Modern.az

Böyük Britaniyada restoranlar açıldıqdan bir neçə gün sonra bağlanıb

Böyük Britaniyada restoranlar açıldıqdan bir neçə gün sonra bağlanıb

7 İyul 2020, 19:45

Böyük Britaniyada karantin rejiminin yumşaldılması çərçivəsində açılmış ictimai iaşə obyektlərinin bəziləri bir neçə gün sonra yenidən bağlanıb.

Modern.az-ın məlumatına görə, buna bir sıra müştəri, eləcə də işçilərdə koronavirus testinin müsbət çıxması səbəb olub.

Qeyd olunur ki, Bernem şəhərində "The Lighthouse Kitchen" restoranı bağlanıb. Hazırda həmin restorana gəlmiş müştərilərin siyahısı yoxlanılır və işçilər testdən keçirilir.

 

Bundan başqa, elə həmin şəhərdə "Saagar" Hindistan mətbəxi restoranı da qısa müddət sonra bağlanıb. Buna səbəb həmin restoranın sürücüsünün "The Lighthouse Kitchen" restoranının əməkdaşları ilə təmasda olması olub.

 

Xatırladaq ki, Böyük Britaniyada ictimai iaşə müəssisələri iyulun 4-dən etibarən açılıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır