Modern.az

Binəqədi rayonunda profilaktik tədbirlər davam etdirilir - FOTO

Binəqədi rayonunda profilaktik tədbirlər davam etdirilir - FOTO

Aktual

5 İyul 2020, 09:00

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Binəqədi rayonunda profilaktik tədbirlər davam etdirilir.

 

Modern.az xəbər verir ki, rayon ərazisində Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyevin, Bakı Şəhər İcra Hakimiyyətinin məsul şəxslərinin, RİH başçısı Aparatının müavinlərinin və şöbə müdirlərinin, hüquq-mühafizə orqanlarının nümayəndələrinin, eləcə  də  mobil qrup üzvlərinin iştirakı ilə mütəmadı olaraq monitorinqlər keçirilir. Əhalinin sıx olduğu məkanlarda, ictimai-iaşə və ticarət obyektlərində həyata keçirilən reydlər zamanı sakinlərlə Nazirlər Kabinetinin Operativ Qərargahının tələb və tövsiyələrinə riayət edilməsi ilə bağlı izahetmə-xəbərdarlıq işləri aparılır, aşkarlanan ciddi qanun pozuntuları hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən sənədləşdirilir.

 

Eyni zamanda mobil qruplar tərəfindən hüquq-mühafizə orqanlarının nümayəndələri ilə birgə mütəmadi olaraq qida məhsullarının satışını həyata keçirən obyektlərdə, bazarlarda, ictimai-iaşə müəssisələrində, müxtəlif xidmət sahələrində tətbiq olunan tələblərə riayət edilməsinin monitorinqi aparılır, pozuntu hallarına yol vermiş qurum və ya cavabdeh şəxslər barədə qanunvericiliklə müəyyən edilmiş tədbirlər görülür.

 

Bununla bərabər əhali arasında yas mərasimlərinin keçirilməsinə qoyulan qadağaya riayət olunması, ictimai yerlərdə sosial məsafənin gözlənilməsi şərtilə tibbi maskalardan, həmçinin dezinfeksiya məhsullarının istifadənin vacibliyi barədə geniş təbliğat-izahat və maarifləndirmə işləri aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır