari qəzada baş həkim ağır xəsarət aldı   3 Avqust 2020, 23:56 Qarabağ BMT idarəçiliyinə verilsin - Amerikalı diplomat 3 Avqust 2020, 23:45 Samur-Abşeron kanalından meyit tapıldı 3 Avqust 2020, 23:33 Uçan taksi sınaqdan keçirildi 3 Avqust 2020, 23:18 İrəvanın qəbul edilən gerbinin mənası... 3 Avqust 2020, 23:07 Jurnalist onu mühafizə edən polislə birgə GÜLLƏLƏNDİ 3 Avqust 2020, 22:47 Gəncədə yataqxanada qadın bıçaqlandı 3 Avqust 2020, 22:34 Şəkidə 360 aztəminatlı ailəyə ərzaq yardımı çatdırıldı - FOTOLAR 3 Avqust 2020, 22:26 Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı AZALDI 3 Avqust 2020, 22:09 Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi vəfat etdi 3 Avqust 2020, 21:53 Şagirdlər üçün “Microsoft Teams” proqramı ilə bağlı təlim keçirilib 3 Avqust 2020, 21:41 Türkiyədə daha 19 nəfər koronavirusdan öldü 3 Avqust 2020, 21:29 Cəlalabadda həbsxanaya hücum: 29 nəfər öldü 3 Avqust 2020, 21:12 Çimərlik ərazilərdə istifadə qaydaları ilə bağlı VİDEOTƏLİMAT 3 Avqust 2020, 20:57 Çindən Azərbaycana tibbi ekspert qrupu göndəriləcək 3 Avqust 2020, 20:44 Kürdəmirdə ağır qəza: xəsarət alanlar var 3 Avqust 2020, 20:30 Xəzərdə dalğanın hündürlüyü 4.5 metrə çatdı 3 Avqust 2020, 20:17 İtaliyadan Azərbaycana həkimlər ağır xəstələrin müalicəsinə cəlb olunacaq 3 Avqust 2020, 19:41 Tibbi maskadan istifadə etməyənlərə qarşı reyd 3 Avqust 2020, 19:30 Tələbləri pozan 7629 obyekt cərimələnib 3 Avqust 2020, 19:18 İsveç azərbaycanlılarından TƏKZİB: Yayılan məlumat tamamilə yanlışdır 3 Avqust 2020, 19:14 Hikmət Hacıyev: Toy mərasimlərinin bərpası koronavirusun artmasına səbəb ola bilər 3 Avqust 2020, 18:57 Yaqut Qarayeva qızıl mağazalarının bağlı qalmasına aydınlıq gətirdi 3 Avqust 2020, 18:39 Məktəblər sentyabrın 15-də açılacaq? - Operativ Qərargahdan REAKSİYA 3 Avqust 2020, 18:34 TƏBİB: “İxtisas baxımından həkimlərimiz ən riskli qrupa daxildir” 3 Avqust 2020, 18:24 Hikmət Hacıyev: “Qarabağa dəstək aksiyası olmasaydı, yoluxma daha aşağı ola bilərdi” 3 Avqust 2020, 18:20 Bir rayondan digərinə getmək üçün hansı sənədlər tələb olunur? 3 Avqust 2020, 18:15 “Çimərliklərdə eyni vaxtda 100 minə yaxın vətəndaş istirahət edə bilər” - AÇIQLAMA 3 Avqust 2020, 18:10 “ASAN  xidmət”in sədri: “Rayona gedən şəxs ezamiyyə sənədini göstərib postdan keçə biləcək” 3 Avqust 2020, 18:04 Kiçik kafelər və açıq havada olan restoranlar açıla bilər - TƏBİB 3 Avqust 2020, 18:01 190 manatın verilməsi, iqtisadi paketlə bağlı məsələ MÜZAKİRƏ EDİLİR 3 Avqust 2020, 17:53 Bakı metrosu 31 avqustadək bağlı qalacaq - RƏSMİ 3 Avqust 2020, 17:49 Yaqut Qarayeva: “Bütün profilaktik tədbirlərə riayət etsək, payızda...” 3 Avqust 2020, 17:44 İmişlidəki göllərdən Baş Muğan kanalına su vurulmasına başlanılıb - FOTO 3 Avqust 2020, 17:36