Modern.az

Qərb mətbuatı: Ukrayna müflis elan oluna bilər

Qərb mətbuatı: Ukrayna müflis elan oluna bilər

Dünya

6 İyul 2020, 10:27

Ukrayna Milli Bankının rəhbəri Yakov Smoliy istefa verib.

 

Modern.az Almaniyanın “Handelsblatt” qəzetinə istinadən xəbər verir ki, baş bankirin istefası ölkənin müflis elan olunması ilə nəticələnə bilər. Buna səbəb ölkə iqtisadiyyatının ağır durumu və bu il köhnə kreditlər üzrə rəsmi Kiyevin böyük ödnəişlər etməsi ilə bağlıdır.

“Ukrayna dövlət kimi müflis olma təhlükəsi ilə üzbəüzdür. Çünki xarici kreditorlar qarşısında təcili bir neçə miluard dollarlıq ödənişlər etmək lazım gəlib. Təkcə bu il ödəmə müddəti başa çatmaq üzrə olan 17 milyard dollarlıq ödəniş edilməlidir”.

 

İngiltərənin “Blue Bey” şirkətinin eksperti Timoti Eş isə Milli Bank rəhbərinin istefasını ölkənin maliyyə bazarının stabilliyinə ağır zərbə adlandırıb.

 

Yakov Smoliy istefa ərizəsini iyulun 2-də yazıb. O bu qərarı bankın rəhbəri olaraq siyasi təzyiqlərə məruz qalması ilə əlaqələndirmişdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı