Modern.az

Bakıda narkotik istifadəçisi həbs edildi

Bakıda narkotik istifadəçisi həbs edildi

7 İyul 2020, 18:17

Paytaxtın Suraxanı rayonunda narkotik vasitələrin istifadəsində şübhəli bilinən şəxs müəyyən olunaraq saxlanılıb. 

 

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, Suraxanı rayon sakini Rəhman Yusifov ətrafında aparılan araşdırmalarla və ondan götürülən bioloji nümunələrlə onun qanunsuz narkotik istifadəçisi olması aşkarlanıb. 

 

Onun barəsində toplanmış matereallar rayon məhkəməsinə təqdim olunub.

 

Məhkəmənin qərarı ilə R.Yusifov İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsi ilə 60 gün inzibati qaydada həbs edilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir